MÖVZU 1. PEDAQOJİ PSİXOLOGİYANIN MÖVZUSU
PLAN:
1. Pedaqoji psixologiyanın mövzusu və vəzifələri
2. Pedaqoji psixologiyanın problemləri və əsas bölmələri
1. Pedaqoji psixologiyanın mövzusunu insanın təlim və tərbiyəsinin psixoloji qanunauyğunluqalrının öyrənilməsi təşkil edir. Pedaqoji psixologiyanın mövzusuna şəxsiyyətin formalaşmasının psixoloji mexanizminin öyrənilməsi, şəxsiyyə- tinin inkişaf səviyyəsi və fəallığının qarşılıqlı əlaqəsinin, tərbiyənin idarə olunması problemlərinin, özünütərbiyə və əxlaq tərbiyəsinin psixoloji xüsusiyyətlərinin aşkara çıxarılması təşkil edir.
Təlimin idarə olunmasının psixoloji məsələlərini, təlim və inkişafın əlaqəsini, təfəkkürün inkişafında təlim fəaliyyətinin aparıcı rolunu, təlim motivlərinin psixoloji xüsusiyyətlərini, təlim fəaliyyətinin struktur komponentlərini və s. kimi problemləri öyrənmək pedaqoji psixologiyanın mövzusuna daxil olan komponent- lərdəndir.
Bunlarla yanaşı olaraq, təlimdə müvəffəqiyyəti və müvəffəqiyyətsizliyi şərtləndirən psixoloji amilləri, təlim prosesinin optimallaşdırılmasının psixoloji əsasları, təlim prosesində texniki vasitələrdən istifadənin psixoloji əsasları daxildir. Buraya həmçinin pedaqoji fəaliyyətin psixoloji xüsusiyyətlərini, müəllim və şagirdlərin qarşılıqlı münasibətlərini öyrənmək, kollektivdəki qarşılıqlı münasibətləri aşkara çıxarmaq da pedaqoji psixologiyanın mövzusunu təşkil edir.
Müasir pedaqoji psixologiyanın qarşısında nəzəri və praktik vəzifələr durur. Nəzəri vəzifələrə təlim-tərbiyə prosesində psixi inkişafın imkanlarını, təlim və tərbiyənin ümumi psixoloji qanunauyğunluqlarını öyrənməyi aid etmək olar. Bunlarla yanaşı nəzəri vəzifələrdən biri gənc nəslin yüksək elmi dünyagörüşünə, şüuruna xas olan keyfiyyətlərlə formalaşdırılmasının ən səmədəli elmi yollarını müəyyənləşdirməyi göstərmək olar.
Dostları ilə paylaş: |