Nəzakət səLİmova


İşgüzar üslubun sintaktik xüsusiyyətləri



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə22/60
tarix02.01.2022
ölçüsü0,93 Mb.
#38106
1   ...   18   19   20   21   22   23   24   25   ...   60
 
2.4. İşgüzar üslubun sintaktik xüsusiyyətləri 
      
 
Qeyd  etmk  lazımdır  ki,  işgüzar  yazışmalar  zamanı 
sənədlərin  tərtib  edilməsində  işgüzar  üslubun  sintaktik 
xüsusiyyətlərindən düzgün istifadə edilməsi bu sənədlərin 
forma  və  məzmunun,  habelə  məqsəd  və  vəzifələrinin  tam 
aydın ifadə olunmasında mühüm rol oynayır. Ümumiyyət-
lə, mövcud qrammatik qaydalara görə cümlənin əsas üzvü 
olan mübtəda və xəbərin uzlaşması işgüzar sənədlərdə fik-
rin dolğun ifadə olunması, onun məzmun və mahiyyətinin 
düzgün  dərk  edilməsi  üçün  zəruri  şərtlərdən  biri  hesab 
olunur. Ona görə də işgüzar sənədlərin tərtibatında bu mü-
hüm  qrammatik  qaydaya  ciddi  surətdə  əməl  olunmalıdır. 
Bunu  nəzərə alaraq, işgüzar üslubun əhatə etdyi sənədlə-
rin  tərtibatı  zamanı  mübtəda  və  xəbərin  uzlaşması  xüsusi  
olaraq diqqətdə saxlanmalıdır.  


43 
 
Onu da nəzərə almaq lazımdır ki, bu üslubda müb-
təda  bir  qayda  olaraq,  idarə,  müəssisə  və  təşkilatların  ad-
ları  ilə  ifadə  olunur.  Sənədlərin  tərtibi  zamanı  həmcins 
üzvlü  cümlələrə  daha  çox  yer  verilir.  Həmin  cümlələrdə 
adətən  bir  mübtəda  bir  neçə  xəbərlə  və  yaxud  bir  neçə 
xəbər bir neçə  mübtəda ilə uzlaşdırılır. 
  
Sənədlərin  tipləri  məzmununa  (hansı  rəsmi-işgüzar 
vəziyyətin  əks  olunmasına  görə)  və  formasına  (sənədin 
mətninin əsas elementləri olan rekvizitlərin quruluş sxemi 
ilə)  görə  təsnifləşdirilir  .  Elmi-nəzəri  ədəbiyyatda  işgüzar 
üslubun  aşağıdakı yarımüslubları (altsistemləri) fərqləndi-
rilir: 
- sırf rəsmi-işgüzar; 
- hüquqi (qanun və fərmanların dili); 
- diplomatik. 
Ədəbiyyatda göstərilir ki, qeyd olunan  bu üç altsis-
tem  arasında  bir  sıra  fərqlərin  olmasına  baxmayaraq,  bu 
altsistemlər  xarakterik  cəhətlərinə  görə  yaxındırlar.  Rəs-
mi-işgüzar  və  diplomatik  sənədləri  bir-birinə  yaxınlaşdı-
ran cəhət ondan ibarətdir ki, hər ikisi tərəflər arasında razı-
lıq əldə olunmasına və diplomatik formulların etik təbiəti-
nə  əsasən  tərəflərin  mövqelərinin  müəyyən  olunmasına 
xidmət  edirlər;  onlardan  fərqli  olaraq,  “qanunlar”ın  dili 
üçün  xarakterik  cəhət  konkret  şərt  və  vəzifələrin,  onların 
hüquqi  məsuliyyətlərinin  sadalanmasıdır.  Lakin  işgüzar-
rəsmi  üslub  bütünlükdə  öz  xüsusiyyətlərini  dəftərxana 
sənədlərində göstərir. 
Rəsmi  üslub  rəsmi  sənədlərə  məxsusdur.  Müasir 
dövrdə  rəsmi  üslub  artıq  formalaşmış,  kifayət  qədər  tək-
milləşmiş  bir  üslubdur.Bu  üslubun  digər  üslublarla  oxşar 


44 
 
və 
fərqli 
cəhətlərivardır. 
Rəsmi 
üslubun 
əsas 
xüsusiyyətləri aşağıdakılardır:  
- inandırıcılq; 
- ardıcıllıq; 
- dəqiqlik; 
- aydınlıq; 
- sadəlik; 
- məntiqilik. 
   
 Qeyd etmək lazımdır ki, nəinki işgüzar yazışmala-
rın aparılmasında həmçinin işgüzar nitqin müvafiq hüquqi 
qüvvəyə malik olan sənədlərdə də işgüzar üslubun dil va-
sitələrindən geniş istifadə olunur. 
  
Rəsmi- işgüzar üslubun xarakteristikası özündə xü-
susiyyətlərinə görə fərqlənən iki normanı əks etdirir: 
    
-  Sənədin  sxeminə  uyğun  dil  materiallarını  idarə 
edən dil normalarını; 
    
-  Sənədin  məzmununu,  mətnini  idarə  edən  mətn 
normalarını. Sənədlərdə təkcə xüsusi üslubu deyil, həmçi-
nin  onların  tərtib  olunması  qaydalarının  düzgünlüyünü, 
ştampların  mövcudluğunu  da  ayırırlar.  Buna  görə  də  çox 
vaxt  hazır  blanklardan  istifadə  olunur.  Rəsmi-işgüzar  üs-
lub  sənədlərin-beynəlxalq  razılıqların,  dövlət  aktlarının, 
hüquqi  qanunların,  işgüzar  sənədlərin  və  s.  üslubudur. 
Məzmun  müxtəlifliyinə  və  janr  fərqlərinə  baxmayaraq, 
rəsmi-işgüzar  üslub  bir  sıra  ümumi  cəhətlərlə  xarakterizə 
olunur. Buraya aiddir: 
      - mətnin yığcamlığı; 
      - materialın standart formada yerləşməsi
     -  terminologiyanın,  nomenklaturanın,  mürəkkəb  sözlə-
rin ixtisarı, abreviaturanın  və s. istifadəsi


45 
 
     -  mürəkkəb  cümlənin  hissələrini  əlaqələndirmək  üçün 
müxtəlif söz birləşmələrinin, məsdərlərin işlənməsi
     - sadalamadan istifadə
     - cümlədə sözlərin düzgün ardıcıllığı; 
     - mürəkkəb cümlələrin çoxluğu
     - ekspressiv leksikanın yoxluğu; 
     - fərdi olmaması. 
    
 Bundan  başqa,  işgüzar  nitqdə  şəxs  əvəzliklərinin 
(o, onlar) istifadəsi yol verilməzdir. Belə ki, onlar məzmu-
nun dəqiqliyinə və aydınlığına xələl gətirə bilər. 
    
Sintaksis  baxımından  işgüzar  nitq  məntiqi  olmalı, 
faktlara əsaslanmalıdır. Bu səbəbdən də işgüzar mətnlərdə 
mürəkkəb konstruksiyalar üstünlük təşkil edirlər; bağlayı-
cılı mürəkkəb cümlələr məntiqi münasibətləri ifadə etmək 
üçün ən yaxşı vasitədir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


46 
 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin