İbrahim ibn Zeyd Tiflisi
Təbəi-tabiundan
1583
olan hədis ravisi idi. Ənəs ibn Malik (ا), Abdullah ibn Utbə ibn
Məs’ud (ا) və Abdullah ibn Ömərdən (ا) mərfuən
1584
hədis nəql etmişdir. Əbü’l-Fəzl
Əbdürrəhim İraqi öz əsərində onun, yuxarıda haqqında bəhs etdiyimiz, İbrahim ibn
Zeyd əl-Əsləmi deyil, başqa bir şəxs olduğunu, lakin Şəmsəddin Zəhəbinin bu iki
şəxsin eyni adam olduğunu düşündüyünü qeyd etmişdir. Əbü’l-Fəzl İraqi bu mövzuda
Xətib əl-Bağdadinin də özü ilə həmfikir olduğunu və bu iki şəxsin ayrı-ayrı adamlar
olduğunu qeyd etmişdir. Əbü’l-Fəzl İraqinin qeydlərindən belə məlum olur ki, İbrahim
ibn Zeyd Tiflisi qədəriyyə və rafiziyyəni İslam ümmətinə aid etməyərək, əqidəvi
mövzularda kifayət qədər prinsipial mövqe tutmuşdu. Həmçinin müəllif tanınmış
mühəddis Əbü’l-Həsən Əli Darəqutninin, İbrahim ibn Zeyd Tiflisinin nəql etdiyi
hədisləri qeyd etdiyini bildirmişdir. İbrahim ibn Zeyd Tiflisinin ölüm tarixi məlum
deyil. Təqribən VIII-IX əsrlərdə yaşamışdı
1585
.
1581
ZƏHƏBİ, Mizanü’l-E’tidal, C. I, s.19.
1582
ZƏHƏBİ, yenə orada; İBN HƏCƏR, Lisanü’l-Mizan, C. I, s. 46; Əbü’l-Fərəc Əbdürrəhman ibn Əli İBNü’l-CƏVZİ,
İ’lili’l-Mütənahiyə,
C.
II,
s.
845,
Beyrut
(trz);
Bundan
başqa
bax:
http://akhawat.islamway.com/forum/index.php?showtopic=190320
1583
Rəsulullahın (م) əshabından sonra gələn ikinci nəsil müsəlmanlar.
1584
Mərfu’ hədis-Sənədinin, yəni nəql silsiləsinin keyfiyyətindən aslı olmayaraq, hökm olaraq və sərahətən, aşkar
olaraq Rəsulullaha (م) aid edilən hədis. ‚Mərfu’ hukmən‛ və ‚Mərfu’ mürsəl‛ olaraq iki qismə ayrılır. Daha ətraflı
məlumat üçün bax: AYDINLI, Hadis Istılahları Sözlüğü, s. 96.
1585
İRAQİ, Zeyl Mizanü’l-Etidal, s. 16.
İmam Nəcməddin Əbü’l-Bəqa’ Sabit ibn Tavan Tiflisi
Fütuvvət şeyxi olan imam Nəcməddin Sabit Tiflisi şafi’i fiqhi, fiqh üsulu, ərəb
filologiyası, tarix, ədəbiyyat və əxlaq kimi elm sahələrində tanınmış mütəxəssis idi. O,
həmçinin istedadlı şair idi və çox gözəl şerlər yazırdı. İmam Nəcməddin Tiflisi çox
ibadət edir və riyazətlə məşğul olurdu. Şeyx Şihabəddin Ömər Sührəvərdinin yaxın
dostu idi. Nəcməddin Əbü’l-Bəqa’ Tiflisi həm də bacarıqlı diplomat idi. Misirə, Əyyubi
sultanının sarayına Abbasi xilafətinin elçisi olaraq göndərilmişdi. Onun çox zəngin
şəxsi kitabxanası var idi. Vəfatından əvvəl bütün kitablarını tələbələrin istifadəsi üçün
Sümeysatiyyə xanəgahına vəqf etmiş, bağışlamışdı. Alim h. 631-ci ildə (1234) vəfat
etmişdi
1586
. Əbu Şamə Məqdisi, Nəcməddin Tiflisinin h. 632-ci ildə (1235) Dəməşqdə
vəfat etdiyini, bu vaxt özünün də Dəməşqdə oluğunu və alimin Sufiyyə qəbristanında
dəfn edildiyini qeyd etmişdir
1587
.
Əbu Nəsr Əhməd ibn Ömər ibn Muhəmməd Natan əl-Muqri Tiflisi
Azərbaycan Atabəyləri dövründə yaşamış tanınmış mühəddislərdən idi. Hafiz Əbu
Tahir əs-Süləfi İsfəhani (öl. 1181) Tiflisdə onunla görüşüb söhbət etmiş, hədis
dinləmişdi. Mühəddis Əbü’l-Qasım Əli ibn Əbdürrəhman Nişapuri Əbu Nəsr Əhməd
Tiflisinin hədis dinlədiyi alimlərdən biri idi. Hafiz Əbu Tahir əs-Süləfi Tiflisdə Əbu
Nəsr Əhməddən dinlədiyi aşağıdakı hədisi əsərində qeyd etmişdi. Ənəs ibn Malik (ا)
dedi: ‚Allah Rəsulu (م) sabah üçün heç bir şey saxlamazdı‛
1588
. Əbu Nəsr Əhməd
Tiflisinin ölüm tarixi məlum deyil. XII əsrdə yaşamışdır.
Əbü’l-Qasım Abdullah ibn Əbdüləziz ibn Abdullah Tiflisi
1586
İBN ŞAKİR, Fəvatü’l-Vəfayat, C. I, s. 111; SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. X, s. 155. Səlahəddin Səfədi, imam
Nəcməddin Tiflisinin h. 631-ci (1234) ildə vəfat etdiyini qeyd etmişdir.
1587
MƏQDİSİ, Təracim Ricali’l-Qərneyn, s. 162.
1588
ƏBU TAHİR İSFƏHANİ, Ərbəinü’l-Büldaniyyə, s. 134.
[
ٖػ
ص ّ٢ثُ٘ا ّٕا ًٗأ
:
ٍكـُ اًاج٤ش هـّك٣ لا ٕاً
]
. Bu hədis üçün bax:
TİRMİZİ, Sünən, Zöhd, Nr. 2362. Bu hədisdə diqqətə yetirilmək istənən xüsus Allah Rəsulunun (م) Allaha
təvəkkülünün nəhayətsiz olduğudur. Bu təvəkkülü səbəbiylə sabah yoxsulluğa düçar olacağı əndişəsini daşımaz,
buna görə də hər hansı bir şeyi ehtiyat üçün saxlamağa ehtiyac duymazdı. Tirmizi ‚bu hədis qəribdir‛, Muhəmməd
Əbdürrauf əl-Münavi (öl. 1622) isə Süleyman ət-Təbəraninin (öl. 971) əsərinə yazdığı ‚Feyzü’l-Qədir fi Cami’üs-
Səğir‛ adlı şərhdə
[
كّ٤ظ قاٌ٘ا
]
‚isnadı gözəl hədisdir‛ demişdilər.
Fəqih və təsəvvüf əhlinə mənsub şeyx idi. Bağdadda Hibətullah əş-Şibli, Muhəmməd
ibnü’l-Bəttə və Əbu Zur’ədən hədis dərsləri almışdı. O, Bağdadda tədrislə məşğul
olmuşdu. Hafiz Zeynəddin Xalid odan hədis dinləmiş və hədis dərsləri almışdı. Əbü’l-
Qasım Abdullah Tiflisi şeyx Əbu’n-Nəcib Əbdülqahir Sührəvərdinin (öl. 1168) yaxın
dostlarından biri olmuşdu. Alim h. 626-cı ilin rəbiələvvəl ayında (fevral 1229) Bağdadda
vəfat etmişdi
1589
.
Əbü’l-Qasım Sabit ibn Bəndar ibn Əsəd Tiflisi
Mühəddis idi. Əbu Əli Hamid ibn Muhəmməd əl-Hərəvi və Əbu Əhməd ibn Ədiyy
Cürcanidən (890-976) hədis dinləmiş və nəql etmişdir
1590
. Ölüm tarixi məlum deyil. X
əsrdə yaşamışdır. Nəql silsiləsində Əbü’l-Qasım Sabit Tiflisinin də olduğu hədislərdən
biri aşağıdakıdır:
Ummu Hani bint Əbu Talib
1591
(ا) dedi: ‚Allah Rəsulu (م) Məkkənin fəthi günü
1592
şəhərin ən yüksək yerində səkkiz rəkat namaz qıldı. Ondan ‚ey Allahın elçisi! Bu nə
namazı idi?‛ soruşdum. ‚Bu duha namazı idi‛ deyə cavab verdi‛
1593
.
Şeyx Fəthəddin Əbu Abdullah Muhəmməd ibn Əhməd ibn Haşim ibn Əhməd ibn
Ömər Tiflisi
Mühəddis idi. h. 658-ci ildə (1260) Qahirədə anadan olmuşdu. Mühəddis Əbü’l-Fərəc
Əbdüllətif əl-Hərraninin tələbəsi olmuş, ondan hədis elmlərinə dair bilikləri
öyrənmişdi. Fəthəddin Tiflisi h. 11 cəmaziəlaxir 720-ci ildə (iyul 1320) Fələstinin Hums
şəhərində vəfat etmişdi
1594
.
1589
ZƏHƏBİ, Müxtəsər Tarixi-İbnü’d-Dübeysi, s. 217.
1590
ƏBU NUEYM İSBƏHANİ, Zikr Əxbaru-İsbəhan, C. I, s. 241
1591
Bu xanım səhabə Allah Rəsulunun (م) bibisi idi.
1592
11 yanvar 630-cu il.
1593
ƏBU NUEYM İSBƏHANİ, Zikr Əxbaru-İsbəhan, C. I, s. 241. Duha namazına dair hədislər üçün bax: CANAN,
Kutubi-Sitte, Tercüme ve Şerhi, C. IX, s. 326. (
ٙمٛ آ الله ٌٍٞن ا٣ دِوك خاؼًن ٕأش ٠ِصٝ حٌٓ ٠ِػأت ٍىٗ حٌٓ ػرك ػرلُا ْؼِص الله ٌٍٞن ّكه أُ
٠ؽعُا جلاص ٍاوك جلاصُا)
1594
MƏQRİZİ, Kitabü’l-Müqəffa, C. V, s. 287.
Tacəddin Əbü’s-Səna Mahmud ibn Muhəmməd ibn Əhməd ibn Hişam ibn Əhməd
ibn Ömər Tiflisi
Misir Məmlüklü ordusunda zabit olan Tacəddin Mahmud Tiflisi həmçinin mühəddis
idi. Yuxarıda haqqında bəhs etdiyimiz Fəthəddin Əbu Abdullah Muhəmməd Tiflisinin
oğlu olan Tacəddin Əbü’s-Səna Mahmud atası ilə yanaşı şeyx Fəxrəddin ibnü’l-
Buxarinin tələbəsi olmuş, onun yanında Tirmizinin ‚Şəmailü’n-Nəbi‛ adlı hədis
kitabını oxumuşdu. Tacəddin Mahmud Tiflisi h. 11 ramazan 746-cı ildə (5 yanvar 1346)
Dəməşqdə vəfat etmiş, əl-Müzəffəriyyə camesində qılınan cənazə namazından sonra
Qasiyyun qəbristanında dəfn edilmişdi
1595
.
Muhəmməd ibn Bəyan ibn Həmran Tiflisi
Mühəddis idi. Bağdadda yaşayırdı. Atası Bəyan ibn Həmran hədis ravisi idi və
Muhəmməd Tiflisi ondan hədis dinləmişdi. Daha sonra Həmmad ibn Yəzid, Osman əl-
Bərri, Əbu İmran Mərvan ibn Şüca’ əl-Cəzəri, Səid ibn Məsləmə əl-Əməvi, Abdullah ibn
Həmmad Tiflisi, Muafi ibn İmran, Əbdüləziz ibn Xalid, Yəhya ibn Nəsr ibn Hacib, Əbu
Əbdürrəhman əl-Muqri kimi mühəddislərdən hədis dinləmiş və hədis elmələrinə dair
bilikləri öyrənmişdi. Əhməd ibn Yusif ibn Yaqub əl-Kufi ondan hədis dinləmiş və nəql
etmişdi
1596
. Ölüm tarixi məlum deyil. Onun hədis müəllimlərindən Əbu İmran Mərvan
əl-Cəzəri h. 184-cü ildə (800) vəfat etmişdir. Bu səbəblə Muhəmməd ibn Bəyan Tiflisinin
də VIII-IX əsrlərdə yaşadığını təxmin etmək olar.
Əbu İshaq İbrahim ibn Hümeyd ibn Əhməd Tiflisi
Mühəddis idi. H. 532-ci ildə (1138) Tiflis şəhərində anadan olmuşdu. İlk təhsilini doğma
şəhərində aldıqdan sonra təhsilini davam etdirmək üçün Misirə getmişdi.
İsgəndəriyyədə dövrün tanınmış mühəddislərindən şeyx Əbü’l-Qasım Sibt əs-Sələfinin
tələbəsi olmuşdu. Təhsilini başa vurandan sonra Misirdə qalmış və hədis elmlərinin
tədrisi ilə məşğul olmuşdu. Onun tələbələri arasından Əbu Muhəmməd əl-Mənzəri və
Əbü’l-Hüseyn əl-Qurəşi kimi hədis alimləri yetişmişdi. Əbu İshaq İbrahim Tiflisi
1595
İBN RAFİ’, əl-Vəfayat, s. 54.
1596
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 314; XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. II, s. 96.
alimliyi ilə yanaşı xoşrəftar, abid, zahid, saleh və xeyriyyəçi insan kimi tanınmışdı.
Alim h. 13 zilqədə 618-ci ildə (29 dekabr 1221) Misirdə vəfat etmişdi
1597
.
Qazi Hüseyn ibn Muhəmməd ibn Bəyan Tiflisi
Mühəddis və Tiflis şəhərinin qazisi idi. Babası Bəyan Tiflisidən hədis dinləmiş və nəql
etmişdi
1598
. Ölüm tarixi məlum deyil. Təqribən IX əsrdə yaşamışdı.
Şeyx Bədrəddin Muhəmməd ibn Səbih ibn Abdullah Tiflisi
Mühəddis, qari və müəzzin idi. Dəməşqdə rəisü’l-müəzzinin, yəni müəzzinləin başçısı
adı ilə tanınmışdı. O, Dəməşqdəki əl-Əməvi camesinin müəzzini idi. Təvəllüdü h. 650-
ci (1252-1262) illərə təsadüf edir. Aşağıda haqqında məlumat verdiyimiz qazi
Kəmaləddin Ömər Tiflisi onun ana tərəfdən babası idi. Əmir İzzəddin Aybək əl-Cəmali,
Əhməd ibn Ne’mət əl-Məqdisi, Əli ibn Əbdüddaim, Ömər əl-Kirmani, Əbu Bəkr
ibnü’n-Nəşəbi kimi alimlərdən hədis dinləmişdi. Şeyx Yəhya əl-Mənbicinin tələbəsi
olmuş, ondan Qur’an təcvid və tilavətinin incəliklərini öyrənmişdi. Muhəmməd Tiflisi
özünün gözəl və məftunedici səsi ilə məşhur olmuşdu. Bir müddət səltənət naibliyi,
daha sonra isə Salehiyyə şəhərinin möhtəsibi vəzifəsinə təyin edilmişdi. H. 725-ci ilin
zilhiccə ayında (noyabr 1325) vəfat etmişdi
1599
.
Şeyx Əbu Abdullah Muhəmməd ibn Muhəmməd ibn Əbü’l-Vird Tiflisi
Şafi’i məzhəbinə mənsub fəqih idi. H. 626-cı ilin rəcəb ayında (iyun 1229) Dəməşqdə
anadan olmuşdu. Şam diyarının mədrəsələrində təhsil almış, fiqh və hədis elmlərini
öyrənmişdi. Bir müddət Hələbin əl-Kəlasə
1600
məhəlləsinin imam-cüməsi olmuş, daha
1597
MƏQRİZİ, Kitabü’l-Müqəffa, C. I, s. 146-147.
1598
İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. XLII, s.242. İbn Əsakir qazi Hüseyn ibn Muhəmməd ibn Bəyan Tiflisinin
babasının adını ‚Əbu Şərif ibn Saiq Tiflisi‛ kimi qeyd edir. Ehtimal ki, bu Bəyan Tiflisinin künyəsi ‚Əbu Şərif‛
olmuşdu. Lakin Səm’ani, İbn Əsakirdən fərqli olaraq Bəyan Tiflisinin atasının adını ‚Saiq‛ deyil ‚Həmran‛
olduğunu qeyd etmişdir.
1599
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. I, s. 305; SƏFƏDİ, Ə’yanü’l-Əsr, C. IV, s. 474-475.
1600
[حٌلاٌُا] – əl-Kəlasə və ya Kiçik Kəlasə XIX əsrdə Hələb şəhərindəki 107 böyük məhəllədən biri idi. Bax: EROĞLU,
Cengiz-Murat BABUÇOĞLU-KÖÇER, Mehmet, Osmanlı Vilayet Selnamelerinde Halep s. 151, Anrara 2007.
sonra Misirə getmiş və burada hədis dərsləri vermişdi. Fəzilət sahibi, saleh insan kimi
tanınmışdı. H. 14 şaban 691-ci ildə (30 iyul 1292) vəfat etmişdi
1601
.
Mübarək ibn Muhəmməd ibn Əli əl-Məvsusi Tiflisi
Fəqih idi. Yəhya ibnü’r-Rəbi’nin tələbəsi olmuş, ondan şafi’i fiqhini öyrənmişdi. Fiqhə
dair bir əsər qələmə almışdı. Ölüm tarixi 644-cü ildən (1246) sonraya təsadüf edir
1602
.
Əminəddin İbrahim ibn Əbu Bəkr ibn İbrahim əl-Bəkri Tiflisi
Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. Raşid xəlifələrdən Əbu Bəkrin (ا)
nəslindən olduğu üçün əl-Bəkri nisbəsi ilə də tanınırdı. Atası Tiflisdən Misirə
köçmüşdü. Əminəddin İbrahim Tiflisi h. 625-ci ilin məhərrəm ayında (dekabr 1227)
Qahirədə dünaya gəlmişdi. Şeyx Əbü’l-Qasım Sibt əs-Sələfinin tələbəsi olmuş, ondan
hədis elmlərini öyrənmişdi. Əminəddin İbrahim Tiflisi dərin elmi biliyi ilə yanaşı
fəzilətli şəxsiyyəti ilə də tanınmışdı. Məmlüklü sultanı Rüknəddin Zahir Bəybarsın
hakimiyyəti illərində (1260-1277) Misir ordusunda möhtəsiblik
1603
vəzifəsinə təyin
olunmuşdu. Alim h. 680-ci ildə (1281) vəfat etmiş və Qahirədə imam Muhəmməd ibn
İdris əş-Şafi’inin (//öl. 819) məqbərəsinin yanında dəfn edilmişdi
1604
.
Nəcməddin İsmayıl ibn İbrahim ibn Əbu Bəkr Tiflisi
Mühəddis idi. İsmayıl ibn Əzvən, Osman ibn Ruşeyq kimi mühəddislərdən hədis
dinləmişdi. İsmayıl ibn İbrahim ibn Musa əl-Qazi onun tələbəsi olmuş və ondan hədis
dərsləri almışdı. Nəcməddin İsmayıl Tiflisi h. 746-cı ilin zilhiccə ayında (aprel 1346) 89
yaşında ikən vəfat etmişdi
1605
.
Qazi Kəmaləddin Əbü’l-Fəth Ömər ibn Bəndar ibn Ömər ibn Əli Tiflisi
1601
MƏQRİZİ, Kitabü’l-Müqəffa, C. VII, s. 100.
1602
SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. VIII, s.196; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 11.
1603
Möhtəsib-maliyyə müfəttişi.
1604
MƏQRİZİ, Kitabü’l-Müqəffa, C. I, s. 117.
1605
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. I, s. 175.
Şafi’i məzhəbinə mənsub fəqih idi. Fiqh, fiqh üsulu, hədis, hədis üsulu, kəlam kimi elm
sahələrində dərin biliyə malik alim idi. H. 601-ci ildə (1205) Tiflisdə anadan olmuşdu
1606
.
Şeyx Təqiyəddin ibnü’s-Səlah və şeyx Muhyəddin ən-Nəvəvidən hədis və hədis üsulu
dərsləri almışdı. Qazi Kəmaləddin Tiflisi Dəməşqdə fətva mərcii idi və bu şəhərin
Adiliyyətü’l-Kəbir və Dimağiyyə kimi
1607
mədrəsələrində müdərrislik edirdi.
Kəmaləddin Tiflisi 11 il Dəməşq qazisi Sədrəddin Əhməd ibn Yəhya ibn
Səniyyüddövlənin müavini olmuşdu
1608
. Məlum olduğu kimi Hülagü xan 1258-ci ildə
Bağdadı zəbt edərək Abbasi xilafətinin varlığına son qoymuşdu. Onun növbəti hədəfi
İslam coğrafiyasında moğol təhlükəsi qarşısında öz varlığını qoruyub saxlaya bilmiş
yeganə dövlət olan Misir Məmlüklüləri idi. Hülagü xan xristian tatar olan komandanı
Kətbuğa Noyana Suriyanın işğalı əmrini verəndən sonra bu ölkə 31 yanvar 1260-cı ildə
zəbt olunmuşdu
1609
. İşğaldan sonra Hülagü xan şeyx Kəmaləddin Tiflisini Şam, Cəzirə,
Mosul, Mardin, Məyyafariqin və Hısn-Kəyfə
1610
baş qaziliyinə və vəqflər nazirliyinə
təyin etdi. Hülagü xanın fərmanı 26 rəbiələvvəl 558-ci (10 mart 1260) ildə Dəməşqdə,
yaşıl meydan adlanan yerdə xalqa oxunmuşdu. Kəmaləddin Tiflisinin Hülagü xanın və
ümumiyyətlə moğol hərbi məmurlarının nəzdində sözü keçirdi. Bu səbəblə də
Kəmaləddin Tiflisi əlindən gəldiyi qədər müsəlman xalqı moğolların zülmündən, qətl
və qarətdən qorumağa çalışmışdı
1611
. Dəməşqin sabiq qaziləri Muhyəddin ibn Zəki və
Sədrəddin ibn Səniyyuddövlə Hələbə, Hülagü xanın hüzuruna gedərək əvvəlki
vəzifələrinə qaytarılmalarını xahiş etmişdilər. Muhyəddin ibn Zəki yoldaşı Sədrəddin
ibn Səniyuddövləyə kələk gələrək moğol dövlət məmurlarına böyük miqdarda rüşvət
vermiş və Dəməşq qaziliyinə təyin olunmasına nail olmuşdu. Sədrəddin ibn
Səniyyuddövlə isə Bəəlbək qaziliyinə təyin olunmuşdu. Lakin bu vəzifə də ona qismət
olmamış, yolda xəstələnmiş və Bəəlbəkə çatandan qısa müddət sonra ölmüşdü.
Muhəddin ibn Zəki Hülagü xanın fərmanı ilə Dəməşqə gəlib vəzifəsinin icrasına
1606
ƏYNİ, İqdü’l-Cüman, s. 139.
1607
NUEYMİ, Daris fi Tarixi’l-Mədaris, C. I, s. 178, 274.
1608
ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 152-153; İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIII, s. 457; İBNü’l-İMAD,
Şəzəratü’z-Zəhəb, C. V, s. 625.
1609
FƏHMİ, həmin əsər, s. 148-150.
1610
Mardin, Məyyafariqin və Hısn-Kəyfə şəhərləri Türkiyənin cənubi-şərqində yerləşirlər.
1611
İBN TAĞRIBİRDİ, Nücumu’z-Zahirə, C. II, s. 518; İBN TOLON, Səğru’l-Bəssam, s. 94-95; İBN QAZİ ŞUHBƏ,
Təbəqatü’ş-Şafi’iyyə, C. II, s. 123; SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. VIII, s. 173-174; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb,
C. V, s. 625, İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIII, s. 387-388.
başlamışdı. Kəmaləddin Tiflisi isə Hələb və ətraf vilayətlərin qaziliyinə təyin
olunmuşdu. Lakin o, Suriyada uzun müddət qalmayaraq 1265-ci ildən sonra Misirə
köçmüşdü
1612
.
1260-cı ildə Şam vilayəti, xüsusən də Suriya döyüş meydanına çevrilmiş, bir neçə dəfə
əldə ələ keçmişdi. Nəhayət 3 sentyabr 1260-cı ildə Misir Məmlüklü sultanı Seyfəddin
Müzəffər Qutuzun (1259-1260) ordusu Fələstin ərazisində baş vermiş Əyn Calut
dövyüşündə Kətbuğanın ordusunu ağır məğlubiyyətə uğratmışdı. Kətbuğa noyan bu
döyüşdə əmir Cəmaləddin Ağquş tərəfindən öldürülmüşdü. Məğlub olmuş 20 minlik
moğol ordusundan çox az adam sağ qurtulmuşdu. Suriya moğol işğalından
təmizlənmişdi
1613
. Bu moğolların ilk ciddi məğlubiyyəti idi. Bununla da Hülagü xanın
Suriyanı, Misiri, bunların ardınca da Məkkə və Mədinəni zəbt etmə planı pozulmuşdu.
Misirə gedən Kəmaləddin Tiflisi Qahirədə məskunlaşmış, burada tədris və elmi
fəaliyyətlə məşğul olmuşdu. Onun dərslərinə böyük tələbə qrupları toplaşırdı. O, dərin
biliyə malik alim olmaqla yanaşı fəzilətli və izzətli insan idi. Ailəsinin böyük və
ehtiyacının çox olmasına baxmayaraq heç vaxt vəzifəsindən sui-istifadə etməmişdi.
Misirə gələndən sonra da sultandan hər hansı bir vəzifəyə təyin olunmasını xahiş
etməmişdi. Alim h. 672-ci ilin rəbiələvvəl ayında (sentyabr 1273) Qahirədə vəfat
etmişdi
1614
.
Səfiyəddin Cövhər ibn Abdullah Tiflisi
Mühəddis idi. Yaşadığı dövrün tanınmış hədis alimlərindən hədis dinləmiş və hədis
elmlərinə dair bilikləri öyrənmişdi. Gözəl əxlaqlı, himmət sahibi, saleh əməlli, yumuşaq
xasiyyətli və kəskin zəkalı şəxs idi. Şəxsi kitabxanasında hədis elmlərinə dair çox sayıda
1612
Şəmsəddin Əbu Abdullah Muhəmməd ibn Əhməd ZƏHƏBİ, İbər fi Xəbər mən Ğəbər, C. III, s. 154, Küveyt 1966;
İBN TAĞRIBİRDİ, yenə orada; İBN TOLON, yenə orada; İBN QAZİ ŞUHBƏ, yenə orada; SÜBKİ, yenə orada; İBNü’l-
İMAD, yenə orada.
1613
FƏHMİ, yenə orada, s. 148-150; İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIII, s. 388-392; Mahmud ŞƏLBİ, Həyatü’l-
Məlikü’l-Müzəffər Qutuz, s. 285-288, Beyrut 1992.
1614
İBN TOLON, yenə orada; ƏSNƏVİ, yenə orada; İBN QAZİ ŞUHBƏ, yenə orada; SÜBKİ, yenə orada; İBNü’l-İMAD,
yenə orada; İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIII, s. 457; MƏQRİZİ, Kitabu’s-Süluk, C. I, s. 140.
kitab var idi. Vəfatından əvvəl şəxsi kitabxanasını hədis tələbələrinin istifadəsi üçün
vəqf etmiş, bağışlamışdı. Səfiyəddin Cövhər Tiflisi h. 700-cü ildə (1301) vəfat etmişdi
1615
.
Həkim Kəmaləddin Əbü’l-Fəzl Hübeyş ibn İbrahim ibn Muhəmməd əl-Mütətəbbib
Tiflisi
XII əsrdə yaşımış məşhur həkim, əczaçı, filoloq, astronom və ilahiyyatçı idi. Təqribən
1113-1116-cı illərdə Tiflisdə dünyaya gələn
1616
Kəmaləddin Əbü’l-Fəzlin ailəsi
Anadoluya köçmişdi. Onun ailəsinin hansı tarixdə Azərbaycandan Rum diyarına
köçdüyü barədə mənbələrdə məlumat yoxdur. Ehtimal ki, bu köç münfərid
olmamışdır, yəni 1122-ci ildə gürcülərin Tiflisi işğalından
1617
sonra bir çox azərbaycanlı
öz doğma şəhərlərini tərk etmək məcburiyyətində qalmışdır. Uzun müddət Kayseri
şəhərində yaşayan Kəmaləddin Hübeyş Tiflisi Anadolu Səlcuqlu sultanı İzzəddin II
Qılıncarslanın (1155-1292) sarayına dəvət olunmuş, elmi fəaliyyətini sultanın
himayəsində davam etdirmişdi. Bu səbəbdən də alim əsərlərinin çoxunu II
Qılıncarslana ithaf etmişdi. Onunla eyni dövrdə məşhur tibb alimləri süryani Həsnun
Nəsrani ər-Ruhavi, əndəlüslü yəhudi Musa ibn Maymun da Anadolu Səlcuqlularının
sarayında fəaliyyət göstərmişdilər
1618
. İslam dünyasında yaşamış tibb alimləri və
məşhur həkimlərin tarixini yazmış Cəmaləddin Qıfti (1172-1248) Kəmaləddin Hübeyş
Tiflisinin müasiri olmasına baxmayaraq əsərində onun haqqında məlumat verməmişdi.
Cəmaləddin Qıfti öz əsərində Hübeyş ibnü’l-Həsən əl-Asim adlı bir təbib haqqında
geniş məlumat verərək hicri VI (XII) əsrdə yaşamış bu şəxsin bir çox yunanca kitabı,
cümlədən Qalenin (Galenios) tibbə dair bir neçə əsərini də ərəb dilinə tərcümə etdiyini
qeyd edir
1619
. Cəmaləddin Qıftinin haqqında məlumat verdiyi bu şəxs fikrimizcə
Kəmaləddin Hübeyş Tiflisidən başqası deyildir. Çünki irəlidə də görəcəyimiz kimi
Kəmaləddin Tiflisi yunan dilini mükəmməl şəkildə bilirdi və tibbə dair bir çox yunanca
1615
İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIV, s. 62; İBN TAĞRIBİRDİ, Mənhəlü’s-Safi, C. I, s. 407; ƏYNİ, İqdü’l-Cüman, s.
393.
1616
Kəmaləddin Əbü’l-Fəzl Hübeyş TİFLİSİ, Bəyanü’s-Sənə‘ət, (Nşr. Q. Mixaleviç), s. 13 (Önsöz qismi), Moskva 1976; s.
13; Zəbihullah SƏFA, Tarixi-Ülume-Əqli dər Təməddüne-İslami, C. II, s. 998-999, Tehran 1329.
1617
BÜNYADOV, Azərbaycan Atabəyləri Dövləti, s. 19-20.
1618
Cəmaləddin Əbü'l-Həsən Əli ibn Yusif əl-QIFTİ, Tarixü’l-Hükəmayi-Qıfti, (Nşr. B. Darayi), s. s. 234, 445, Tehran
1347.
1619
QIFTİ, Tarixü’l-Hükəma, s. 244-245.
əsəri ərəb və fars dillərinə tərcümə etmişdi. Cəmaləddin Qıfti onun adını, künyə və
nisbəsini fərqli qeyd edən yeganə müəllif olmamışdır. Türkiyə Bursa EYBEK Orxan
Ğazi kolleksiyasında saxlanılan, Kəmaləddin Hübeyş Tiflisinin müəllifi olduğu
‚Kifayətü’t-Tibb‛ adlı əsənin istinsəx qeydində onun adı Əbü’l-Fəzl Hübeyş ibn
Muhəmməd Qəznəvi kimi qeyd edilmişdir. Bu qeyd Cavad İzgini Kəmaləddin Hübeyş
Tiflisinin əslən Qəznəli olduğu, sonradan özünün və ya ailəsinin Tiflisə köçməsi
1620
kimi
yanlış nəticəyə istiqamətləndirmişdir. İranlı tədqiqatçılar Kəmaləddin Hübeyş Tiflisinin
əsərlərində istifadə etdiyi farsca ləhcənin Xorasanın dəri ləhcəsindən fərqli olduğu
qənaətinə gəlmişdirlər
1621
. Alimin ləqəbini ‚Şərəfəddin‛ kimi qeyd edən Səid Nəfisi
onun əsərlərini fars və tacik dillərində yazdığını bildirmişdir
1622
. Azərbaycanın tarixi
coğrafiyasından danışarkən Suğdabil şəhərinin inşasından sonra Sasani şahı
Ənuşirvanın buraya əhalini Soğddan köçürərək məskunlaşdırdığını qeyd etmişdik.
Ehtimal ki, Kəmaləddin Tiflisi əsərlərinin bəzilərini soğd ləhcədə yazmışdır. Əlbəttə ki,
bu köçürmə və məskunlaşmanın üzərindən uzun əsrlər ötdüyü üçün dil mütləq
müəyyən dəyişikliyə uğramışdı.
Kəmaləddin Hübeyş Tiflisinin 25 əsəri müəyyən edilmişdir. Bunlardan 10-u fars,
digərləri isə ərəb dilindədir. Alimin əsərlərinin əksəriyyəti tibbə aiddir. Bununla yanaşı
onun filologiya, farmakologiya (əczaçılıq) və astronomiya (nücum elmi) sahəsində də
əsərləri mövcuddur.
Tibbə dair əsərləri: ‚Bəyanü’t-Tibb‛ adlı əsərinin bir nüsxəsi Tehran Sipəhsalar
kitabxanasında saxlanılır. ‚Təqvimü’l-Ədviyyə fi’t-Tibb‛ adlı əsəri əczaçılığa aiddir.
Burada cəmi 734 növ dərmandan ərəb, fars, yunan, latın və süryani dillərindəki adları
qeyd olunaraq bəhs edilir. Bu əsərin əlyazma nüsxələri İranın Maliki-Milli, İran Məclis
kitabxanalarında və Türkiydə Manisa İHK-də mövcuddur. ‚Sihhətü’l-Əbdan‛ın adı
məlum olsa da bu vaxta qədər əlyazma nüsxəsinə rast gəlinməmişdir. Kəmaləddin
Tiflisi ‚Kamilü’t-Tə’bir‛ adlı əsərinin müqəddiməsində ‚Bu əsəri (Kamilü’t-Tə’bir-E.N)
‚Sihhətü’l-Əbdan‛ı yazıb başa vurduqdan sonra qələmə aldım‛ deyə yazır. ‚Kifayətü’t-
Tibb‛ adlı əsərini Anadolu Səlcuqlu şahzadəsi Qütbəddin II Məlikşaha (öl. 1193) ithafən
1620
Cevat İZGİ, ‚Hubeyş et-Tiflisî‛, İA (TDV), C. XVIII, İstanbul 1998, ss. 298-299.
1621
Əli Təqi MÜNZƏVİ, Fərhəngnaməyi Ərəbi bə Farsi, s. 200, Tehran 1337.
1622
NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. I, s. 128.
qələmə almışdır. Bu əsərin nüsxələrindən biri Daşkənd Şərq Əlyazmaları
kitabxanasında, digəri isə Almaniya Frankfurt Qota kitabxanasında saxlanılır
1623
.
‚Nəzmü’s-Süluk‛, ‚Risalə fi Şərhi bə’zi’l-Məsail li-Əsbab və’l-Alamat‛, ‚Müntəxabat
min əl-Qanun‛ da Kəmaləddin Tiflisinin tibb və farmakologiyaya dair yazdığı
əsərlərdir
1624
. Kəmaləddin Tiflisi burada İbn Sinanın ‚əl-Qanun fi’t-Tibb‛ adlı əsərində
qeyd olunmuş bəzi məsələləri şərh etmişdir. Bundan başqa ilk dəfə Hippokrat andını
da ‚Əhdi-Buqrat‛ adı ilə süryani dilindən fars dilinə Kəmaləddin Tiflisi tərcümə
etmişdir. Bu kitabın bir nüsxəsi Berlin Milli kitabxanası Nr. 4959-6235 saxlanılır.
Kəmaləddin Hübeyş Tiflisi klassik yunan filosofu və təbibi Qalenin ‚Qalibi-Qutubi‛,
‚Kitab Mənfəət-i Əza‛, ‚Hisbü’l-Bədən‛ kimi əsərlərini də farscaya tərcümə
etmişdir
1625
.
Kəmaləddin Tiflisinin tibbə dair qələmə aldığı digər bir əsər də ‚Məcmuatu’r-Rəsailü’t-
Tibbiyyə‛ adlanır. Müəllif bu əsərini ərəb dilində yazmışdır və əsərin yeganə nüsxəsi
ABŞ Princeton universiteti kitabxanasında Nr. 1108-də saxlanılır. Əsər cəmi doqquz
risalədən ibarətdir. Bunlar ‚Təqvimü’l-İlac və Bərəkatü’l-Mənhəc‛, ‚Rumuzü’l-Mənhəc
və Künzü’l-İlac‛, ‚Təhsilü’s-Sihhə bi’l-Əsbabü’s-Sittə‛, ‚Ədviyyatü’l-Ədviyyat‛,
‚Risalətü’l-Mütəarifə‛, ‚Lübabu-Əsbab‛, ‚İxtisar Fusuli-Buqrat‛ adlı risalələr
bunlardan bir neçəsidir. ‚Məcmuatu’r-Rəsailü’t-Tibbiyyə‛nin əlyazma nüsxəsinin
surəti şəxsi kitabxanamda mövcuddur.
Filologiyaya və ilahiyyata dair əsərləri: ‚Bəyanü’t-Təsrif‛, ‚Vücuhü’l-Qur’an‛ müəllif
tərəfindən 1163-cü ildə Konya şəhərində qələmə alınmışdır. ‚Vücuhül-Qur’an‛ adlı
əsərin yeganə nüsxəsi Türkiyə Süleymaniyyə kitabxanası Nr. 3246-da mühafizə edilir.
‚Cəmiü’l-Bəyan dər Tərcümani-Qur’an‛, ‚Təlxis ələ’l-Qur’an‛ Kəmaləddin Tiflisinin
Qur’an və dini elmlər sahəsində qələmə aldığı əsərlərdir. ‚Qanunü’l-Adab dər Lüğət‛
(və ya Qanunü’l-Ədəb fi Zəbti Kəlimati’l-Ərəb) Tiflisinin müəllifi olduğu ərəbcə-farsca
lüğətdir. Əsər eyni zamanda ərəbcə-farsca müqayisəli qrammatika kitabıdır. Dünyanın
bir çox kitabxanasında nüsxəsi mövcuddur. Bir nüsxəsi də İstanbul Aya Sofiya
kitabxanası Nr. 472-də saxlanılır. Əsərin digər əlyazma nüsxələri Ankar Milli
1623
TİFLİSİ, Bəyanü’s-Sənə‘ət, (Nşr. Q. Mixaleviç), s. 38-47.
1624
BROCKELMANN, Geschıchte der Arabıschen Lıtteratur, E.S, C. I, s. 893.
1625
SƏFA, həmin əsər, C. I, s. 347.
kitabxana, Amasiya Bəyazid İHK və Çorum Həsən paşa İHK-də mövcuddur. ‚Kitabü’l-
Qəvafi‛ ədəbiyyat, şe’r və qafiyə qaydalarına dair əsərdir. Müəllif bu əsərini 1189-cu
ildə yazıb bitirmiş və sultan İzzəddin II Qılıncarslana ithaf etmişdir.
Astronomiyaya dair əsərləri: ‚Bəyanü’n-Nücum‛, ‚Mədxəl ilə İlmü’n-Nücum‛,
‚Məlhamətü’d-Daniyal‛. Bu son əsərinin əlyazma nüsxəsi İstanbul Aya Sofiya
kitabxanası Nr. 2706-da saxlanılır. Həmçinin Çorum Həsən paşa İHK-də bir nüsxəsi
mövcuddur. ‚Kamilü’t-Tə’bir‛ adlı əsəri isə yuxu yozmaları sahəsində yazılmışdır.
‚Kamulü’t-Tə’bir‛in bir nüsxəsi Antaliya Təkəlioğlu kitabxanası Nr. 2142-də
saxlanılmaqdadır. Həmçinin İstanbul Süleymaniyyə əlyazma əsərlər kitabxanası və
Konya Yusifağa kitabxanasında da əlyazma nüsxələri mövcuddur.
Rus şərqşünası Georgi Mixaleviç Kəmaləddin Hübeyş Tiflisinin ‚Bəyanü’s- Sənə‘ət‛
adlı əsərini rus dilinə tərcümə və nəşr etmişdir. Bu əsərin molla Qurban ibn Cəlil
tərəfindən h. 1217-ci (1802) ildə istinsax edilmiş əlyazma nüsxəsi AMEA Əİ Fondu Nr.
B-796/3830-da saxlanılan məcmuənin (vərəq 301b-321a) içində yerləşir. Əsər iyirmi
fəsildən ibarətdir. Kəmaləddin Tiflisi əsərin müqəddiməsində belə yazır: ‚Mən
Bəyanü’n-Nücum adlı əsəri yazıb bitirəndən sonra bu kiçik risaləni yazmağa başladım.
Məqsədim müxtəlif sən’ətlər haqqında söhbət açmaqdır. Onlar haqqında müxtəlif
ərəbcə risalələrdən məlumatlar topladım və müxtəlif sirrləri bəyan etdim. Hansı ki,
bunları müəlliflər öz əsərlərində sirr kimi saxlamışdılar. Kitabı ‚Bəyan-üs-Sən’ət‛
adlandırdım. Hər bir başlığın altında haqqında danışılan sən’ətin müdrikliyini izah
etdim ki, inşaallah oxucu asan dərk etsin. Əgər bu kitab hər hansı bir şəxsin əlinə keçsə
və həmin şəxs bu kitabdan fayda hasil etsə qoy məni xeyirli dualarla yada salsın. Bu
mənim haqqımda xoş xatirə olaraq qalsın. Bu kitabda 20 fəsil var. Mən onları sıra ilə
sadalayacağam. İnşaallah oxucu istədiyini asanlıqla tapa bilər‛
1626
.
Müəllif ilk fəsil olan əl-Kimyada misi və ya qalayı gümüşə çevirə bildiyini iddia
edənləri tənqid edərək onları yalançı adlandırır, sonra isə onların bu saxtakarlığı necə
etdiklərini açıqlayır
1627
. Əsərin yeddinci fəsli isə o dövrdə silah industriyasının inkişaf
səviyyəsi haqqında təsəvvür yaranması üçün yetərli məlumatı ehtiva edir. Kəmaləddin
1626
TİFLİSİ, Bəyanü’s-Sənə‘ət, s. 65.
1627
Həmin əsər, s. 66-67.
Tiflisi burada qılınc, ox ucu, nizə və.s silahların necə daha kəskin və öldürücü gücə
sahib ola biləcəyini və bunların yollarını açıqlayır. Oxların və nizələrin hədəfdən
yayınmaması üçün alim maqnitin odda qızarana qədər saxlanılıb sonra suya atılmasını,
daha sonra isə ox, nizə ucları və ya qılıncın da odda qızarana qədər saxlanaraq həmin
suda soyudulmasını təklif edir. Belə edildikdə silahların dəmir əşyaları maqnit kimi
özünə çəkəcəyini və zirehləri daha asan deşəcəyini bildirir. Bununla yanaşı müəllif
zirehli döyüş geyimləri, ox və nizə uclarının hazırlanma qaydalarını da izah edir
1628
.
Əsərin digər fəsillərində isə Kəmaləddin Hübeyş Tiflisi rəngli və şəffaf şüşələrin
istehsalı, qiymətli daşların müəyyən edilməsi və emalı, şüşə qablar, stəkanlar və
çıraqların hazırlanma üsullarını açıqlayır.
Kəmaləddin Hübeyş Tiflisi 1204-cü ildə vəfat etmişdir
1629
. Alimin öldüyü və dəfn
edildiyi yer haqqında mənbələrdə heç bir məlumata rast gəlmək mümkün olmamışdır.
Ehtimal ki, Kəmaləddin Hübeyş Tiflisi Kayseri şəhərində vəfat etmiş və orada dəfn
edilmişdir.
Dostları ilə paylaş: |