454) Şeqren sindromu vaxtı göz zədələnmələrinin kliniki simptomlarına hansılar aiddir?
A) Gözlərdə ağrı, parıltama, qaşınma hissi, Mebius simptomu
B) Gözlərdə qaşınma, ağrı, quruluq, yuxudan ayılanda göz simptomları daha çox təzahür edir
C) Gözlərdə ağrı, görmə qabiliyyətinin pisləşməsi, buynuz qışasının bulanması
D) Göz damarlarının şişkinliyi, qabarması, görmə qabiliyyətinin pisləşməsi
E) Gözlərdə ağrı, qaşınma, quruluq hissi, axşama doğru xəstənin vəziyyəti pisləşir
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 484-502
455) Şeqren sindromundan başqa hansı xəstəliklər gözlərdə quruluq hissiyatı ilə özünü biruzə verir?
A) Blefarit, keratokonus, tireotoksikoz, sistemli dermatomiozit / polimiozit
B) Blefarit, viruslu infeksiyalar, dərman prepratların qəbulu
C) Vaskulitlər, Bexçet xəstəliyi, infeksiyalar, məxmərək
D) Sistemli qırmızı qurdeşənəyi, diuretikların davamlı qəbulu, məxmərək
E) Antifosfolipid sindromu, Bexçet xəstəliyi, vaskulitlər
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А// Москва. 2008, «Гэотар-Медиа», стр. 484-502
456) Şeqren sindromu ilə xəstələrdə gözün quruluğunu təyin etmək üçün hansı müayinə keçirilir?
A) Şober sınağı
B) Patrik sınağı
C) Zimnitski sınağı
D) Şirmer sınağı
E) Qenslen sınağı
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 484-502
Dostları ilə paylaş: |