Sual 23. Km dovru munasibetler. III napoleonun "4bendi"ve mahiyyeti



Yüklə 81,51 Kb.
səhifə5/6
tarix31.10.2019
ölçüsü81,51 Kb.
#29473
1   2   3   4   5   6
bm sualllarin cavabi (1)

Sual 57. Qull münaqişəsi və İngiltərə-Rusiya münasibətlərinin kəskinləşməsi

Rusiyadan admiral Rojetvanski belə bir məlumat almışdı ki, guya şimal dənizində Yapon mina gəmisi rus gəmisini vurmağa çalışır. Beləki, onlar 1904-cü ilin oktyabrın 21-dən 22-nə keçən gecə ingilis limanı olan Qullun yaxınlığında bir gəminin işıq siqnalını görür. Bu onları şübhəyə salır, bunun Yapon gəmisi olduğunu güman edən Rusiya hərbi dairələri onu gülləbaran edir. O dəqiqə ingilis teleqraf agentliyi bütün dünyaya hay saldı ki, rus eskadrası ingilis balıqçı gəmilərinə hücum etmişdir. Qull böhranı belə baş verdi. Bu hadisə İngilis-rus münasibətlərinin pisləşməsinə səbəb oldu. İngilis mətbuatında Rusiya ilə müharibəyə çağıran yazılar nəşr olundu. İngiltərə ilə hərbi münaqişə Çarı və höküməti qorxuya saldı. Bu zaman yaranmış şəraitdə Almaniya Rusiya ilə İngiltərə arasında ziddiyyətlərdən məharətlə istifadə etdi. Oktyabrın 27-də II Vilhelm Çara şəxsən teleqraf yazaraq bildirdi ki, İngiltərəyə qarşı güclü kombinasiya qurmaq, Fransanı da Rusiya Almaniya ittifaqına qoşmaq lazımdır. Nikolay II Vilhelmə cavab yazır və müqavilə layihəsinin göndərilməsini xahiş edir. Həmin layihədə deyilirdi, iki imperatordan birinin üzərinə hücum olardısa, müttəfiq tərəf quru və dəniz qüvvələri ilə onun köməyinə gəlməli idi. Zərurət doğardısa hər iki tərəf Fransa-Rus müqaviləsinin əsasında Fransanın üzərinə götürdüyü öhdəlikləri onun yadına salmalı idi. Alman layihəsinin həyata keçrilməsi ya İngiltərə əleyhinə kontinental blokun yaradılması, ya da Fransa-Rusiya İttifaqının pozulması demək idi. Almaniya Rusiya ilə İngiltərənin münaqişəsində maraqlı idi. Rusiya özü də İngiltərə ilə münasibətlərin kəskinləşməindən narahat idi. Çünki bu dövrdə Yaponiya ilə müharibə aparırdı.Fransa da Rusiya ilə İngiltərə arasında münasibətlərin pozulmasında maraqlı deyildi. Fransa çalışırdı ki, onlar arasında münasibətlər yaxşılaşsın, Rusiya öz hərbi qüvvələrini bərpa etsin və Uzaq şərqdəki qüvvələrini Avropaya qaytarıb, Almaniya ilə sərhəddə yerləşdirsin.

Oktyabrın 28-də Fransanın ingiltərədəki səfiri Kumbon İngiltərənin XİN Lendauna bildirdi ki, İngiltərə Rusiyaya hücum edərsə İngilis-fransiz sazişi pozula bilər. Kombonun bəyanatı İngiltərəni ehtiyyatlı olmağa vadar etdi. II Nikolay Almaniyanın göndərdiyi müqavilə layihəsini bəyənmədi və ona dəyişikliklər edilməsini təklif etdi. Və Alman imperatoruna bildirdi ki, müqavilənin layihəsi ilə Fransa tanış olmaq istəyir. Almaniya Rusiya ilə gizli, həm də Fransaya qarşı müqavilə bağlamaq istəyirdi və Rusiyanın müqavilə ilə bağlı Fransaya məlumat verməsini istəmirdi. 1904-cü ilin dekabrın 12-də Rusiya bildirdi ki, İngiltərəyə qarşı müharibə zamanı Almaniyaya yardım edəcək. Amma Rusiya Fransadan xəbərsiz Almaniya ilə müqavilə bağlamaqdan imtina etdi. Çünki, 1) Belə ittifaqın bağlanması fransiz-rus ittifaqının dağılması demək idi; 2)Rusiyanın Fransadan maliyyə asılılığı var idi; 3)Fransa ilə iftilax İngiltərə ilə konfliktin daha da kəskinləşməsi demək idi. 1905-ci ilin iyulun 23-24-də Byork adasında II Vilhelm ilə II Nikolayın görüşü baş tutdu. Onlar Fransanin da daxil olduğu ittifaqın yaradılmasını razılaşdırdılar. Əgər bu baş tutsaydı Almaniya başda olmaqla Avropada İngiltərəyə qarşı blok yaradılmış olacaqdı.Lakin bu plan baş tutmadı.

Sual 60.Porsmut sülh müqaviləsinin imzalanması

1904-cü ilin fevralın 8-də Yaponiya Rusiyaya müharibə elan etdi. Hərbi əməliyyatlarda Rusiya biabırçı şəkildə məğlub oldu. Amma Yaponiyanın hərbi əməliyyatları davam etdirməm qabilyyətinə malik deyildi. Təsadüfi deyildir ki, Yaponiya XİN eyni vaxtda ABŞ və Fransaya müraciət edərək Rusiya ilə sülh bağlamaqda vasitəçi olmağı təklif etdi. T.Ruzvelt bu vasitəçilik missiyasını öz üzərinə götürdü. ABŞ Yaponiyanın şərtlərini İngiltərəyə göndərdi. Rusiya Fransa vasitəsi ilə həmin şərtlərlə tanış oldu. Öz növbəsində öz sülh müqaviləsinin şərtlərini təqdim etdi. 1905-ci ilin avqustun 9-da ABŞ-ın Portsmut şəhərində sülh konfransı çağırıldı. Danışıqlar 27 gün- avqustun 9-dan sentyabrın əvvəllərinə qədər davam etdi. Danışıqlar uzun və çətin keçdi. Müqavilə razılaşdırldı. Yalnız iki məsələ ətrafında ciddi fikir ayrılığı yarandı: I.Təzminat məsələsi. Yaponlar 1200 mln təzminat tələb edirdilər. Yalnız uzun müzakirələrdən sonra amerikan diplomatiysının təzyiqi altında və rus nümayəndə heyətinin sərt davranışları nəticəsində yaponlar öz tələblərindən imtina etdilər; II. Saxalin adası ilə bağlı idi. Yaponlar adanın onlara verilməsini tələb edirdilər. Amma rus diplomatiyası güclü dirəniş göstərdi. Və yekunda adanin 50-ci paralel üzrə iki hissəyə bölünməsi razılaşdırldı. Nəhayət 1905-ci il sentyabrın 5-də Rusiya və Yaponiya arasında sülh müqaviləsi imzalandı. Müqailənin şərtlərinə görə: Rusiya Kpreyanın Yaponiyanın təsir dairəsində olduğunu təsdiq edirdi;

Rusiya höküməti Yaponiyanın Koreyada gördüyü hər hansı tədbirlərə qarşı çıxmamağı öz üzərinə götürürdü;

Hər iki tərəf Mancuriyadan tamamilə getməyi və onu Çinin müstəsna idaərəsinə verməyi öhdəliklərinə götürürdülər Rusiya Port-Artur və Dalniylə birlikdə Lyaodun yarımadasının icarə hüququnu Yaponiyaya güzəştə gedir;

Cənubi Mancuriya dəmir yolu Çançundan Port-Artura qədər Yaponiyanın icarəsinə verilir. Beləliklə cənubi Mancuriya Yaponiyanın təsir dairəsinə düşür;

Rusiya 50-ci paralellə Saxalin adasının cənub hissəsini Yaponiaya verir. Lakin hər iki tərəf öhdəliyinə götürür ki, Saxalində sədlər tikilməyəcək, gəmiçiliyin sərbəst inkişafına maneə olmayacaqlar.

Sual 61.1904-cü il Fransa-İngiltərə sazişi və mahiyyəti İngiltərə öz müstəmləkələrini Almaniyaya güzəştə getmək fikrində deyildi. Buna görə də o, Fransa, sonra isə Rusiya ilə yaxınlaşmağa çalışırdı. Rusiyaya nisbətən Fransa ilə danışıqlar aparmaq asand idi. Rus-Yapon müharibəsi ingilis-rus danışıqlarını yarımçıq qoydu. Lakin o, İngiltərnin Fransa ilə yaxınlaşmasını sürətləndirdi. Lensdaun hesab edirdi ki, Fransa ilə saziş onun rus-yapon müharibəsində bitərəfliyini daha möhkəm edər. Çünki mövcud müqaviləyə görə hər hansı dövlət Rusiya tərəfindən müharibəyə qoşulardısa, İngiltərə də mütləq Yaponiya tərəfdən müharibəyə qoşulmalı idi. Fransa üçün İngiltərə ilə yaxınlaşmaq daha vacib idi. Rus-yapon müharibəsinin başlanmasilə Fransa özünün təhlükəli düşməni, əzəli rəqibi, Şərq qonşusu-Almaniya ilə üzbəüz təkbətək qalmışdı. İndi isə Faşoddakı qanqaraçılığı untmaq lazım idi. Belə şəraitdə ingilis-fransiz danışıqlarının başlanması üçün imkanlar artırırdı. 1904-cü ilin aprelin 8-də saziş imzalandı. Mətbuat onu “ürək razılığı adlandırdı. O iki hissədən ibarət idi. Birinci hissəsi məxvi digəri mətbuatda dərc olunmaq üçün. Açıq hissədə “ Misir və Mərakeş haqqında bəyanatda” İngilis höküməti bildirirdi ki, O, Misirin siyasi statusunu dəyişdirmək fikrində deyildir. Bəyanatın I maddəsinin davamında qeyd olunurdu ki, Fransa İngiltərənin Misirdəki fəaliyyətlərinə maneə olmamağı öhdəsinə götürürdü. Əslində fransız diplomatiyası 10 illər ərzində 2 ölkə arasında Misirdə davam edən iftilaxlardan İngiltərənin xeyrinə imtina edirdi. Beləliklə Fransa Misiri İngiltərənin nüfuz dairəsi kimi tanıyırdı. Ingiltərə isə Mərakeşin böyük hissəsinin Fransa tərəfindən işğal edilməsinə imkan verirdi. Bəyanatın 2-ci maddəsində deyilirdi ki, Fransa Mərakeşin siyasi statusunu dəyişmək fikrində deyil. Britaniya höküməti Fransanın bu ölkədə sabitliyi qorumağa kömək etmək səlahiyyətini tanıyır, qəbul edir. Bu mənada İngiltərə Fransanın bu ölkədəki hərəkətlərinə maneə olmayacaqdı.

Məxvi hissənin 3-cü maddəsində deyilirdi ki, Mərakeş sultanı öz hakimiyyətini həyata keçirə bilmədiyi tədqirdə, Mərakeş ərazisinin Cəbüllətariq boğazına qədərki zolağı İspaniyanın əlinə keçməli idi. Beləliklə məxvi müqavilədə sultan hakimiyyətinin ləğv edilməsi nəzərdə tutulurdu. Ayrıca bəyannamədə isə Menam çayı boyunca Siamın İngiltərə və Fransa arasında bölünmsi nəzərdə tutulurdu. Ölkənin Birma ilə sərhəd olan hissəsi İngiltərənin, Hind-Çinlə qarışıq hissəsi Fransanın təsir dairəsinə daxil edilirdi. Beləliklə Antanta 2 dövlət arasında çoxdan mövcud olan iftilaxları aradan qaldırmağa yönəlmişdi. Əlbəttə ki, ingilis-fransiz sazişi Almaniyanı dərindən təşvişə saldı. Bu saziş Antanta sazişi adlanır.

Sual 62.Alxesiras konfransı(1906) və qərarları.

Birinci Mərakeş böhranı nəticəsində baş vermişdir. (Bu sualın əvvəlinə I Mərakeş böhranindan yazmaq olar. 1906-cı ilin yanvarında Mərakeş böhranı son həddinə çatdı. Almaniya və Fransa arasındakı 1905-ci ilin iyulun əvvəlində əldə olunmuş razılaşmaya əsasən Alxesiras (İspaniyanın şəhəridir) konfransi çağırıldı. Bu konfransin çağırılması ətrafında ciddi mübarizə getdi. Beləki, Almaniya konfransin çağırılmasının əleyhinə idi və müharibə ilə hədələyirdi. Lakin konfrans baş tutdu. Onun iştirakçıları ehtiyyat edirdilər ki, konfransin gedişində danışıqların pozulması müaribəyə gətirib çıxara bilər. Xüsusilə Almaniya tərəfdən. Lakin hadisələrin sonrakı inkişafı vəziyyəti Amaniyanın xeyrinə dəyişmədi. Onun vəziyyəti daha ağır idi. Beləki, İngiltərə və ABŞ Fransanı müdafiə edirdilər, Rusiya və İtaliya da Fransanin tərəfində idilər.

Yalnız Avstria-Macarıstan Almaniyanı müdafiə edirdi. Konfrans öz işini 1906-cı il aprelin 7-də qutardi. Konfransda Mərakeş dövlətinin vəziyyətini müəyyən edən traktat imzalandı. Traktat sultanın müstəqlliyini, onun dövlət bütövlüyünü, iqtisadi münasibətlərdə Mərakeşin bütün millətlər üçün azad və tam bərabər olduğunu müəyyən etdi. Buna uyğun olaraq xarici bankların- ingilis, fransiz, alman və ispan banklarının nəzarəti altında Mərakeş dövlət bankı yaradıldı. Ən kəskin iftilax Mərakeş polisinin yaradılması üzərində oldu. Almaniya Mərakeş daxilində qaydanın qorunmasına nəzarəti Fransanın əlinə vermək istəmirdi. Almaniya onları müharibə ilə hədələyə bilərdi. Lakin onun təklənməsi buna imkan vermədi. İspaniya ilə birlikdə Fransaya Mərakeş polisinə rəhbərlik etmək tapşırıldı.

Doğrudur, Mərakeş polisinin başında “baş inspektor” rütbəsi ilə İsveçrə zabiti qoyulmuşdu. Amma əslində o heç bir rol oynamırdı. Gömrük üzərində beynəlxalq nəzarət müəyyən

olunmuşdu. Lakin Əlcəzair sərhəddində

gömrük Fransanın, Riff vilayətində isə İspaniyanın nəzarəti altında idi. Almaniya bu dövrdə özü üçün əlverişli şəraitdən – rus-yapon müharibəsində rusiyanın məğlubiyyətindən istifadə edə bilmədi. Əksinə Mərakeş böhranı nəticəsində Antanta möhkəmləndi. Baxmayaraqki, o hələ hərbi ittifaq kimi formalaşmamışdı.


Sual 63.Birinci Mərakeş böhranı və beynəlxalq nəticələri. İmperialist dövlətlərin Mərakeş uğrunda mübarizəsi böyük nəticələr doğurdu. Beləki, 1830cu ildə Əlcəzairin, 1881-ci ildə Tunisin işğalı Fransanın Afrikanın şimalındakı digər ərazilərin işğalına şərait yaratdı. Bu ərazilərdən biri də Mərakeş idi. 19001902-ci iləər İtaliya və Fransa arasında gedən sazişlər nəticəsində Fransa italiyanın Tripoli və Krineaikeiyə iddialarını tanıdı. Buna cavab olaraq İtaliya Fransanin Mərakeşi tutmasına qarşı tutmayacağına söz verdi. Fransanın Mərakeşi işğal etməsi sürətlə gedirdi. 1905-ci ilin yayında Mərakeş işləri üzrə komitə adlanan orqan yaradıldı. Fransa 1904-cü ilin oktyabrın 5-də Mərakeşdə təsir dairələrinin müəyyən edilməsi haqqında ispaniya ilə saziş bağladı. İspaniya heç vaxt başqa bir dövlətin köməyinə mürəciət etməyəcəyi barədə öhdəlik götürdü. Bu İspaniyanın Fransanın qərb qonşusu Almaniya ilə müqavilə bağlanmasınıqeyri-mümkün hesab edirdi. 1904-cü ildə Fransaİngiltərə belə müqavilə imzalamışdı: Fransa İngiltərənin Misirdəki, İngiltərə Fransanın mərakeşdəki hüquqlarını tanıyırdı. 1905-ci ilin fevralında Fransa höküməti Mərakeş sultanından maliyyə, polis və başqa sahələrdə islahat tələb etdi. Tələblər içərisində Fransa firmalarına böyük konsensiyalar verilməsi tələbi də vardı. Islahat proqramının qəbul edilməsi ilə Tunisdəki kimi Mərakeşdə də Fransanın protektoratlığının həyata keçirilməsi demək idi. Mərakeşdə fransanın təkbaşına güclənməsi Almaniyanı narahat edirdi. Almaniya fransız-ingilis oyununu pozmağa cəhd edirdi. 1905-ci ilin martın 31-də Alman imperatoru II Vilhelm dəniz gəzintisi zamanı Tanjerdə lövbər salır və kütlənin önündə çıxış edərək özünü Mərakeşin müstəqilliyinin müdafiəçisi kimi qələmə verir. O, Fransa və İngiltərəyə müraciət edərək onları Mərakeşdəki sövdələşməsindən imtina etməyə çağırdı. Bu Fransa və ingiltərəyə meydan oxumaq demək idi. Byulov Madrid müqaviləsinin iştirakçılarına mürəciəet edərək Mərakeş məsələsinin bey. Konfransda müzakirə edilməsini irəli sürdü. Almaniya öz etirazını bildirdi. Fransa XİN Delkasse Almaniyanın təklifini qətiyyətlə rədd etdi. Lakin Fransanin çoxlu siyasətçiləri başda Nazirlər Şurasının sədri Rüvye olmaqla Almaniya ilə ziddiyyətlərin kəskinləşməsini istəmirdilər. Almaniya öz hədələrini hərbi hədələrlə davam etdirirdi. İngiltərə höküməti Almaniyanın təsiri qarşısında güzəştə getməyi qeyrimümkün sayırdı. 1905-ci ilin mayın 31-də Mərakeş sultanı 1880-ci il Madrid müqaviləsini imzalayan dövlətlərə onun dövlətində islahat məsələsini etiraz etdi. Delkasse istefaya verib, rüvye XİN olduqdan sonra o, İngiltərəyə çatdırdı ki, islahat layihəsini bəyənir. Hətta o işarə vurdu ki, Fransanın Mərakeşi işğal etmək əvəzini o, Almaniyaya

ödəməyə hazırdır. Almaniyanın beynəlxalq konfrans tələbi Ruzvelt tərəfində müdafiə olundu. İylun 21-də Fransa razı olduğunu bildirdi. Və göstərdi ki, axrıncı söz almanların nə istəklərindən asılı olacaq. Daha sonra kansler bildirdi ki, Fransa ilə onun proqramını əvvəlcədən razılaşdırmağa və hətta Fransanın Mərakeşdə xüsusi maraqlaını tanımağa hazırdır. 1905-ci il iyulun 8-də Almaniya və Fransa konfransin çağırılması şərti barədə ilkin razılığa gəldi.

İkinci Mərakeş böhranı.

İkinci Mərakeş böhranının digər adı Aqadir böhranıdır. 1911-ci ilin yazında Mərakeşin paytaxtı Fesin ətrafında üsyan baş verdi. Bundan istifade edən Fransa öz vətəndaşlarını qorumaq adı altında 1911-ci ilin mayında Fesi tutdu. Bu Mərakeşin Fransanın ixtiyarına keçmək demək idi. Almaniyanın inhisarçı dairələri hökümətə qarşı hücuma başladılar. Buna görə də II Vilhelm höküməti vəziyyəti düzəltməyə ya Mərakeşin bir hissəsini almaq, ya da bunun əvəzində nəsə almaq istəyirdi. Almaniyanın XİN Kiderlen kayzerə Aqadir və Moqadoru işğal etməyi tələb etdi. Bunlara sahibləndikdən sonra Fransanın təkiflərini gözləyəcəkdilər. II Vilhelm bu planı qəbul etdi. Almaniyanın mövqeyi Fransani həyəcanlandırmaya bilməzdi. Fransa Almaniyaya Konqonun bir hissəsini təklif etdi. Bu təklifə maraq göstərmədiyini bildimək üçün Kaderlen mayın 5-də məzuniyyətə getdi. Bu məzuniyyət dövründə o Aqadirin işğal planını hazırladı. Kiderlan fransizları qorxutmaq qərarına gəldi. 1911-ci ilin iyulun 1-də Almaniyanın Kanoner-Panterra topçu qayığı Aqadirəə gəldi, onun ardınca yüngül kreys “Berlin” gəldi. Bu bütün dünyanı hıyacana saldı. Fransanın berlindəki səfiri Kanbon danışıqlarda bir neçə variant irəli sürdü: Türkiyədə dımiryolu tikintisi məsələsi və s. Kiderlin bu cür kiçik “kompensasiyaları” laqeydliklə qarşıladı. Fransa Konqosunun adı çəkiləndə Kiderlin ded ki, bu barədə danışmaq olar. Kambon başa düşdü ki, Almaniya Mərakeşdə qalmaq məcburiyyətində deyil. Kambonla söhbətdə Kiderlinə aydın oldu ki, İngiltərə Cəbüllətariqin qonşuuöunda Almaniyanın qalmasına razı ola bilməz. Bu da onun mövqeyinə təsir etdi. İyulun 15-də Kiderlin Kanmbona dedi ki, Almaniya bütün Fransız Konqosunu almalıdır. Kombon bildirdi ki, bi iş mümkün deyil. Elə bu vaxt diplomatik səhnəyə İngiltərə çıxdı. Iyulun 21-də Lyod Corc Mərakeş məsələsinə dair çıxış etdi. Və dedi ki, İngiltərə onun iştirakı olmadan Mərakeş məsələsinin həll edilməsinə yol verə bilməz. O dedi ki, mən ən böyük qurbanlar hesabına sülh saxlamağa hazıram.Amma İngiltərənin həyati maraqlarına toxunularsa sülh İngiltərə üçün təhqir olur. Bu Almaniyanı qorxuya saldı. Almaniya İngiltərəyə bildirdi ki, o heç də Mərakeşin qərb sahillərinə iddia etmir. O Fransızlarla münasib əvəz haqqında danışıqlar aparır. Uzun mübahisələrdən sonra 1911-ci il noyabrında Fransa-Almaniya sazişi imzlandı. Almaniya Mərakeşdə Fransanın protektorarlığını sözsüz tanıdı. Bunun əvəzində Fransa Konqosunun bir hissəsini aldı. Bu heç də Almaniyanın ürəyindən deyildi. Müqavilədə ziddiyyətli məsələ isə Fransanın Almaniyanın Belçika Konqosunu almasına qarşı etirazı idi. 1912-ci ildə Fes müqaviləsi ilə Mərakeş Fransanın protektoratlığına düşdü. Aqadir böhranı da məhz İngiltərəyə belə təsir etmişdir. İngiltərədə də Almaniya əleyhinə təşviqat geniş vüsət almışdı. Aqadir böhranı bütün böyük dövlərlərin silahlanmasının gücləndirilməsinı səbəb oldu. 19121914-cü illərdə bu silahlanma yarışında Almaniya hamıdan irəlidə idi.

Sual 64.İtaliya-Türkiyə müharibəsinin(1912) beynəlxalq nəticələri.

1911-ci ildən başlayaraq yeni müharibə təhlükəsi Avropanın başı üzərini almışdı. Mərakeş böhranı İtaliyanın Türkiyəyə qarşı müharibəyə başlamasına şərait yaratdı. Italiya Tripoliyə yiyələnmək istəyirdi. 1900-cü il Fransa-italiya müqaviləsinə görə Fransa italiyanın Tripolitaniyanın işğal etməsinə razılıq vermişdir. Italiyanın dəstəyinə baxmayaraq Tripoliyə qoşun çıxarmaq böyük dövlətlərin razılığı olmadan mümkünsüz idi. İtaliya XİN Titan problemə Rusiyanın razılığı 1909-cu ildə aldı. İtaliya hesab edirdi ki, Almaniya və Avstria-Macarıstan da ona etiraz etməyəcəklər.Sentyabrın 28-də İtaliya Türkiyəyə ultimatum verdi. Ultimatumda deyilirdi ki, Türkiyə Tripoli və Krenaikini hərcmərclik və dilənçi vəziyyətdə saxlayır, İtaliyanın Tripolidəki müəssisələrinə maneə olur. İtaliya öz maraqlarını qorumaq üçün Tripoli və Krenaikini işğal etməyə başlayır. İtaliya Türkiyənin bu tələbi qəbul etmədiyi üçün sentyabrın 29da hərbi əməliyyatlara başladı . İtaliya Triplotaniyadakı kiçik Türkiyə qarnizonuna qalib gəldi. Lakin ərəb tayfaları işğalçılara ciddi müqavimət göstərdilər. Türkiyə İtaliyanın sülh şərtini qəbul etmək fikrində deyildi. İtaliya Türkiyəni sülhə məcbur etmək üçün Dardanelə donanma göndərdi. İtaliyanın bu hərəkəti qərb dövlətlərinin və Rusiyanın ciddi narazılığına səbəb oldu Avstria-Macarıstan qorxurdu ki, İtaliya vəziyyətdən istifadə edib, Albaniyanı işğal edər. Rusiya Balkan dövlətlərinin Avstriyaya qarşı ittifaqda birləşməsinə və Türkiyənin də həmin ittifaqa qoşulmasına çalışırdı. İtaliya Türkiyə müharibəsi ilə bağlı

Osmanlı imperiyasına Almaniyanın təsiri zəiflədi. Yerli əhalinin müqavimətinə rast gəldiyi üçün müharibənin tez qutarmasını istəyirdi.Balkanlarda nüharibənin başlanması 1912-ci ildə Türkiyəni İtaliya ilə sülh bağlamağa məcbur etdi. 1912-ci ildə bağlanan Lozanna müqaviləsinə əsasən Türkiyə Tripolitaniyanı Krenaikini İtaliyayaya güzəştə getdi. İtaliya Türkiyə müharibəsində Türkiyənin məğlubiyyəti epizodik xarakter daşıyır. Serbiya-Bolqarıstan danışıqlarına xüsusi stimlu verdi. Əvvəl Aqadir böhranı sonra isə İtaliyanın Tripoli və Krenaikini tutması Balkan xalqarı içərisində əhvalı olduqca yüksəltmişdi ki, bunu Çarikovun Sazanova göndərdiyi gizli təqdimat da göstərirdi: İtaliyanın qələbəsi hələ 1910-cu ildə Türkiyəyə qarşı başlamış Bolqarıstan-Serbiya-Yunanıstan danışıqlarına ruh yüksəkliyi gətirmişdi. İtaliya-Türkiyə müharibəsi artıq çoxdan yetişmiş bir böhranın başlanmasını sürətləndiriirdi. Balkan dövlətləri bu müharibədən istifade ederek Türkiyəyə qarşı bir ittifaqda birləşmək və müharibəyə başlamaq barədə öz aralaında razılığa gəldilər.

Sual 65.İngilis-Rus sazişi(1907) və Antantanın yaradılmasının başa çatması.

XIX əsrin 70-80-ci illərində hadisələrin cərəyanı FransaRusiya-İngiltərə ittifaqının-Antantanın yaranacağından xəbər verirdi. Doğrudur bu dövlətlərin maraqlarındakı müxtəlifliklər onun tezliklə yaradılmasına imkan vermirdi. 1893-cü ildə franszi-ingilis müqaviləsi Antantanın başlanğıcını qoydu. 1907ci il ingilis-rus sazişi ilə Antantanın yaradılması prosesi başa çatdı.

İngiltərə diplomatiyası Fransa ilə sazişi(1904) əlavə müqavilə ilə başa çatdırmaq istəyirdi. Çünki ingilis-rus ziddiyyətləri ingilis-fransız ziddiyyətlərindən daha dərin idi. Rus-yapon müharibəsi qurtaran kimi İngiltərə Rusiya ilə əməkdaşlıq yaratmaq üçün yeni cəhd etdi. İki dövlət arasındakı Uzaq Şərqdəki ziddiyyətlər yaponların qələbəsi ilə öz kəsərini itirdi. Yaxın şərqdə də rəqabət bir o qədər zəiflədi. İndi isə İngiltərə və Rusiyanın başlıca məqsədi Almaniya idi. Alxesiras konfransında İngiltərə ingilis-rus sazişinin mümkünlüyü barədə təməl qoymuşdu. 1906-cı ildə Rusiyanın yeni XİN olan İzvolski ingrus yaxınlaşmasının tərəfdarı idi. O, Yaponiya ilə yeni üzləşmələrdən qorxurdu və buna görə də İngiltərə ilə ittifaq vasitəsi ilə onu ardan qaldırmaq istəyirdi , həm də o bu sazişlə boğazlar məsələsini həll edilməsinə ümid bəsləyirdi. Nəhayət 1907-ci il avqustun 31-də ingilis-rus sazişi imzalandı. 1907-ci il sazişi nəticəsində İngiltərə Fransa və Rusiyanı daxil olduğu Antanta yaradıldı. Bu almaniyanı Avstria-Macarıstanın və italiyanın da daxil olduğu 3-lər ittifaqına qarşı idi. Saziş Əfqanıstana Tibetə və İrana aid idi. İran 3 hissəyə bölünürdü. Şimal Rusiyanın, cənub İngiltərənin, Mərkəz isə bitərəf elan olunurdu. Sazişə əsasən heç bir dövlət başqa dövlətə aid olan ərazidə siyasi və kommersiya məqsədli konsesiyalara cəhd etməməli idilər. Bu bitərəf zoanaya aid deyildi. İngilis və rus zonasında gəlirlərə İran höküməti nəzarət etməli idi. Rusiya Əfqanıstanı öz təsir dairəsi hesab etmirdi və bundan sonra Əfqanıstanla öz siyasi əlaqələrində Britaniyanın vasitəçiliyindən istifadə edəcəyindən öhdəsinə götürürdülər. Bu sazişi Rusiyanın XİN İzvolski və İngiltərənin Peterburqdakı səfiri Nikolsan imzalamışdı. Sazişə əsasən İran höküməti gömrükdən qazandığı borclar hesabına xarici borclarının ödəməli idi. Sazişə görə Rusiya Əfqanıstanı İngiltərənin nüfuz dairəsi kimi tanıdı. İngiltərə Əfqanıstanı işğal etməməli və orada daxili idarə etmə məsələlərinə qarışmamalı idi. Rusiya Əfqanıstanla iqtisadi əlaqələr saxlaya bilərdi. Rusiya və İngiltərə Çinin Tibetdə hüquqlarını tanıyırdılar. Onlar Tibetlə əlaqələri yalnız Çin vasitəsi ilə saxlamalı idilər. Rusiya- İngiltərə sazişində Bağdad dəmir yolu, İran körfəzi və Qara dəniz boğazları ilə bağlı məsələlər öz əksini tapmamışdı. Rusiyanın bu ittifaq addımını burjuaziya rəğbətlə qarşıladı. Beləliklə XIX əsrin sonu XX əsrin əvvəllərində baş vermiş hadisələr beynəlxalq münasibətlərin yeni mərhələyə daxil olması ilə nəticələndi. Avropa və eləcə də bütün dünya üçün təhlükə yarada biləcək 2 böyük qruplaşmanın yaradılmasını şərtləndirdi.

Sual 66.Balkan ittifaqının yaradılması və məqsədləri.

Balkan dövlətləri İtaliya-Türkiyə müharibəsindən istifadə edərək Türkiyəyə qarşı ittifaqda birləşmək və müharibəyə başlamaq barədə öz aralarında razılığa gəldilər. Rus diplomatiyası fəal surətdə bu blokun yaradılmasına kömək etdi. Lakin o, bu bloka Türkiyədən daha çox Almaniya və Avstriyaya qarşı bir silah kimi baxırdı. Hətta Rusiyanın Türkiyədəki səfiri Çarıkov Türkiyənin də bu bloka daxil olmasını təklif etdi. Amma bu plan bir sıra maneələrlə rastlaşdı. Birincisi, Türkiyə Almaniyanın güclü təsiri altında olduğu üçün bu bloka daxil ola bilməzdi. İkincisi, Bolqarıstan Türkiyənin bu bloka daxil olmasını istəmirdi. Çünki o, Türkiyəsiz bu blokdan çox şey qazana bilərdi. Türkiyə bu bloka daxil olsaydı, o heç nəyə nail ola bilməzdi. Üçüncüsü, Peterburqda başqa bir nöqteyi nəzər

qalib gəldi, onun tərəfdarları Balkan

yarımadasında xristian dövlətlərinin birləşməsini irəli sürdülər. Bunun təşəbbüskarı Serbiyanın nümayəndəsi Qartviq idi.Balkan İttifaqının yaradılmasını çətinləşdirən ən başlıca amil Makedoniyanın Serbiya, Bolqarıstan və Yunanıstan arasında bölüşdürülməsi barədə razılığa gəlinməməsi idi. Türkiyənin mirasının gələcəkdə bölünməsi də digər çətinliklər yaradardı. Bu Albaniyanın taleyi məsələsi idi. Serbiya dənizə çıxış yolu əldə etmək üçün Albaniyanı işğal etmək istəyirdi. Buna görə Avstriya-Macarıstan Albaniyanın serblərə verilməsinə razı ola bilməzdi. Serbiyanın iddialarına qarşı Avstriya-Macarıstan İtaliya ilə birlikdə çıxa bilərdi. Lakin Adriatik dənizində onların maraqlarının toqquşması və hər birinin Albaniyaya sahiblənməyə cəhd etməsi buna imkan vermirdi. Serbiyanın təşəbbüsü ilə Balkan blokunun yaradılması barədə danışıqlar başlandı. 1911-ci ilin aprelində Serbiyanın baş naziri Milovanoviç Bolqarıstan səfiri Toşevə təklif etdi ki, "Makedoniyanın istədikləri kimi təsir dairəsinə bölmək" haqqında saziş bağlasınlar. Bu saziş Türkiyəyə qarşı hərbi sahədə birlikdə çıxmaq üçün əsas ola bilərdi. Bolqarıstan höküməti əvvəlcə serblərin təklifinə mənfi yanaşdı. Rusiyanın XİN-i serb-bolqar sazişi ideyasını bəyəndi.Balkan blokunun yaradılmasında Rusiya çox maraqlı idi.Lakin bu 1 sıra risklə də bağlı idi.Əgər Serbiya və Bolqarıstan bir-biri ilə razılığa gəlib türkiyəyə qarşı müharibəyə başlayarlarsa,onda Alm və AvstriyaMacarıstan da bu müharibəyə qoşula bilərdilər.Rusiya da mütləq slavyan dövlətlərini müdafiə etmək naminə müharibəyə qarışmalı idi.1912-ci ilin əvvəllərində ingilis səfiri Byukenen II Nikolaya Antanda dövlətlərinin öz aralarında ümumi fəaliyyət proqramı hazırlamağı təklif etdi.İngiltərə höküməti belə addımın Avropanın 2 düşmən cəbhəsinə parçalanmasına səbəb ola biləcəyini əsas gətirdi.Rusiya diplomatiyası indi əsas diqqətini Balkan blokunun yaradılmasına verirdi.Bu blokun yaradılması Alm,Avst-Macarıstana qarşı Fransa-Rusiya cəbhəsi ilə yanaşı cənubda 3cü balkan cəbhəsinin yaradılması demk idi.Bu həm də Avst-Macarıstan və Alm-nı türkiyədən ayırırdı.


Yüklə 81,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin