Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə404/418
tarix20.11.2023
ölçüsü7,47 Mb.
#166008
1   ...   400   401   402   403   404   405   406   407   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Şitillərin əkilməsi. 
Torpağın üst qatında temperatur 10-12

C olduqda şitilləri tarlaya 
köçürürlər. 
Xırda yarpaqlı tütünlər 50 x 12 sm sxemində hektara 150-200 min ədəd, orta yarpaqlılar – 60 
x 20 -24 sm 80-90 min, iriyarpaqlılar – 70 x 30 və 90 x 30 sm 45-55 min ədəd olur.
Tütün əkildikdə torpağın mailliyindən asılı olaraq şırımların dərinliyi 15-20 sm olmalıdır. 
Cərgələrin uzunluğu 200 metrdən az olmamalıdır.
Əkinlərə qulluq. 
Əsas qulluq işləri cərgə aralarının becərilməsidir. Cərgə aralarının 
becərilməsi 3-4 dəfə hər 8-12 gündən bir 6-8 və 10-12 sm dərinliyində aparılır 
Suvarılan bölgələrdə 2-6 dəfə suvarma həyata keçirilir. Suvarma norması hektara 500-800 
m
3
–dir. Aşağı şitil yarpaqları, yarpaq qoltuğundakı bicləri təmizləmək və ucunun vurulmasıdır. 


342 
Çiçəkləmə başladıqdan sonra 3-4 dəfə təmizlənir və biclər vurulur. Belə qulluq məhsul artımına 
səbəb olur, ehtiyat qida maddəsi biclərə və çiçək süpürgəsinə yox yarpaqlara sərf olunur. 
Alaq otlarına qarşı şitilliklərə və sahələrə herbisidlərin çilənməsi əl ilə becərilmə işlərinin 
sayını azaltmağa, bitkilərin qida maddələrini daha yaxşı mənimsəməsinə şərait yaradır.
Generativ orqanlar sayılan qönçə, çiçək, qozalar və s. hazır qida maddələrindən istifadə 
edirlər. Yarpaqlarda əmələ gələn qida maddələri bu orqanlara axdığından yarpaqlar nazikləşir, 
keyfiyyəti aşağı düşür.
Aşağı şitil yarpaqlar təmizlənərək yandırılır. Təmizləmə işləri növbəti yaruslardakı 
yarpaqların yaxşı inkişaf etməsinə səbəb olur. Çiçəkləmənin başlanğıcında 3-4 dəfə qırılıb 
təmizlənir, eyni zamanda yan zoğlar da (biclər) təmizlənir. Bu qulluq işləri məhsulu artırır və
plastik maddələr təkrarən yan zoğlara və çiçək qrupuna sərf olunmur, əksinə yarpaqlar tərəfindən 
istifadə olunur.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   400   401   402   403   404   405   406   407   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin