460) Birincili Şeqren sindromun diaqnostik göstəricilərinə hansılar aiddir?
A) Ağız və göz quruluğu, ANA, RF, anti-SS-A-anticismlərin; anti-SS-B- anticismlərin müsbət titri
B) Ağız və gözlərin quruluğu, ANA, LE- hüceyrələr, RF, IgD müsbət titrləri
C) Ağız və gözlərin quruluğu, autoimmun xəstəliyin inkişafı, hiperkomplementemiya
D) Ağız və gözlərin quruluğu, A ANSA, IgM müsbət titri
E) Ağız və gözlərin quruluğu, vaskulit, eozinofiliya, IgA müsbət titrləri
Ədəbiyyat: Васильев В.И., Симонова М.В., Сафонова Т.Н. Критерии диагноза болезни и синдрома Шегрена// Избранные лекции по клинической ревматологии. – М.: Медгиз, 2001. – с. 112-132
461) Şeqren sindromu zamanı inkişaf edən ekzokrin vəzilərin zədələnməsindən başqa pozğunluqları qeyd edin?
A) Artrit, Reyno sindromu, limfadenopatiya, ağciyərlərin, qaraciyərin zədələnməsi
B) Periferik qan dövranın pozğunluqları, orta qulağın otiti, eşitmə qabiliyyətinin zəiflənməsi
C) Arterial hipertoniya, anemiya, miksedema, hiperlipoproteidemiya, miokardit
D) Limfoma, mədəaltı vəzinin iltihabi, miksedema, mərkəzi sinir sisteminin zədələnməsi
E) Artrit, Reyno sindromu, retikuloendotelial sistemin zədələnməsi
Ədəbiyyat: Ревматология – Национальное руководство под ред. Насонова Е.Л., Насоновой В.А.// Москва, 2008, «ГЭОТАР-Медиа», с. 484-502
Dostları ilə paylaş: |