Nəzakət səLİmova



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə18/60
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#38106
1   ...   14   15   16   17   18   19   20   21   ...   60
Hörmətlə,  
İlhamƏliyev 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 29 sentyabr 2016-cı il. 
 
2.3.İşgüzar üslubun morfoloji xüsusiyyətləri 
 
        Nazirliklərin,  idarə  və  müəssisələrin,  vəzifə  və  vəzi-
fəli şəxslərin adlarının yazılış qaydaları, fellərin işlənməsi 
işgüzar  üslubun  morfoloyi  xüsussiyətini  özündə  əks  etdi-
rir.  Bu  üslubda  xüsusi  isimlərdən  fərqli  olaraq,  sifətlər  az 
işlənir.Saylara  gəlincə  rəsmi  sənədlərdə  tarixlər,  vaxt, 


36 
 
nömrələr dəqiqlik tələb etdiyi üçün onlardan daha çox isti-
fadə olunur. Yuxarıda göstərdiyimiz kimi işgüzar üslubda, 
rəsmi  sənədlərin  hazırlanmsında  fellər  də  isimlər  qədər 
böyük rol oynayır. Təlimatların, protokollrın, aktların və s. 
hazırlanmasında fellərdən geniş istifadə olunur. Bu zaman 
konkret  halların,  hadisə  və  prosseslərin  vaxtından  və  za-
manından, təzahür formalarından və üsulundan asılı olaraq 
felin  müxtəlif  şəkilləri  (əmr,  vacib,  xəbər,  lazım,  arzu  şə-
killəri)  və  zamanları  işlənir.  Məsələn:  “Zərurət    yarandıgı 
hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 
Polis Akademiyasında Təlim keçmək üçün xarici ölkələrin 
mütəxəssisləri dəvət oluna bilərlər. 
  
” Yaxud “Polis Akademiyasının rəhbərliyinə tapşı-
rılsın  ki,.....”    -------------------“Katiblik  (İ.Vəliyev  həmin 
əmrin    surətinin  müvafiq  sturuktur  bölmələrə  göndə-
rilməsini təmin etsin.) ” 
Konkret  məsələlərə  dair  verilən  əmr  və  qərarlarda  
analoji qayda tətbiq olunur. 
Yaxud “Azərbaycan Respublikasının dövlət ümum-
təhsil  məktəblərində  yaradılan  məktəbəhazırlıq  qrupların-
da  təhsil  prosesinin  təşkili  və  tənzimlənməsini  təmin  et-
mək məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirli-
yi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini 
rəhbər tutaraq  
                                      ƏMR EDİRƏM: 
    
1.  Azərbaycan  Respublikasının  dövlət  ümumtəhsil 
məktəblərində  yaradılan  məktəbəhazırlıq  qruplarının 
2016-2017-ci dərs ilinə aid tədris (məşğələ) planı və tədris 
(məşğələ)  planına  dair  “Qeydlər”  təsdiq  edilsin  (1  və  2 
nömrəli əlavələr). 


37 
 
    
2. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmə-
dov) həmin tədris (məşğələ) planının vaxtında yerlərə çat-
dırılmasını,  İnformasiya  şöbəsi  (E.Əliyev)  əmrin  əlavə-
lərlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olun-
masını  və  Nazirliyin  internet  saytında  yerləşdirilməsini 
təmin etsin. 
3.  Əmrin  icrasına  nəzarət  nazir  müavini  Ceyhun 
Bayramova həvalə olunsun”. 
    
İşgüzar  üslubun  qanunvericilik  yarımüslubunda 
konkret isimlərin işlənməsi xüsusi məqsəd güdür. 
Bununla  belə  qanunvericilik  aktlarının  xarakteindən  asılı 
olaraq,  cəza,  cinayət,  icra,  şikayət  haqqında  kodekslərdə 
“rəhbərlik”,  ”plan”,  yoxlama”,  “qərar”,  ”üsul”,  “istehsa-
lat”,  “müvəffəqiyyət”  və  sair  mürəkkəb  isimlər  işlədilir. 
Bu  qrup  isimlərə  mətnlərin  giriş  hissəsində  və  təsvir  mə-
qamlarında daha geniş yer verilir. 
     
