Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə133/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   129   130   131   132   133   134   135   136   ...   152
Almaz TAĞIYEVA, 

k.ü.f.d., dosent

Vüsalə MİRZӘBӘYOVA

Eyzəngül QӘMBӘROVA

83

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Fritof  Kapra 1939‐cu ildə Vyanada anadan

olmuşdur.   Fizika sahəsində «elementar hissə ‐

ciklər və sistem nəzəriyyəsi» üzrə tədqiqatlar

apararaq 1966‐cı ildə fizika üzrə elmlər dok‐

toru dərəcəsini almışdır.  Kapranın qlobal

elm arenasında ən məşhur əsəri «Tao Fizika»

əsəridir. O bu əsərində modern fizika ilə şərq

mistisizmi arasında paralellər quraraq eyni

zamanda  fizika ilə metafizikanın bir‐birini

tamamladığını iddia edir. Ona görə varlıq

aləmində «gizli əlaqələr» mövcuddur.  Bu

kontekstdə qeyd etməliyəm ki, Kapra özünü

həm  buddist, həm də xristian‐katolik hesab

edir. 


Fritof Kapra bir çox  elmi nəzəriyyənin

dəyişdirilməsini təklif edir. Məsələn, o,

ekoloji nəzəriyyənin orqanizmlərin biologi ‐

yası, geştalt psixologiyası,  ümumi və kiber‐

netik sistem əsasında yenidən tənzim lən məsinin

vacibliyini vurğulayır. Kapra hazırda ABŞ‐ın

Kaliforniya ştatında, Berkley şəhərində

özünün təsisçisi və direktoru olduğu Ekoloji

Tədqiqatlar Mərkəzinin rəhbəri vəzifəsində

çalışır. Digər tərəfdən Fransa, Almaniya və

ABŞ‐ın müxtəlif universitetlərində dərslər

verir.


Fritof Kapra bütün tədqiqatlarında qərb

cəmiyyəti üçün düz xətli (linear) və  Rene

Dekartın əsasını qoyduğu mexaniki təfəkkür

tərzini tərk etməyə çağırır. O, Dekartın

iddiasını: «hissələri öyrənərək bütünlüyə çat‐

maq mümkündür» ciddi şəkildə tənqid edir.

Bu məqsədlə də Kapra oxucuları üçün

dünyanı obyektiv olaraq mürəkkəbliklər

kontekstində dərk etməyi məsləhət bilir.

Kapra «Tao Fizika» kitabında qeyd edir ki,

«dünyagörüşümüzə təsir edən fizikadakı

Dekart və Nyutonun gətirdiyi mexaniki

anlayışdan bütövcül (holistic) və ekoloji

anlayışa keçmək müasir dövrdə labüddür». 

Kapranın əhəmiyyətli əsərlərindən biri də

«Dönüş nöqtəsi» (turninq point) adlandırdığı

əsərdir. O bu əsərdə də  Nyuton və Dekartın

mexaniki dünyagörüşünə bağlanan modern

qərb mədəniyyətini holistik  aspektdən tənqid

edir.  Bu mənada dəyərlər və dünyagörüşü ‐

müzdə modern həyatın bütün yönləri bir

bütün olaraq ələ alınmalıdır. Məhz ətraf mühit

problemlərindən biologiyaya, modern fizi ‐

kadan genetik mühəndisliyə, texnoloji inki ‐

şafdan Şərq mistisizminə qədər uzanan

mövzuları tədqiq edən bu kitab alışdığımız

bir çox təfəkkür qəliblərini yerindən oynada‐

caq arqumentlərlə zəngindir.  Məhz Kapra bu




Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin