İstehsal əsas fondlarının ayrı-ayrı ünsürlərinin ümumi dəyərindəki nisbətləri əsas fondların istehsal strukturunu müəyyənləşdirir. Əsas fondların istehsal strukturu və onun dina-mikası istehsalın texniki səviyyəsini səciyyələndirən göstəricilərdəndir və əsas fondlara investisiya qoyuluşlarının səmərəliliyinə təsir göstərirlər. Əsas fondların tərkibində maşınların, avadanlıqların və cihazların payı nə qədər çox olarsa, onların hər manatına – başqa şərtlər dəyişməz qalarsa – bir o qədər çox məhsul istehsal edilə bilər.
Müxtəlif sahələrə mənsub olan müəssisələrdə istehsal əsas fondlarının strukturu bir-birindən fərqlənir. Müəssisənin əsas fondlarının strukturunun mütərəqqiliyi, onda (strukturda) maşınların və avadanlıqların payının artmasında təzahür edir. Müxtəlif sahələrin və müəssisələrin istehsal əsas fondlarının quruluşu bir sıra amillərdən: buraxılan məhsulun mürəkkəbliyi və konstruktiv-texnoloji özünəməxsusluğundan, texnoloji proseslərin xüsusiyyətlərindən və tətbiq edilən maşın və avadanlığın texniki cəhətdən mükəmməlliyindən və s. asılıdır.
Dostları ilə paylaş: |