Nəzakət səLİmova



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə30/60
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#38106
1   ...   26   27   28   29   30   31   32   33   ...   60
  
 
 


65 
 
3.4.İdarəçilik (təşkilati-sərəncam) sənədlərinin tərtib 
edilməsi  qaydaları 
 
Qeyd  etmək  lazımdır  ki,  bütün  idarəçilik  sənədləri 
müvafiq  rekvizitlərə  malik  olmaqla  bir-birindən  əsaslı 
surətdə  fərqlənirlər.  «Rekvizit»  latın  dilində  «requisitum» 
sözündən olub, «tələbolunan», «zəruri» mənalarını daşıyır. 
Belə bir hala da diqqət yetiriliməlidir ki, idarəçilik sənəd-
lərinin rekvizitlərinin məcmüsu həmin sənədlərin formala-
rını müəyyən edir, başqa sözlə, sənədlərin forması onların 
rekvizitləri ilə müəyyən olunur. Ona görə idarəçilik sənəd-
lərinin öz təyinatına uyğun olması üçün, onlar mövcud t-ə-
ləblərə  cavab  verməli  və  həmin  kateqoriyadan  olan  sə-
nədlər  üçün  ümumi  qəbul  edilmiş  formaya  uyğun  tərtib 
olunmalıdır.  Çünki,  sənədlər  konkret  faktların  mövcudlu-
ğunu,  hadisə  və  proseslərin  təsdiqini  özündə  əks  etdirdi-
yindən,  onlar  sübut  (hüquqi)  əhəmiyyətinə  malik  olurlar. 
Heç  də  təsadüfi  deyildir  ki,  Azərbaycan  Respublikası 
Cinayət-Prosessual  Məcəlləsinin  124-  cü  maddəsində  sə-
nədlər sübut növü kimi nəzərdə tutulmuşdur. 
Cinayət  Prosessual  qanunvericiliyi  sənədlərin  və 
rəsmi sənədlərin anlayışını müəyyən etmişdir. Həmin Mə-
cəllənin  135-ci  maddəsinə  əsasən,  cinayət  təqibi  üzrə 
əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika 
və  digər  işarə  formasında  özündə  əks  etdirən  kağız,  elek-
tron və ya digər daşıyıcılar sənəd hesab olunur.  
Həmin maddənin tələbinə əsasən, şəxsin vəzifəsinə 
və yerinə yetirdiyi işə görə ona məlum olan halları imzası 
ilə  təsdiq  etdiyi  və  qanunvericiliyin  müəyyən  etdiyi  for-
mada  tərtib  edilmiş  sənəd  isərəsmi  sənəd  hesab  olunur. 


66 
 
Göründüyü kimi, qanun sənəd və rəsmi sənəd anlayışlarını 
və onların rekvizitlərini bir-birindən fərqləndirir. 
Qanunla  nəzərdə  tutulmuş  xüsusiyyətlərə  malik 
sənədlər də maddi sübut hesab edilə bilər. İttiham üzrə sü-
but kimi sənədlərin əsli və ya əslinə bərabər surəti istifadə 
edilməlidir.  Cinayət  prosesində  sənədlərin  surətindən  isti-
fadə olunmasına tərəflərin razılığı ilə icazə verilir. 
Sənəd  cinayət  prosesini  həyata  keçirən  orqan  tərə-
findən  cinayət  təqibi  üzrə  icraatın  materiallarına  əlavə 
edilir  və  işin  bütün  saxlanma  müddəti  ərzində  işdə  sa-
xlanılır. 
Götürülmüş və işə əlavə edilmiş sənədləri cari uçot, 
hesabat  və  digər  hüquqa  uyğun  məqsədlər  üçün  qanuni 
sahibi  tələb  etdikdə,  ona  həmin  sənədlərdən  müvəqqəti 
istifadə etmək və ya surətini çıxarmaq imkanı verilməlidir. 
       Məhkəmənin hökmü qanuni qüvvəyə mindiyi gündən 
bir il keçdikdən sonra və ya cinayət prosesini həyata keçi-
rən  orqanın  cinayət  təqibi  üzrə  icraata  xitam  verilməsi 
haqqında  qərarı  qüvvəyə  mindikdən  sonra  cinayət  təqibi 
üzrə icraatın materiallarında olan sənədlərin əsilləri qanuni 
sahiblərinin xahişi ilə onlara qaytarıla bilər. Bu halda müs-
təntiq,  prokuror  və  ya  məhkəmə  cinayət  təqibi  üzrə  ic-
raatın materiallarına saxlandığı yerdən asılı olaraq qaytarı-
lan sənədlərin surətlərini çıxarmalı, doğruluğunu təsdiq et-
məli və həmin materiallarda saxlamalıdır. 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin