Nəzakət səLİmova


İdarəçilik sənədlərinin unifikasiyası və



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə29/60
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#38106
1   ...   25   26   27   28   29   30   31   32   ...   60
3.3.İdarəçilik sənədlərinin unifikasiyası və 
standartlaşdırılması 
 
Hazırda  müasir  dünya  siyasətində  qlobal,  regional 
və  lokal  problemlərin  qloballaşma  və  mədəni  inteqrasiya 
məsələsinin  həllində  yeni  bir  münasibət  müşahidə  edil-
məkdədir. Yalniz milli və bəşəri dəyərlərin sintezi və dün-
ya təcrübəsi yönündə həyata keçirilən islahatlar sahəsində 
dünyanı  sosial-mədəni,  iqtisadi,  siyasi  cəhətdən  inkişaf 
etmiş dövlətlər səviyyəsinə çatdırmaq mümkündür. Sosial, 
mədəni,  iqtisadi  tərəqqiyə  xidmət  edən  bu  proseslərdə 
qarşıya çıxan problemlər yalnız idarəçilik müstəvisində və 
sənədlərin  standartlaşdırılması  müstəvisində  həll  etmək 
olar.  Bunun  üçün  ilk  növbədə  dünyanın  iqtisadi  cəhətdən 
inkişaf  etmiş  ölkələrinin  iş  təcrübəsinin  öyrənilməsi  və 
ölkəyə  investisiya  qoyuluşunun  gerçəkləşdirilməsi  priori-
tet  istiqamətlərdən  bib  hesab  edilir.  Bu  əlaqələrin  inkişa-
fına  və  gerçəkləşməsinə  isə  yalnız  mükəmməl  sosial-
iqtisadi  siyasət  nəticəsində  nail  olmaq  mümkündür.  Bu 
gün  iqtisadi  idarəetmədə  yalnız  müasir  texnologiyaların 
tətəbiqi standartlaşma prosesinə müsbət təsir göstərə bilər. 
 
Beləki,  müstəqil  respublikamızın  nüfuzlu  beynəl-
xalq  təşkilatlara  tam  hüquqlu  üzv  qəbul  edilməsi,  onun 
beynəlxalq  imicinin  formalaşmasına  və  iqtisadi  cəhətdən 
inkişaf  etmiş  ölkələr  içərisində  öz  layiqli  tövhəsini  ver-
məkdədir.  Bu  gün  idarəçilik  sənədlərinin  unifikasiyası  və 
standartlaşdırılması  ölkənin  iqtisadi  dirçəlişində  önəmli 
yerlərdən birini tutur. Bu prosesdə iqtisadi və sosial əlaqə-
lərin inkişafı öz əməli təsirini göstərmiş, onun əhatə dairə-
sini genişləndirmiş və yeni sahələrini reallaşdırmışdır. Sə-
nədlərin  unifikasiyası  və  standartlaşdırılması  həm  də  cə-


63 
 
miyyətdə qloballaşma, inteqrasiya və innovasiya proseslə-
rinin  sürətləndirmişdir.  Unifikasiya  və  standartlaşdırma 
özündə yalnız elmi nəzəri müddəaları deyil, idarəçilik pro-
sesinin emprik əlaqələrini də birləşdirib. Bu sahənin prin-
sipial xüsusiyyətlərindən biri də odur ki, o öz predmetinin 
tədqiqində müasir dünyanın obyektiv real seçir və ümum-
bəşəri  dəyərlərə  istifadə  edir.  Bu  sahə  həyat  reallıqlarını, 
cəmiyyətdə  yaxşı  fəaliyyət  göstərən  hər  bir  fərdin  sosial 
iqtisadi  və  ictimai  əlaqələr  siyasəti  sayəsində  zamanın tə-
ləblərinə  cavab  verən  yenilikçi  islahatların  reallaşdırılma-
sını  həyata  keçirilməsini  tələb  edir.  Bu  baxımdan  idarə-
çilik  sistemində  sənədlərin  unifikasiyası  və  standartlaşdı-
rılması  dövlətin  iqtisadi  və  hüquqi  siyasətində  önəmli 
yerlərdən birini tutur. 
İdarəçilik sənədlərinin unifikasiyası eyni tipli idarə-
çilik  funksiyalarının  həyata  keçirilməsini  fiksasiya  edən 
sənədlərin tərkibi və formasında vahidlik yaradılmasından 
ibarətdir. 
İdarəçilik  sənədlərinin  standartlaşdırılması  həyata 
keçirilmiş unifikasiyanın və onun məcburiliyi səviyyəsinin 
hüquqi cəhətdən rəsmiləşdirilməsi formasıdır.  
Standartların  aşağıdakı  kateqoriyaları  müəyyən 
edilmişdir: 
- dövlət standartları; 
- sahəvi standartlar
 - respublika standartları. 
İdarəçilik  sənədlərinin  unifikasiyası  tətbiq  olunan 
sənədlərin  kəmiyyətinin  məhdudlaşdırılması,  onların  for-
malarının  tipikləşdirilməsi,  keyfiyyətinin  yüksəldilməsi, 
işlənib hazırlanması zamanı əmək sərfinin azaldılması, ey-
ni  adlı  və  qarşı  funksiyalı  idarəçilik  üzrə  sənədləşmənin 


64 
 
müxtəlif  sistemlərinin  uyğunluğuna  nail  olunması,  elek-
tron-hesablama  texnikasından  daha  səmərəli  istifadəni  tə-
min  etmək  məqsədi  ilə  həyata  keçirilir.  Sənədlərin  unifi-
kasiyası aşağıdakı tədbirlərin həyata keçirilməsini nəzərdə 
tutur: 
-  sənədləşmənin  müvafiq  sisteminə  cavabdeh  olan 
nazirliklər  və  digər  qurumlar  tərəfindən  həyata  keçirilən 
unifikasiya sisteminin işlənib hazırlanması; 
- respublika və sahəvi unifikasiya sistemlər çərçivə-
sində sahələrarası unifikasiya sisteminin tətbiqi
-  məlumatların  dəqiqliyini  və  sonrakı  inkişafını  tə-
min  etmək  məqsədi  ilə  texniki-iqtisadi  sənədləşmənin  sa-
həvi  təsnifatının  və  sənədlər  dərin  unifikasiya  sisteminin 
aparılması; 
-  unifikasiya  sisteminə  daxil  olmayan,  habelə  kon-
kret  sahənin  spesifikliyini  əks  etdirən  sahəvi  sənədlər 
kompleksinin hazırlanması və onların dövlət qeydiyyatına 
alınması; 
-  sahənin  spesifikliyini  özündə  əks  etidrən  texniki-
iqtisadi  xarakterli  məlumatların  sahəvi  təsnifatının  hazır-
lanması. 
İdarəçilik sənədlərinin  unifikasiyası və  standartlaş-
dırılmasına təşkilati və metodiki rəhğbərliyi, müvafiq işlə-
rin  əlaqələndirilməsi  və  onun  üzərində  nəzarəti  müvafiq 
baş  idarələr  həyata  keçirir.  Sahəvi  səviyyədə  isə  bu 
funksiyanı onların tabeliyində olan sahəvi orqanlar həyata 
keçirir. 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin