Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə403/418
tarix20.11.2023
ölçüsü7,47 Mb.
#166008
1   ...   399   400   401   402   403   404   405   406   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Gübrələmə. 
Tütün bitkisi bir ton yarpaqla torpaqdan 60 kq azot, 17 kq fosfor, 46 kq kalium 
və 67 kq kalsium elementi aparır. Buna görə də tütün mineral və üzvi gübrələrə həssasdır. 
20 sentner məhsul əldə etmək üçün hektara 10-15 ton peyin, 50 kq azot, 80-120 kq fosfor və 
70-100 kq kalium gübrəsi vermək lazımdır. Fosfor və kaliumun 70 %-ni şum altına, azotu, fosfor və 
kaliumun 25 %-ni yemləmə şəklində vermək məsləhət görülür. Bu gübrələrin vaxtında və düzgün 
verilməsi çiçəkləməni, yarpaqların yetişməsini tezləşdirir və bol məhsul alınmasını təmin edir.
Azot gübrəsi tütün bitkisinin məhsuldarlığını artırır, keyfiyyətini yaxşılaşdırır, azot 
çatışmadıqda bitkilərin boyatması dayanır, onlar gec çiçəkləyir, yarpaqları xırda və zəif, rəngi isə 
sarı olur. Yarpaqlar xırda olduğundan yığılmayaraq gövdələrin üzərində qalır. Azot gübrəsinin artıq 
verilməsi məhsulun keyfiyyətini xeyli aşağı salır, yarpaqlar kobudlaşır və tünd yaşıl rəng alır. 
Yarpaqlarda zülali maddələrin miqdarı artır, sulu karbonlar isə azalır. Azotun artıq olması 
yarpaqların texniki yetişməsini gecikdirir, xüsusən ilk dövrlərdə bitkinin inkişafına mənfi təsir 
göstərir. 
Tütünün tərkibində 2-3% ümumi azot və 1,5-2% nikotin olduqda ondan hazırlanmış papirosun 
çəkim keyfiyyəti yaxşı olur. 
Torpaqda kifayət qədər kalium olması tütünün normal yanmasına və onun keyfiyyətinin 
yaxşılaşmasına səbəb olur. Kalium qidası tütünün ümumi inkişafına müsbət təsir göstərir, 
yarpaqlarda Sulu karbonların toplanmasına səbəb olur. Kalium çatışmadıqda yarpaqlar kobud olur, 
kənarı aşağıya doğru qıvrılır və üzərində qırmızıtəhər ləkələr əmələ gəlir. 
Vegetasiyanın başlanğıcında birinci yemləməni şitilləmədən 10-12 gün sonra, ikinci 
yemləməni isə birincidən 10 gün sonra vermək məsləhətdir. 
Şitilin becərilməsi. 
Tütün
 
yalnız şitil üsulu ilə becərildiyindən, şitilliklərdə, polietilen örtük 
altında, günəş istixanalarında yetişdirilir. Xəstəlik və zərərvericilərdən uzaq olmaq üçün şitillər 
yaxşı işıq düşən ləklərdə tütün tarlasından 500 metr aralı yerlərdə becərilir. Şitil 35-65 günə tarlaya 
köçürmək üçün tam hazır olur. 
Bir m
2
-ə 0,6 qram toxum səpilir, soyuq ləklərdə isə 1 qrama çatdırılır. 
Qulluq işləri suvarma, havalandırma, alaqların təmizlənməsi, yemləmə, xəstəlik və 
zərərvericilərə qarşı mübarizədən ibarətdir. 
Səpindən cücərtilərin alınmasına qədər 22-28 
0
C temperatur, çıxışdan sonra isə 25 
0

əlverişlidir. 
Şitilləri 3-4 dəfə üzvi və mineral gübrələrlə yemləndirmək lazımdır. Üzvi gübrə kimi əsasən 
quş zılı (peyini) şirəsindən (1:20 nisbəti) istifadə edilir. 
Mineral gübrələr məhlul halında 2 qr. fosfor, 2 qr. azot və 5 qr. kalium 2 litr suda həll edilərək 
1 m

–ə verilir. Şitil hazır olduqda hər m
2
– də 2000-2500 ədəd olur. 
Hər hektar açıq sahəyə 40-60 m
2
-lik ləklərdə
şitil becərilməsi tələb olunur. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   399   400   401   402   403   404   405   406   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin