199) Fəqərə sütununa nisbətən böyrəklərin yerləşməsi hansı bucaq altında olur?
A) Simmetrik olaraq 45° bucaq altında
B) Asimmetrik olaraq 45° bucaq altında
C) Simmetrik olaraq 30° bucaq altında
D) Paralel olaraq
E) Asimmetrik olaraq 30° bucaq altında
Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
200) Böyrək arteriyası böyrək qapısına girərək hansı damarlara bölünür?
A) Paycıqarası arteriyalara
B) Qövsvarı arteriyalara
C) Gətirici arteriyalara
D) Çıxarıcı arteriyalara
E) Payarası arteriyalara
Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
201) Kortikal nefronların çıxarıcı arteriolaları yumaqcıq kapsulundan çıxaraq hansı kapilyarlara bölünürlər?
A) Kapilyarlara bölünmür, birbaşa böyrəklərin düz arteriyalarını əmələ gətirir
B) Kapilyarlara bölünmür, birbaşa böyrəklərin venulalarını əmələ gətirir
C) Henle ilgəyinin nazik siqmentlərini örtük kimi əhatə edən
D) Proksimal və distal kanalcıqları örtük kimi əhatə edən
E) Yığıcı borucuqları örtük kimi əhatə edən
Ədəbiyyat: "Nefrologiya",M.M.Ağayev ,Bakı 2007
202) Yukstamedulyar nefronların çıxarıcı arteriolası, kapsuladan çıxaraq hansı kapilyarlara bölünür?
A) Düz boruları örtük kimi əhatə edn
B) Proksimal və distal kanalcıqları örtük kimi əhatə edən
C) Kapilyarlara bölünmür, birbaşa böyrəklərin düz arteriyalarını əmələ gətirən
D) Henle ilgəyinin nazik seqmentini örtük kimi əhatə edən
E) Kapilyarlara bölünmür, birbaşa böyrəklərin venulalarını əmələ gətirən
Ədəbiyyat: Р.Д.Синельников «Атлас анатомии человека»,Т.1,1978
Dostları ilə paylaş: |