Plan: Pedaqoji psixologiyanın mövzusu və vəzifələri 2


Müvəffəqiyyət testlərinin



Yüklə 135,86 Kb.
səhifə8/86
tarix17.04.2022
ölçüsü135,86 Kb.
#55630
1   ...   4   5   6   7   8   9   10   11   ...   86
Ped.ps.TSPX.-45s.mühazirə.doc.

Müvəffəqiyyət testlərinin köməyi ilə yoxlanılanların konkret bilik, bacarıq və vərdişlərə yiyələnmə dərəcəsi aşkara çıxarılır. intellekt testləri yoxlanılanların əqli inkişaf səviyyəsini aşkara çıxarmağa xidmət edir. İntellekt testləri haqqında ilk fikir F.Qalton tərəfindən irəli sürülmüşdür.

Xüsusi qabiliyyət testlərinin köməyi ilə insanların nə kimi xüsusi qabiliyyət- lərə malik olduqları aşkara çıxarılır. Şəxsiyyət testləri fərdin şəxsiyyətinin müxtəlif cəhətlərini tədqiq etmək üçün istifadə olunur. Kreativ testlər insanlarda yaradıcılıq qabiliyyətlərini aşkara çıxarmaq üçün tətbiq olunur. bu testdə tapşırıqlar sistemi elə qurulmuşdur ki, yoxlanılan adam şəraiti dəyişmək, obyektə başqa cür yanaşa bilmək imkanına malik olsun. Proyektik testlər isə yoxlanılanların şəxsiyyətini tamlıqda öyrənməyə imkan verən metodikadır.

Pedaqoji psixologiyada bu metodlardan istifadə edərkən uşaqların yaş xüsusiyyətləri, psixoloji-pedaqoji problemin xüsusiyyətləri, təlim və tərbiyənin təsiri altında onların psixologiyası və davranışında baş verən dəyişiklikləri aşkara çıxarmaq imkanları nəzərə alınaraq müvafiq dəyişiklik edilir.

Ümumi metodlarla yanaşı pedaqoji psixologiyanın xüsusi metodları da vardır. Bu cür metodlara psixoloji-pedaqoji eksperimenti və uşaqların öyrənməyə qabillik, tərbiyəlilik və biliklilik səviyyəsini aşkara çıxarmaq üçün xüsusi psixoloji-pedaqoji testləşdirməni aid etmək olar. Pedaqoji psixologiyada istifadə olunan metodları aşağıdakı şəkildə qruplaşdırmaq olar: təşkiledici, prosedur, qiymətləndirici, eləcə də faktların toplanması və işlənməsi ilə bağı metodlar.


Yüklə 135,86 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin