Moda-ən çox təsadüf edilən ədəddir.
Diskret sıralarda modanın tapılması o qədər çətin deyil.
Bərabər fasiləli sıralarda moda aşagıdakı düsturla hesablanır.
Burada,X0- moda olan variantda fasilənin aşagı həddini, d - fasilənin böyüklüyünü,f1- moda olan variantdan əvvəlki variantın çəkisini,f2- moda olan variantın çəkisini,f3- moda olan variantdan sonra gələn variantın çəkisini göstərir.
Median
Müəyyən qayda ilə (artan və ya azalan) düzülmüş sıranı iki bərabər hissəyə bölən ədədə mediana deyilir.
Sıradakı variantların sayı çüt olduqda mediananı tapmaq üçün ortadakı iki variantın orta qiymətini hesablamaq lazımdır.
Fasiləli sıralarda median aşagıdakı düsturla hesablanır.
Burada:
X0- mediana olan variantın aşagı həddini,
d -mediana olan variantda fasilənin böyüklüyünü,
- sıranın çəkilərinin cəmini,
- mediana olan variantdan əvvəl gələn variantların artan yekunla çəkilərinin cəmini,
-mediana olan variantın çəkisini göstərir.
Kvartil
Variasiya sırasının quruluşunu xarakterizə etmək üçün medianaya əlavə olaraq kvartillər, desillər və persentillər hesablanır.
Medianın düsturuna əsasən kvartillər (statistik bölgü sırasını
4 bərabər hissəyə bölən tezliklər) aşagıdakı qaydada hesablanır.
Kvartillər bölgü sırasını 4, desillər 10, persentillər isə 100 bərabər hissəyə bölür. Bunlar əsasında bölgü sırasını səciyyələndirən müxtəlif əmsallar hesablanır və təhlil edilir.
Moda və mediananın qiyməti bir qayda olaraq orta göstəricidən fərqlidir və yalnız variasiya sırasında tezliyin simmetrik bölgüsü halında üst-üstə düşür. Moda, mediana və orta kəmiyyətin bir birinə bərabər oldugu halda normal bölgü əyrisi alınır.
Əlaqələrin statistik öyrenilmesi
Üstlü orta kemiyyetler. Hesabi və harmonik orta kəmiyyət
Hesabi
Orta kəmiyyətin ən çox istifadə edilən növlərindən biri hesabi orta kəmiyyətdir.
Əgər əlamətlərin ayrı-ayrı qiymətlərini -lə, variantların sayını n-lə işarə etsək onda hesabi orta kəmiyyətin sadə düsturunu aşagıdakı kimi yazmaq olar.
Variantların çəkiləri eyni olduqda hesabi orta kəmiyyətin sadə düsturundan istifadə edilir.
№ İş stajı, il 5 işçinin iş stajı haqqında aşagıdakı məlumatlar verilmişdir.
Dostları ilə paylaş: |