Nəzakət səLİmova


II FƏSIL.İŞGÜZAR ÜSLUBUN MAHİYYƏTİ VƏ



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə16/60
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#38106
1   ...   12   13   14   15   16   17   18   19   ...   60
II FƏSIL.İŞGÜZAR ÜSLUBUN MAHİYYƏTİ VƏ 
XÜSUSSİYYƏTLƏRİ 
 
2.1. İşgüzar üslubun mahiyyəti 
 
İdarə,  müəssisə  və  təşkilatlarda  işgüzar  yazışmala-
rın  aparılması  prosesində  işgüzar  üslubdan  daha  çox  isti-
fadə  olunur.  Bu  üslub  dilçilər  tərəfindən  muxtəlif  forma-
larda,  “işgüzar  uslub”,  “rəsmi  üslub”,  “qanunların  dili”, 
“işgüzar dil”, “rəsmi sənəd dili” adlandırılsa da, mahiyyət 
etibarı  ilə  eyni  mənanı  daşıyır  və  sənədləşmələrin  aparıl-
ması,  informasiyanın  paylanması  və  ondan  istifadə  olun-
ması, işgüzar aləmdə normal fəaliyyətin həyata keçirilmə-
sində mühüm rol oynayır. 
İşgüzar üslubun formalaşması prosesi XXVI əsrdən 
başlamışdır. Hələ Bütöv Azərbaycanda dövlətçiliyin yara-
nıb  təşəkkül  tapdığı  Xətai  dövründə    müxtəlif  sənəd  nü-
munələri  yaranmış,  dövlətlərarası  yazışmalardan  istifadə 
olunmuşdur.  Zaman  keçdikcə  bu  üslub  daha  da  mükəm-
mələşdirilmiş və inkişaf etdirilmişdi. Lakin xx əsrdən baş-
layaraq sovet dövründə, bir qayda olaraq, yazışmaların rus 
dilində aparılması nəticəsində Azərbaycanda işgüzar üslub 
inkişafı bir qədər zəifləmişdi. 
Buna  baxmayaraq,  dilçi  alimlərimizin  elmi  əsərlə-
rində  Azərbaycan  dili  və  onun  uslubları  müxtəlif  aspekt-
lərdən tədqiq edilmiş və öyrənilmişdir.  
Professor  T.İ.Hacıyev  “Azərbaycan  ədəbi  dilinin 
tarixi” əsərində üslubun beş böyük növünü göstərmişdir.  
- bədii üslub; 
- publisist uslub; 
- elmi üslub; 


32 
 
- şəriət üslub; 
- rəsmi epistolyar üslub. 
  
O,  rəsmi-epistolyar  üslubun  özünü  də  iki  yerə 
bölmüşdur: 
- sənədlərin, rəsmi dövlət və idarə kağızlarının dili; 
- məktubların, şəxsi yazışmaların dili
5
 
  
Rəsmi-epistolyar üslubun hər iki qolu müxtəlif tipli 
sənədlərin hazırlanmasında və işgüzar yazışmaların aparıl-
ması prosesində tətbiq olunur.   
Bizi  tədris  prosesində  rəsmi  işgüzar  üslub  maraq-
landırdiğı  üçün  məhz  bu  üslubun  mahiyyətini  açıqlamağa 
çalıçacağıq. 
 Ədəbi  dilimizin  üslublar  sistemində  fəaliyyət  gös-
tərən rəsmi-işgüzar üslub müəyyən tarixi inkişaf yolu keç-
miş, dilxarici və dildaxili amillərin təsiri ilə son dövrlərdə 
genişlənərək,  özünəməxsus  xüsusiyyətlərə  malik  olmuş-
dur. Rəsmi-işgüzar üslub mətnlərinə daxil olan sənədlərin 
dairəsi  aşağıdakıları  əhatə  edir:  konstitusiya;  qanunlar; 
Prezidentin fərmanları; sərəncamları; Nazirlər Kabinetinin 
qərarları;  diplomatik  sənədlər;  rəsmi  yazışmalar;  müvafiq 
məcəllələr; təhsilə və tibbə aid sənədlər; məhkəmə sənəd-
ləri;  ticarət  müqavilələri;  rabitə  sənədləri;  hərbi  sənədlər; 
kənd  təsərrüfatı;  sahə  nizamnamələri;  əsasnamələri;  qay-
dalar; göstəriş və təlimatlar; müxtəlif idarə və nazirliklərin 
yazışmaları; tövsiyələr; məktublar; ərizələr; əmr və proto-
kollar;  aktlar;  tərcümeyi  –  hal;  etibarnamələr;  arayışlar; 
təqdimatlar; iltizamnamələr; müqavilələr və s.  
                                                           
5
 Bax: ”Azərbaycan ədəbi dilinin tarixi.” Bakı.səh . 244. 
 


33 
 
    
Qeyd  olunan  sənədlərin  müxtəlifliyini,  hər  birinin 
leksik  və  qrammatik  xüsusiyyətlərini  nəzərə  alaraq,  işgü-
zar  üslubu  yarımüslublara-qollara  (diplomatiya,  hüquq, 
təhsil,  rabitə,  ticarət  və  sair  sahələrlə  əlaqədar)  ayırmaq 
mümkündür. Bu yarımüslubların hər birinin özünəməxsus 
xüsusiyyətləri olsa da (ayrı-ayrı söz və ifadələrin işlənmə-
si və sintaktik konstruksiyalar nəzərdə tutulur), onları bir-
ləşdirən  bir  ümumi  cəhət  vardır  ki,  bu  da    işgüzar  üsluba 
dair  ümumi  tələblərdir.  İşgüzar  üslub  başqa  üslublardan, 
ilk  növbədə,  leksik  xüsusiyyətləri  ilə  fərqlənir.  Burada 
konkret sahələrə aid sözlər, terminlər işlədilir.”
6
  
Rəsmi-işgüzar  üslubun  “rəsmi  dövlət  və  idarə  ka-
ğızlarının dili “ adlanan növü sənədlərin bəzi müəlliflərin 
əsərlərində ” əmr, akt, fərman, anket, cədvəl, sərəncam ki-
mi  növlər”adı  altında  verilir.Rəsmi-işgüzarun  üslub  əsas 
xüsusiyyəti  sabitliyi və qapalılığıdir. 
 
 
                 2.2.İşgüzar üslubun leksik xüsusiyətləri 
 
Rəsmi  işgüzar  üslub  leksik,  qrammatik,  morfoloji, 
sintaktik xüsusiyyətlərinə görə digər üslublardan fərqlənir. 
İşgüzar yazışmalarda ən çox istifadə olunan rəsmi işgüzar 
üslubun  leksik  xüsusiyyətləri  elmi  ədəbiyyatda  aşagıdakı 
kimi xarakterizə olunur: 
   
1.Rəsmi işgüzar üslubun leksikası ali leksikadır. Bu 
üslubda  dilimizdə  işlənən  bir  sıra  ifadə  qəlibləri,  ştaplaş-
mış  sözlərdən  və  ifadələrdən  istifadə  olunur.  (məsələn: 
                                                           
6
 Bax:A. Hüseynova, T.Əbdülhəsənli.” İşgüzar Azərbaycan  dili. Bakı 2009.    
 


34 
 
elan  etmək,  qərara  almaq,  sərəncam  vermək,  təklif  ver-
mək, müzakirə etmək və s.). Bu üslub üçün xarakterik cə-
hətlərdən  ən  başlıcası  sabit  söz  birləşmələrinə  daha  çox 
yer verilməsi və metaforaların, məcazların, epitetlərin, fra-
zaloji birləşmələrin işlənməməsidir. 
 Qeyd  etmək  lazımdır  ki,  diplomatik  sənədlərin  və 
dövlət qanunvericiliyi sənədlərinin dilində fərqlər olsa da, 
bütün  rəsmi  sənədlərin  dili  vahid  rəsmi  üslubun  daşıyıcı-
sıdır.  Bu  səbəbdən  də  rəsmi  üslubun  özünəməxsus  leksi-
kası, standart ifadələri vardır. 
  
2. Rəsmi üslubun leksikasına ümumxalq danışıq di-
lində, bədii dildə işlənən, lakin rəsmi sənədlərdə rəsmi xa-
rakter  daşıyan  sözlər  və  frazeoloji  birləşmələr  daxildir. 
Məsələn:  “qonaq”,  “danışıq”,  “görüş”,  “elçi”,  “söhbət”, 
“səfər”,  “razılıq”  və  s.  Lakin  ümumxalq  danışıq  dilindən 
və bədii üslubdan fərqli olaraq, bu sözləri rəsmiləşdirmək 
üçün  onların  əvvəlinə  “rəsmi”  sifəti  əlavə  olunur:  “rəsmi 
görüş”, “rəsmi səfər” və s. 
 3.  Rəsmi  üslubun  özünəməxsus  terminləri  vardır: 
bəyannamə,  bəyanat,  diplomatik,  konsul,  müqavilə,  nota, 
ultimatum, fərman, əmr, xasiyyətnamə, etibarnamə, arayış 
və s. 
4. Rəsmi üslub diplomatik sənədlərin, rəsmi sənəd-
lərin gücünü, təsirini artırmağa xidmət edir. 
 Qeyd  olunanalarla  yanaşı  rəsmi  üslubda  danışığa 
təntənəli xarakter vermək, xüsusi hörmət ifadə etmək üçün 
“cənab”,  “zati  alilər”  kimi  xitablardan  istifadə  olunur. 
“Şah”, “kral”, “əlahəzrət”, “şahzadə”, “ser” kimi titul bil-
dirən  sözlərin  işlənməsi  də  rəsmi  üslubun  özünəməxsus 
xüsusiyyətlərindən biridir. Məsələn: 
             


35 
 
 Almaniya Federativ Respublikasının  

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin