Statistikan prrdmeti ve onun əsəs xüsusiyyetləri Statistikanın əsas anlayışlar



Yüklə 267,6 Kb.
səhifə13/15
tarix07.01.2024
ölçüsü267,6 Kb.
#208339
1   ...   7   8   9   10   11   12   13   14   15
Seymur-Statistika

1 5
2 6
3 4
4 7
5 8

Variantların çəkiləri müxtəlif olduqda hesabi orta kəmiyyətin çəkili düsturundan istifadə olunur. Əgər variantların çəkilərini - lə işarə etsək hesabi orta kəmiyyətin çəkili düsturunu aşagıdakı kimi yazmaq olar.



Göründüyü kimi hesabi orta kəmiyyəti çəkili düsturla hesablamaq üçün hər bir variantı onun çəkisinə vurub cəmlədikdən sonra, alınan yekunu çəkilərin çəminə bölmək lazımdır.
Hesabi orta kəmiyyət bir sıra riyazi xassələrə malikdir ki, onların vasitəsilə hesablamanı xeyli sadələşdirmək mümkündür. Həmin xassələr aşagıdakılardır.
1. Hər bir variantın çəkisini eyni bir ədədə vursaq yaxud bölsək orta kəmiyyətin qiyməti dəyişməz,
2. Ayrı-ayrı variantların çəkilərini mütləq qiyməti əvəzinə orta kəmiyyəti onların xüsusi çəkiləri əsasında hesablasaq orta kəmiyyətin qiyməti dəyişməz
3. Əlamətin ayrı-ayrı variantlarını nə qədər və ya neçə dəfə artırıb-azaltsaq orta kəmiyyət müvafiq olaraq artıb - azalar.
Variantların fərdi qiymətlərinin onların hesabi orta qiymətindən kənarlaşmalarının cəmi sıfıra bərabərdir.
Orta kəmiyyətin xassələrinin tətbiqi hesabi orta kəmiyyətin “şərti sıfır”, «ixtisar» və ya “moment (an)” üsulu ilə hesablanmasına gətirib çıxarır. Bu düstur şəklində aşagıdakı kimi yazılır.

Harmonik
Təcrübədə verilmiş variantın xarakterindən asılı ilaraq hesabi orta kəmiyyətdən başqa harmonik orta kəmiyyətdən də istifadə edilir. Ayrı-ayrı variantların çəkiləri məlum olmayan hallarda hormonik orta kəmiyyətdən istifadə etmək lazımdır.
Variantların çəkilərini müəyyən etmək üçün variantla çəkinin hasilindən ibarət olan göstəricini məlum olan ayrı-ayrı variantlara bölmək lazımdır.

Harmonik orta kəmiyyətin sadə düsturu aşagıdakı kimidir.

Orta kəmiyyətin əsas növlərindən biri də xronoloji orta kəmiyyətdir. Hadisələrin dəyişməsi müəyyən tarixə verilərsə xronoloji orta kəmiyyətin sadə və çəkili düsturundan istifadə edilir.Bunlar müvafiq olaraq aşağıdakı kimi ifadə edilir.



  1. Bölgü sıraları və onun qrafikleri

  2. Statistika müşahidelerinin təşkili formaları. Hesabat Xüsusi təşkil olunmuş və reyster

Müəssisələrdə baş verən hadisə və proseslərin xüsusi sənədlərdə qeyd olunmasına ilk uçot deyilir. Belə sənədlər ilk uçot sənədləri adlanır.
İlk uçot məlumatı müəssisələrin fəaliyyətinə gündəlik rəhbərliyi həyata keçirmək üçün lazımdır. İlk uçot müəssisə, idarə və təşkilatların cari və illik hesabatlarını tərtib etmək üçün əsasdır. Ümumiyyətlə, müəssisələrdə statistika və mühasibat uçotu ilk uçot əsasında aparılır.
Hesabatlar dövrün əhatə olunması və məlumatın verilmə müddətinə görə cari və illik hesabata bölünürlər. Gündəlik, həftəlik, aylıq, rüblük hesabatlara cari hesabatlar deyilir. İl üçün verilən hesabata illik hesabat deyilir. Ən dolğun, geniş məlumat illik hesabatda verilir.
Hesabatın qoyuluşuna bilavasitə rəhbərliyi DSK və onun yerli orqanları həyata keçirir
Bazar iqtisadiyyatı şəraitində statistika müşahidəsinin aşağıdakı üç əsas təşkilatı formalarından istifadə edilir:
1. Statistik hesabat,
2. Xüsusi təşkil edilmiş statistika müşahidəsi,
3. Registr.
Mühüm məlumat mənbəyinin biri də xüsusi təşkil edilmiş statistik müşahidədir. Xüsusi statistika müşahidəsi özünün təşkili xarakterinə görə hesabatlardan əhəmiyyətli dərəcədə fərqlənir.
Əhalinin siyahıya alınması xüsusi statistik müşahidənin ən qədim növüdür. SSRİ-də əhalinin siyahıyaalınması 1920, 1926, 1939, 1959, 1970, 1979 və 1989-cu illərdə aparılmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə 1999-cu və 2009-cu illərdə siyahıyaalma həyata keçirilmişdir. Əhalinin siyahıya alınması əhalini sayı, onun yerləşməsi, cinsi, yaşı, milli tərkibi, təhsil dərəcəsi, ailə tərkibi, məşğuliyyəti, ictimai qrupları və digər əlamətləri haqqında dolğun, dəqiq məlumat əldə etməyə imkan verir.
Statistika müşahidəsinin mühüm təşkili forması hesabatdır. Hesabat, statistika müşahidəsinin elə təşkili for­ma­sıdır ki, burada müəssisə, idarə və təşkilatlar öz fəaliyyətləri haqqında statistika orqanlarına verilən məlu­matın etibarlılığına, tam olmasına cavabdeh şəxslərin imzası ilə təsdiq edilmiş xüsusi formada, müəyyən sənədlər müvafiq göstəricilər üzrə müəyyən dövrdə məlumat təqdim edirlər. Deməli, hesabat rəsmi sənəd olub, müəssisə, idarə, təşkilatlar və ia. işləri haqqında statistika məlumatlarını əhatə edir. Hesabat təsdiq edilmiş formada və müəyyən formada məcburi şəkildə statistika orqanlarına təqdim edilməlidir.
Statistika müşahidəsinin əsas forması kimi hesabat ilk uçot məlumatına əsaslanır. Müxtəlif hadisələr, faktlar baş verdikcə ilk uçot sənədlərində qeydə alınırlar. İlk uçot səınədlərində qeydə alınmış məlumat statistika hesabatlarını tərtib etmək üçün əsasdır.
Təsdiq edilməmiş forma üzrə məlumat verilməməsi hesabat intizamını pozmaq deməkdir.
Fəaliyyətdə olan statistika hesabatları tipik və ixtisaslaşdırılmış hesabatlara ayrılır. Tipik hesabatda göstəricilərin tərkibi fəaliyyət sahələrinin bütün müəssisələri üçün eynidir. İxtisaslaşdırılmış hesabatlarda göstəricilərin tərkibi iqtisadiyyatın ayrı-ayrı sahələrinin xüsusiyyətindən asılı olaraq dəyişir.
Hesabatlar verilmə müddətindən asılı olaraq cari və illik hesabatlara ayrılır. Cari hesabatlara günlük, həftəlik, ongünlük, aylıq, rüblük və yarımillik hesabatlar daxildir. Ən dolğun və geniş məlumat illik hesabatda verilir. Müəssisə, idarə və təşkilatlar öz fəaliyyətləri haqqında çox ətraflı məlumatı illik hesabatda verirlər. İllik hesabatda verilən məlumat ölkənin sosial-iqtisadi məsələlərini proqnozlaşdırmaq, onların təhlili əsasında istifadə edilməmiş ehtiyatları aşkar etmək üçün mühüm məlumat mənbəyidir. Hesabat məlumatı sosial-iqtisadi hadisələrin inkişaf qanunauyğunluqlarını müəyyənləşdirmək üçün xüsusi əhəmiyyət malikdir. Məlumatın verilmə üsuluna görə hesabatlar teleqraf, teletayp və poçt ilə göndərilən hesabatlara ayrılır. Ölkənin iqtisadiyyatında çox mühüm rola malik olan hadisələr haqqında məlumat teleqraf və teletayp vasitəsilə verilir. İllik hesabatlar əsasən poçt vasitəsilə təqdim olunur.
Bazar münasibətləri şəraitində xüsusi təşkil edilmiş statistika müşahidəsi formasından daha çox istifadə edilir. Ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyəti olan bir çox hadisələr haqqında məlumat xüsusi təşkil edilmiş statistika müşahidələri əsasında əldə edilir. Bir çox sosial-iqtisadi hadisələr haqqında tam, dolğun və dəqiq məlumatı xüsusi təşkil edilmiş siyahıyaalmalar vasitəsilə toplamaq mümkündür. Xüsusi təşkil edilmiş statistika müşahidələri, bir qayda olaraq, müəyyən dövrə aparılır. Xüsusi təşkil edilmiş statistika müşahidəsinə misal əhalinin siyahıyaalınmasını göstərmək olar. Əhalinin siyahıyaalınması xüsusi təşkil edilmiş statistika müşahidəsində ən böyük statistika işi hesab olunur. Müstəqil Azərbaycan Respublikasında əhalinin ilk siyahıyaalınması 1999-cu ildə 27 yanvardan 28 yanvara keçən gecə saat 24-ü vəziyyətinə keçirilmişdir.
Xüsusi təşkil edilmiş statistika müşahidəsinə aparılan bütün növ sosioloji tədqiqatlar, sənaye ava­dan­lıqlarının siyahıya alınması, materialların qalıqlarının siyahıya alınması, sənaye, kənd təsərrüfatı, ticarət və digər sahələrdə aparılan siyahıyaalmalar və s. daxildir. Əhalinin büdcə tədqiqatı çox mühüm xüsusi təşkil edilmiş və müntəzəm aparılan statistika işi müasir dövrdə çox mühüm əhəmiyyət kəsb edir. Belə bir müşahidə əsasında əhalinin gəlir və xərclərinin quruluşu haqqında çox qiymətli məlumat əldə edilir.
Statistika müşahidəsinin təşkili formalarından bir də registrdir. Bu müşahidə formasında qeydə alınmış və əvvəli olan uzunmüddətli proseslərin fasiləsiz statistika müşahidəsidir. Registr müşahidə formasında müşahidə vahidinin vəziyyətini daima izləyən bir sistem olub, öyrənilən göstəricilərə müxtəlif amillərin təsirini qiymətləndirir. Registrdə hər bir müşahidə vahidi göstəricilər məcmu ilə xarakterizə olunur. Bu göstəricilərdən biri bütün müşahidə dövrü ərzində sabit qalır və bir dəfə qeydə alınır, digər göstəricilər dövrü dəyişilməsi məlum olmayanlar isə dəyişildikcə təzələnirlər, üçüncüsü, əvvəlcədən təzələnməsi dövrü məlum olan göstəricilərin dinamika sırası şəklində verilir. Bütün göstəricilər tədqiq olunan məcmu vahidlərinin müşahidəsi tam başa çatana qədər mühafizə olunur.
Aşağıdakı məsələləri həll etmədən registr təşkil etmək və aparmaq mümkün deyildir: məcmu vahidini nə vaxt registrdə qeydə almaq və nə vaxt məcmu vahidindən çıxarmaq; hansı informasiya mühafizə olunmalıdır; məlumatı hansı mənbələrdən almaq lazımdır; informasiyanın təzələnməsi və əlavə edilməsi necə həyata keçirilməlidir.
Statistikanın təcrübəsində əhalinin və müəssisələrin registrləri fərqləndirilir. Əhalinin registrində ölkənin adbaad müntəzəm yeniləşdirilən siyahısı verilir. Burada müşahidənin proqramı ümumi əlamətlər üzrə məhdudlaşır. Belə əlamətlərdən şəxsin cinsi, doğulduğu tarix və yer, evləndiyi tarixi sadalamaq olar. Bu əlamətlər bütün müşahidə dövründə dəyişməz qalır, kəbinin vəziyyəti isə dəyişən əlamətdir. Registrdə, bir qayda olaraq, ancaq o dəyişən əlamətlər mühafizə olunur ki, onların dəyişilməsi sənədləşdirilmiş olsun.
Hər bir anadan olmuş və xaricdən gəlmişlər haqqında məlumat registrdə qeydə alınır. Ölənlər yaxud daimi yaşayış yerindən xaricə getmiş şəxslər registrdən çıxarılır. Əhalinin registri ölkənin ayrı-ayrı bölgələri üzrə aparılır. Yaşayış yeri dəyişəndə müşahidə vahidi üzrə məlumat müvafiq ərazinin registrinə verilir. Qeyd etmək lazımdır ki, əhalinin registrində, digər registrlər məcmu vahidinin əhəmiyyətli hissəsini müşahidə ilə əhatə olunmasına baxmayaraq, əlamətlərin məhdud sayı üzrə məlumat toplanır. Ona görə registr aparılmasına baxmayaraq xüsusi təşkil edilmiş statistika müşahidəsinin aparılmasının o cümlədən əhalinin siyahıya alınmasını tələb edir.
Müəssisələrin registri iqtisadi fəaliyyətin bütün növlərini özündə əhatə edir və müəyyən dövr ərzində yaxud vaxt anında müşahidə obyektinin hər bir vahidi üzrə əsas əlamətlərin qiymətləri ifadə olunur. Müəssisələrin registrində müəssisənin təşkil olunduğu vaxt, onun adı və ünvanı, telefonu, təşkilati-hüquqi forması haqqında, quruluşu, iqtisadi fəaliyyət növü, məşğul olanların sayı və s. haqqında məlumat verilir.
Sənaye müəssisələrinin registrinin statistika təcrübəsinə tətbiqi statistika informasiyasının səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldə və bir sıra iqtisadi və statistik vəzifələrinin həyata keçirilməsini təmin edə bilər. Statistika təcrübəsində milli hesablar sisteminin tətbiqində registrə mühüm əhəmiyyət verilir.
Bütün mülkiyyət formalarında müəssisə və təşkilatların vahid dövlət registri müəssisələrin məhdud statistika göstəriciləri üzrə ümumi müşahidəsinin aparılmasına nail olmaq mümkündür. Belə bir registr ərazinin, sahənin və digər məcmu quruluşunun dəyişilməsi haqqında fasiləsiz göstəricilər sırasını almağa imkan verir.
Registrin informasiya fondunda: birinci, subyektin registr kodu; ikincisi, subyektin sahə, ərazi mənsubiyyəti, onu mülkiyyət şəklində təşkilati formada tabeliyi haqqında məlumat; üçüncüsü, arayış məlumatı (rəhbərin soyadı, ünvan, telefonların nömrəsi və i.a.); dördüncüsü, iqtisadi göstəricilər haqqında məlumat verilir.
Azərbaycan Respublikasında bütün təsərrüfat vahidləri üçün vahid registr yaradılması üzrə işlər başa çatdırılmışdır. Bütün mülkiyyət formalarında müəssisə və təşkilatların vahid dövlət registri müəssisələrin məhdud statistika göstəriciləri üzrə ümumi müşahidəsini təşkil etməyə imkan verir. Bu, ərazilərin, sahələrin və digər məcmu quruluşunun dəyişilməsi hallarında fasiləsiz göstəricilər sırasını almağa imkan verir.
Registrdə işləyənlərin orta siyahı sayı, əsas vəsaitlərin qalıq dəyəri, balans mənfəəti (zərər), nizamnamə fondu göstəriciləri haqqında məlumat verilir. Registr bir və yaxud bir neçə əlamətlər üzrə istənilən məcmu vahidini seçməyə və qruplaşdırma aparmağa imkan verir.
Beləliklə, bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasında artıq həyata keçirilən müşahidənin üç təşkilatı forması əsasında sosial iqtisadi hadisələr haqqında lazımi məlumatlar toplamağa imkan verir.
Müəssisə bağlanılanda ləğvetmə komissiyası on gün müddətində registri aparan xidmətə bunun barəsində məlumat verir.

  1. Bölgü qanuna uygunluqları

Məlum olduğu kimi, əlamətin variasiyasının qiymətilə tezlikləri arasında müəyyən asılılıq mövcuddur. Variasiya bölgü sıralarında dəyişən əlamətin qiyməti artdıqca tezliklər əvvəlcə artır, sonra bölgü sırasının ortasından azalmağa doğru meyl etməyə başlayır. Deməli, fasiləli variasiya sıralarında dəyişən variasiya əlamətinin dəyişməsi ilə əlaqədar tezliklər qanunauyğun dəyişirlər. Variasiya bölgü sıralarında tezliklərin belə qanunauyğun dəyişməsi bölgü qanunauyğunluğu adlanır. Variasiya bölgü sıralarının statistik təhlilinin mühüm vəzifələrindən biri bölgünün qanunauyğunluğunu və onun xarakterini müəyyən etməkdir. Statistika qanunauyğunluğu kimi bölgü qanunauyğunluğunu da ancaq kütləvi məlumat əsasında müəyyənləşdirmək mümkündür. Bölgünün qanunauyğunluğunu aşkar etmək üçün variasiya bölgü sırasını qurarkən statistika məcmuyunda çox olan məlumatdan istifadə edilməlidir. Bundan başqa, bölgü sıralarının düzgün qurulmasında qrupların optimal sayının və fasilə həcminin müəyyən edilməsinin də mühüm əhəmiyyəti vardır. Yekcins statistika məcmuyu üçün, bir qayda olaraq, bir şiş təpəli bölgü xarakter olur. Simmetrik bölgü üçün, bölgü mərkəzindən hər iki tərəfə bərabər duran tezliklər xarakterdir. Belə bölgü üçün hesablanmış orta kəmiyyət, moda və mediana bir-birinə bərabər olur. Belçika statistiki Adolf Ketle bəzi kütləvi hadisələrin variasiyasını K.Hausson və P.Laplasın təqribən eyni vaxtda kəşf etdikləri bölgü xətasının qanununa tabe olmsını göstərmişdir.

Bölgünün normal qanununa görə əlamətlərin fərdi qiymətlərinin tərəddüdü − x = + 3 σ hüdudunda olur. Buna “3 sıqma” qaydası deyilir. Bu o deməkdir ki, 1000-dən 997 vahidi, yaxud bütün vahidlərin 99.7 % - i bu hüdudda olur. A.Ketle normal bölgü qanununu universal qanun hesab edib. Bu qanunun fəaliyyətinin zəruri şəraiti kimi orta kəmiyyətin sabit olmasını qəbul etmək lazımdır. Kibernetikanın yaradıcısı N.Vaqner haqlı olaraq statistikanı bölgü haqqında elm adlandırmışdır. Surətlə dəyişən sosial-iqtisadi hadisələrdə normal bölgü qanununun fəaliyyətinə az rast gəlmək olur.


Öyrənilən statistika məcmuyu yekcins olmadıqda çox şiş təpəli əyrilər ola bilər. Ona görə də həmin məlumatı yekcins vəziyyətə salmaq üçün qruplaşdırmaq məqsədəuyğundur. Bölgünün ümumi xarakterini aydınlaşdırmaq onun yekcinsliyini qiymətləndirməyi, həmçinin asimmetrik və eksces göstəricilərinin hesablanmasını nəzərdə tutur. Qeyd etmək lazımdır ki, simmetrik bölgüdə mərkəzi bölgüdən hər iki tərəfə bərabər dayanan istənilən iki variantın tezlikləri bir-birinə bərabər oluir. Belə bölgülərdə hesablanılan orta kəmiyyət, moda və mediana da bir-birinə bərabər olur. Müxtəlif ölçü vahidlərində ifadə olunan bir neçə bölgünün asimmetriyasını öyrənmək üçün nisbi asimmetriya göstəricisi ( As )hesablanır.

Asimmetriya əmsalı sıfırdan böyük olduqda, yəni As>0 olduqda asimmetriya sağ tərəfli, asimmetriya əmsalı sıfırdan kiçik olduqda, yəni As<0 olduqda,assimetriya sol olur.

Variasiya sıralarının statistik öyrənilməsinin əsas məqsədlərindən biri bölgünün qanunauyğunluğunu aşkar etmək və onun xarakterini müəyyənləşdirməkdir. Statistika qanunauyğunluğunda olduğu kimi, bölgü qanunauyğunluğu da ancaq kütləvi müşahidə məlumatı əsasında aşkar edilir. Bununla əlaqədar olaraq bölgü qanunauyğunluğunu aşkar etmək üçün kifayət qədər çox yekcins statistika məcmuyu əsasında variasiya sıralarını qurmaq lazımdır. Bölgü qanunauyğunluğunu müəyyən etmək üçün variasiya sıralarının düzgün qurulmasının da mühüm əhəmiyyəti vardır. Riyazi statistikadan məlumdur ki, öyrənilən məcmuyun həcmini artırsaq və qrupların fasilələrini azaldaraq, həmin məlumatı poliqon və ya histoqram bölgü qrafikində təsvir etsək əyri bölgü qrafikini alarıq. Əyri bölgünün aşağdakı növlərinə rast gəlmək olar: bir şiş təpəli əyrilər; simmetrik (mütənasib) əyrilər; mülayim uyğunluq və qeyri-mülayim uyğunluüq əyriləri və şiştəpəli əyrilər. Bilmək lazımdır ki, yekcins məcmu üçün bir qayda olaraq bir şiştəpəli bölgü xarakterdir.



  1. Assimetria qaydalarn hesablanması

  2. Reqresya təhlili 26 cı sualla eyni



  1. Struktur orta kəmiyyətləri. Moda median kvartil

Göstərici - statistikanın dili və informasiya əldə edilməsininmüham vasitəsidir.

  • Öyrənilən statistik məcmu vahidlərinin qiyməti bu və ya digər səbəbdən müxtəlif olur (hər hansı bir müəssisədə eyni ixtisaslı işçinin əmək haqqı, bazarda eyni məhsulları qiyməti və s. müxtəlifdir).

  • Ona görə də öyrənilən bütün məcmu vahidləri üçün xarakterik olan əlamətin qiymətini müəyənləşdirərkən orta kəmiyyət hesablanır.


Yüklə 267,6 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin