Nəzakət səLİmova



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə26/60
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#38106
1   ...   22   23   24   25   26   27   28   29   ...   60
  
Kommersiya  sənədləri,  kommersiya  sahəsində 
istifadə olunan bütün sənədlərdir ki, onlar sırf kommersiya 
xarakteri daşıyır. 
Kadr sənədləri müəssisədə çalışan işçilər üçün ha-
zırlanılan  sənədlərdir  ki,  bunlara  şəxsi  işə  daxil  olan  sə-
nədlər, şəxsi vərəqələr daxildir. 
 
Vətəndaşların  ərizə,  şikayət  və  təklifləri  üzrə 
sənədlərə  isə  vətəndaşların  dövlət  orqanlarına,  müəssisə-
lərə yazılı formada etdiyi müraciətlər aiddir. 
  
Sənədlər adlarına görə təsnif edilirlər. Ancaq idarə 
və təşkilatın sənələrinin tərkibini onun şöbələrinin adlarına 
görə  müəyyənləşdirmək  düzgün  deyil.  Çünki  şöbələrin 
adlarının  ümumi  olmasına  baxmayaraq,  oradakı  sənədlər 


55 
 
müxtəlif ola bilər. 
Mənşəcə  sənədlər  xidməti  və  şəxsi  sənədlərə 
bölünür. Xidməti sənədlər idarənin fəaliyyətini əks etdirir, 
bir qrup işçinin mənafeyindən bəhs edir, şəxsi sənədlər isə 
konkret şəxsə aid olan sənədlərdir. 
Təyinatı  üzrə  sənədlər  sənədin  əslinə,  surətinə, 
sənəddən  çıxarışa,  dublikata  ayrılır.!Sənədin  əsli  birinci 
dəfə  lazımi  qaydada  tərtib  olunan,  imzalanan  sənəddir. 
Sənədin surəti bu sənədin eyni ilə təkrar olunmuş əslidir. 
Bu zaman sənəd üzərində mütləq "surət" sözü qeyd olun-
malı, idarə rəhbəri və ya notarius tərəfindən lazımi qayda-
da  təsdiq  edilməlidir.  Sənədin  əsli  idarə,  təşkilat  və  ayrı-
ayrı şəxslərə  göndərilən zaman onun surəti göndərən  təş-
kilatın işində saxlanılmalıdır. Xidməti sənədlərin üzərində 
mütləq idarə rəhbərinin möhürü və imzası olmalıdır. 
Lazımi  hallarda  sənədlərdən  çıxarış  tələb  olunur. 
Çıxarışı  tərtib  edən  zaman  onun  hansı  sənəddən  edildiyi 
mütləq  göstərilməlidir.  Çıxarışın  düzgünlüyü  isə  vəzifəli 
şəxsin imza və möhürü ilə təsdiq olunmalıdır. Sənədin əsli 
olmayan  hallarda  (itirildikdə,  məhv  edildikdə)  idarə  və 
təşkilata  icazə  verilir  ki,  üzərində  "dublikat"  yazılmış, 
əslin qüvvəsinə malik olan sənəd versin. 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin