2. «İş maşınları və avadanlıqları» yarımqrupuna bilavasitə əmək predmetlərini (xammal, material və yarımfabrikatları) mexaniki, termik və kimyəvi emal edən maşınlar, avadanlıqlar və aparatlar aiddir. Bunlar əmək predmetinə təsir etməklə və onları hazır məhsula çevirməklə texnoloji proseslərdə bilavasitə iştirak edirlər. Maşın və avadanlıqların bu yarımqrupu əsas sexlərin və həm də bütövlükdə müəssisənin istehsal gücünü müəyyən edir.