Fransa Xalqının Birliyi
Yeni Respublika Naminə İttifaq
Respublika Naminə Demokratlar İttifaqı
Təvəllüdü:
22 noyabr 1890-cı il, Lill, Fransa
Vəfatı:
9 noyabr 1970-ci il (79 yaşında), Kolombe, Fransa
Atası:
Anri de Qoll
Anası:
Jann Mayo
Həyat yoldaşı:
İvonn Vendru
Uşaqları:
Filip, Elizabet, Ann
İmzası:
Şarl de Qoll (fr. Charles André Joseph Marie de Gaulle; 22 noyabr 1890 – 9 noyabr 1970) – fransız generalı və siyasətçisi. İkinci Dünya müharibəsində alman faşistlərinə qarşı Müqavimət hərəkatına rəhbərlik etmişdir. 1944-46-cı illərdə Fransada yaradılmış müvəqqəti hökumətə başçılıq etmişdir. 1958-ci ildə Əlcəzair müharibəsi zamanı o, yeni hökumətin yaradılması üçün tapşırıq alır. Qoll bu ərəfədə konstitusiya islahatını həyata keçirir və Beşinci respublikanın əsasını qoyur. Qoll elə həmin il yeni respublikanın prezidenti seçilir. O, 1959-69-cu illərdə Fransanın prezidenti kimi yeni respublikanın formalaşmasında böyük rol oynamışdır. Onun qoyub getdiyi "Qollizm" ideologiyası bu gün də Fransa siyasətində böyük rol oynayır.
Tərcümeyi-halı. De Qoll Lilldə təhsilli, katolik, konservativ ancaq sosial olan və mütərəqqi intellektual ailədə anadan olmuşdur. Onun babası tarixçi, nənəsi yazıçı idi. Qollun atası öz şəxsi məktəbini yaratmamışdan əvvəl müxtəlif katolik məktəblərində dərs deyir. Dreyvus qalmaqalı zamanı onun ailəsi konsevativ və millətçilərdən üz döndərirlər və antisemitist baxışlarından Alfred Dreyvusu təqib edirlər. 1908-ci ildə de Qoll Sen-Sire şəhərində yerləşən hərbi məktəbə daxil olur və oranı 1912-ci ildə leytenant rütbəsində başa vurur. Sonra o Fransa ordusuna daxil olur. O 33-cü piyada alayına göndərilir. Bu alayın komandiri 1910-ci ildən Henri Fillip Peten idi.