Nəzərə almaq lazımdır ki, dəftərxana sənədlərində, 
bir  sıra  müqavilələrdə  tək  və  cəm  halda  olan  konkret 
isimlərin  işlənilməsi  vacibdir.  Vətəndaşlıq  aktlarında,  ay-
rı-ayrı  sahələr  üzrə  məcəllə  və  əsasnamələrdə  mücərrəd 
isimlərə tez-tez rast gəlinir. Belə isimlərin bir qrupunu feli 
isimlər təşkil edir. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  işgüzar  üslubda  -
lar,  -lər  şəkilçisi  ümumiləşdirmə  məqsədilə  və  termin  ya-
radıcılığı məqamlarında işlədilir. Bu ən çox diplomatik sə-
nədlərin dilində, müqavilələrdə müşahidə edilir. «Tərəflər 
ümumi  bir  rəyə  gələ  bilmədilər»  cümləsində  göründüyü 
kimi,  hər  hansı  iki  dövlət  və  yaxud  onların  nümayəndəsi 
nəzərdə tutulur. -lar, -lər şəkilçisi sifət-isim birləşmələrin-
də işlənərək söz birləşməsi tərkibində ismin konkretləşmə-
sinə  xidmət  edir:  mülki  münasibətlər,  hüquqi  münasibət-


38 
 
lər, mülki hüquqlar, mülki işlər, əşyavi dəlillər, prosessual 
müddətlər və s. 
     
İşgüzar üslubun diplomatik yarımüslubunda düzəlt-
mə  isimlərin  və  eləcə  də  eyni  sözün  təkrarı  ilə  yaranan 
mürəkkəb  isimlərin  işlənilməsinə  çox  az  təsadüf  olunur. 
Elmi  tədqiqatların  nəticələrinin  təhlili  göstərir  aydın  ki, 
isimlərin  işlənilməsində  termin-söz  birləşmələri,  ismi-do-
minantlar  da  işgüzar  üslubun  səciyyələndirilməsində 
müəyyən  rol  oynayır  və  bunlar  yarımüslubların  əhatə  et-
diyi müxtəlif sənədlərin dilinə xasdır
7
.  
     
Yuxarıda qeyd etdiyimiz kimi  işgüzar üslubda di-
limizdə  mövcud olan sifətlər  az işlədilir. Belə ki, bu üs-
lubda əşyanın, hadisənin keyfiyyətini, xarakterik xüsusiy-
yətlərin  bildirən  sifətlərdən  istifadə  olunur.  Məsələn, 
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 
Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il 
tarixli  Fərmanında  deyilir:  “Azərbaycan  Respublikasının 
dövlət dili Azərbaycan dilidir.  Müstəqil  dövlətimizin rəs-
mi  dili  statusunu  almış  Azərbaycan  dilinin  geniş  tətbiq 
edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmış-
dır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş 
haqsızlıqların,  təzyiq  və  təhriflərin  aradan  qaldırılması 
üçün  hazırda  ölkəmizdə  çox  əlverişli  şərait  mövcuddur. 
Dil  öz  daxili  Qanunları  əsasında  inkişaf  edirsə  də  onun 
tədqiq  və  tətbiq  edilməsi  üçün  yaradılmış  geniş  imkanlar 
bu  inkişafın  daha  sürətli  və  dolğun  olmasına  təkan  verir. 
İnkişaf  etmiş  zəngin  dil  mədəniyyətinə  sahib  olan  xalq 
əyilməzdir,  ölməzdir,  böyük  gələcəyə  malikdir.  Ona  görə 
                                                           

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin