Nəzakət səLİmova


İdarəçilik fəaliyyətinin sənədləşdirməsinin əsas



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə27/60
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#38106
1   ...   23   24   25   26   27   28   29   30   ...   60
 
3.2.İdarəçilik fəaliyyətinin sənədləşdirməsinin əsas 
müddəaları 
 
 
İdarəçilik fəaliyyətinin sənədləşdirilməsi, bu fəaliy-
yətin həyata keçirilməsi üçün zəruri olan məlumatların qa-
nunla  müəyyən  olunmuş  qaydada  rəsmiləşdirilməsi  və 
müxtəllif  daşıyıcılarda  qeydə  alınması  ilə  bağlı  bütün 
prosesləri əhatə edir. İdarəçilik fəaliyyətinin sənədləşdiril-
məsinin təbii forması əlyazmalarda, makina, komputer ya-


56 
 
zılarında,  o  cümlədən  teleqram,  maşinoqramlarda  ifadə 
olunur.  Bu  fəaliyyətin  süni  forması  isə  yeni  daşıyıcıların 
(perfokartların, perfolentlərin, maqnit lentlərinin, kartların, 
disketlərin və s. elektron daşıyıcılarının) tətbiqini nəzərdə 
tutur. 
İdarəçilik  fəaliyyəti  sənədlərinin  tərkibi  aşağıdakı 
hallarla müəyyən olunur: 
- idarə, müəssisə və təşkilatın səlahiyyət və funksi-
yası; 
-  digər  təşkilatlarla  qarşılıqlı  əlaqələrinin  həcmi  və 
xarakteri. 
Qeyd  olunan  hallar  sənədlər  tabelində  qeydə  alınır 
və  möhkəmləndirilir.  Bütün  səviyyələrdə  idarəçilik  hərə-
kətlərinin  sənədləşdirilməsinin  vahid  qaydası  idarəçiliyin 
sənəd təminatının “Dövlət sistemi və sənədləşmənin unifi-
kasion sisteminin tətbiqi” yolu ilə təmin olunur. 
Sənədləşmənin  unifikasion  sistemi  vahid  qayda  və 
tələblər  üzrə  yaradılan,  müəyyən  fəaliyyət  sahəsində  ida-
rəçilik üçün zəruri məlumatları özündə əks etdirən və bir-
biri ilə bağlı olan sənədlər kompleksidir. Bu sistemin təyi-
natı həm texniki hesablama vasitələrinin, həm də ənənəvi 
təhlil  metodlarının  köməyi  ilə  məlumatların  işlənilməsin-
dən ibarətdir. 
Onu da nəzərə almaq  lazımdır  ki,  idarəçilik sənəd-
ləri  adlarına,  forma  və  tərkiblərinə  görə  sənədləşmənin 
unifikasion sisteminə, idarəçiliyin sənəd təminatının Döv-
lət  sisteminə,  idarə,  müəssisə  və  təşkilatın  əsasnaməsinə 
(nizamnaməsinə),  habelə  sənədləşdirmənin  qaydalarını 
müəyyən edən digər normativ hüquqi  aktlara uyğun olma-
lıdır. 


57 
 
Qüvvədə  olan  qanunvericiliyə  və  səlahiyyətlərinə 
uyğun  olaraq  dövlət  idarəçilik  orqanları  qərarlar,  sərən-
camlar və əmrlər qəbul edirlər. İdarəçilik orqanları öz sə-
lahiyyətinə daxil olan  əsas  məsələlər üzrə  normativ və  ya 
fərdi akt qəbul etmək zərurəti yarandığı bütün hallarda qə-
rarlar və əmrlər qəbul edirlər. Sərəncam və göstərişlər isə 
qərarların və əmrlərin icrasını təmin etmək məqsədiilə ve-
rilir. 
Kollegial orqanların, şuraların, yığıncaqların, müşa-
virələrin qəbul etdikləri  məsələlərin və qəbuledilən qərar-
ların müzakirəsinin gedişi müvafiq protokollarla rəsmiləş-
dirilir. 
Bütün  səviyyələrdən  olan  idarə,  müəssisə  və  təş-
kilatlar  öz  səlahiyyətləri  daxilində  yuxarı  sahəvi  və  funk-
sional  orqanlarla  işgüzar  yazışmaları  məktublar  vasitəsilə 
həyata  keçirirlər.  Məktublardan  istifadə  etməklə  işgüzar 
yazışmalar, bir qayda olaraq sənədsiz məlumat mübadilə-
sinin həyata keçiriləsi imkanlarının olmadığı və ya onların 
əhəmiyyətli  dərəcədə  məhdudlaşdırıldığı  hallarda  (məsə-
lən,  şifahi  formada  izahatlar,  göstərişlər  vermək  mümkün 
olmadıqda  və  sair.)  həyata  keçirilir.  Məlumatların  təcili 
ötürülməsi  zərurəti  yarandığı  hallarda  məlumatlar  teleq-
ram və ya telefonoqramlar vasitəsi ilə göndərilə bilər. 
İdarə, müəssisə və təşkilatlar öz səlahiyyətlər daxi-
lində eyni zamanda, iş planları, hesabatlar, preyskurantlar, 
standartlar,  əsasnamələr,  nizamnamələr,  qaydalar  və  sair. 
formalarda  müvafiq  sənədlər,  tərtib  edib,  qəbul  edə  bilər-
lər.  İdarəçilik  sənədlərinin  layihələri  onların  müəllifləri, 
müvafiq  struktur  qurumlarının  və  ya  təşkilatların  rəhbər-
ləri ilə razılaşdırılmalıdır. 


58 
 
İdarəçilik  orqanlarının  sənədlərinin  daxili  razılaş-
dırılması aşağıdakı növbəliliklə həyata keçirilməlidir: 
    -  sahəvi,  funksional,  ərazi  qurumları,  məşvərətçi 
orqanlar,   zəruri hallarda isə ictimai təşkilatlarla
    - funksional məsələlərin həllinə məsul olan işçilər-
lə (böyük mütəxəssis, baş mütəxəssisvə s.); 
    - funksional qurumlarla və ya baş mühasiblərlə; 
    - hüquq xidməti ilə
     - sənəd təminatı xidməti ilə; 
  - Kollegial orqan sədrinin müavini və ya sənəd la-
yihəsini hazırlayan təşkilat rəhbərinin müavini ilə;   
İdarəçilik  orqanlarının  sənədlərinin  xarici,  yəni  ida-
rədən kənar razılaşdırılması isə aşağıdakı növbəliliklə hə-
yata  keçirilməlidir: 
     
 - tabeçilikdə olan təşkilatlarla, habelə hüquqi aktın 
qəbul  edilməsi  ilə  əlaqədar  hüquq  münasibətlərinin  məc-
buri  tərəfi  kimi  çıxış  edən,  yaxud  maraqları  qəbul  edilən 
sənədlərin məzmunu ilə bilavasitə bağl olan, lakin tabeçi-
likdə olmayan təşkilatlarla;  
   
  -  sənədin  məzmununun  aid  olduğu  sahələrdə  təd-
qiqatlar həyata keçirən təşkilatlar və elmi-istehsalat birlik-
ləri ilə; 
   
 - idarəçilik orqanlarının sənədlərində  nəzərdə tutu-
lan hallarda və ya zərurət olduqda ictimai təşkilatlarla; 
  
 -  müvafiq  sahələr  üzrə  (sanitar,  yanğından  müha-
fizə və s.) dövlət  nəzarətini həyata keçirən orqanlarla
   
-  idarəçilik  funksiyalarının  həyata  keçirilməsi  im-
kanlarının  müvafiq  orqanların  icazəsindən  asılı  olmasının 
qanunvericilikdə nəzərdə tutulduğu hallarda ümumi və sa-
həvi səlahiyyətlərə malik olan yuxarı orqanlarla. 


59 
 
    
İdarəçilik  sənədləri  öz  səlahiyyətlərinə  uyğun  ola-
raq,  idarənin  rəhbəri  və  ya  onu  əvəz  edən  şəxs  (müavin, 
səlahiyyətlərin  icrası  tapşırılmış  digər  vəzifəli  şəxs  və  s.) 
tərəfindən imzalanır. Həmin sənədləri imzalamaq səlahiy-
yəti  verilmiş  vəzifəli  şəxslərin  dairəsi  aşağıdakı  hüquqi 
aktlarla müəyyən olunur: 
  - təşkilatın nizamnaməsi; 
  - struktur qurumun əsasnaməsi; 
  - vəzifə təlimatları; 
  - işçilər arasında vəzifə bölgüsü barədə əmr və s. 
Onu da nəzərə almaq lazımdır ki, bəzi hallarda ida-
rəçilik sənədi iki və ya daha artıq idarə, müəssisə və təşki-
latın qarşılıqlı münasibətləri və həyata keçirdikləri funksi-
yalarla bağlı ola bilər. Belə hallarda sənəd onu hazırlayan 
və icrasına məsul olan qurumların rəhbərləri və  ya müva-
fiq  vəzifəli  şəxsləri  tərəfindən  imzalanır.  Ümumiyyətlə, 
bir  neçə  idarə,  müəssisə  və  təşkilatın  hazırladığı  və  icrası 
üçün müvafiq öhdəliklər götürdükləri birgə sənədlər bütün 
iştirakçı təşkilatların rəhbərləri tərəfindən imzalanmalıdır. 
Pul vəsaitlərinin, mal-material və digər qiymətli əş-
yaların qəbulu və verilməsi, habelə digər təşkilatlarla kre-
dit və hesablaşma öhdəliklərinin dəyişməsinə səbəb ola bi-
ləcək  pul,  maddi  və  kredit  xarakterli  idarəçilik  sənədləri 
təşkilatın rəhbəri və baş mühasibi tərəfindən imzalanır. 
Müvafiq  komissiya  tərəfindən  hazırlanmış  idarəçi-
lik sənədləri həmin komissiyanın bütün üzvləri tərəfindən 
nimzalanır. Kollegial orqanların qərarları həmin kollegiya-
nın  sədri  və  katibi  tərəfindən  imzalanır.  Lakin  kollegial 
orqanın rəhbərinin təkbaşına verdiyi sərəncam və göstəriş-
lər onun özü tərəfindən imzalanır. 


60 
 
      
Sərəncam və göstəriş formalarında qəbul olunan sə-
nədlərin  imzalanması  səlahiyyətləri  təşkilat  rəhbərinin 
müavininə,  baş  mühəndisə,  müvafiq  struktur  qurumların 
rəhbərlərinə verilə bilər. Təsdiq olunan sənədləri (təlimat, 
əsasnamə,  nizamnamə  və  s.)  onun  hazırlanmasına  məsul 
olan vəzifəli şəxs imzalayır. 
Təşkilat  rəhbərinin  yanında  və  digər  səviyyələrdə 
keçirilən  müşavirələrin,  iclasların,  yığıncaqların  protokol-
ları həmin tədbirlərə sədrlik edən müvafiq vəzifəli şəxs və 
katib tərəfindən imzalanır. 
Təşkilat  rəhbərinin  yanında  və  digər  səviyyələrdə 
keçirilən  müşavirlərin,  iclasların,  yığıncaqların  protokol-
ları həmin tədbirlərə sədrlik edən müvafiq vəzifəli şəxs və 
katib  tərəfindən  imzalanır.  Məruzələr,  mərüzə  qeydləri, 
arayışlar və məlumat, sorğu və ya analitik xarakterli digər 
sənədlər icraçı tərəfindən imzalanır. Bu zaman başlıca tə-
ləb ondan ibarətdir ki, həmin sənədlərdə həll olunan məsə-
lələr  icraçının  səlahiyyət  dairəsindən  kənara  çıxmasın    və 
vəzifə təlimatında nəzərdə tutulmuş olsun. 
Qeyd  etmək  lazımdır  ki,  idarəçilik  funksiyalarının 
həyata keçirilməsi zamanı əsas sənədlərə əlavələrdə hazır-
lana bilər ki, bunlar da onun icra  mexanizminin dəqiqləş-
dirilməsinə və asanlaşdırılmasına xidmət edir.  
Sənədlərə  əlavələrin  aşağıdakı  növləri  fərqləndiri-
lir: 
   
-  müvafiq  sərəncamverici  sənədlə  təsdiq  olunan  və 
ya  qüvvəyə  minən  əlavələr  (müstəqil  əhəmiyyətə  malik 
olan hüquqi akta edilən əlavələr); 
  
 - digər sənədin məzmununu tamamlayan və ya onu 
izah edən əlavələr;  
   
- məktubla digər təşkilatlara göndərilən əlavələr. 


61 
 
Müvafiq sərəncamverici sənədlərə edilən əlavələrin 
və digər sənədin məzmununu tamamlayan və  ya onu izah 
edən  əlavələrin  yuxarı  hissəsində  sağ  tərəfdə  aşağıdakı 
qeydlər edilir: 
                                               ____ №-li əlavə 
                                             _____________________ 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin