Heyvandarlıq təbii yem bazasına əsaslanır. ölkənin qərb, şimal-qərb, şimal quraq və ölkənin dağlıq hissəsində sərbəst sahədir və yerli əhalinin əsəs məşğuliyyətini təşkil edir. şərqində isə heyvandarlıq yardımçı sahə. Heyvandarlıqda donuzçuluq üstünlük təşkil edir. İribuynuzlu mal-qara da bəslənilir. Ölkədə kənd təsərrüfatı üzrə ixtisaslaşmış 6 rayon ayrılır: Şimal-Şərq, Böyük Çin düzənliyi, Şərq, Cənub, Şimal-Qərb, Tibet yaylası.
Şimal-Şərq taxılçılıq rayonudur. məhsuldar qara torpaqları olan ərazisi-yazlıq buğda, qaolyan, soya becərilir.
Böyük Çin düzənliyi taxılçılıq-pambıqçılıq üzrə ixtisaslaşmışdır. payızlıq buğda və pambıq, 2ci soya becərilən mühüm ərazidir. Lyos yaylası da bu rayonun ərazisinə aiddir. Lyos yaylasında payızlıq buğda və pambıq becərilir.
Şərq rayonu çəltikçilik üzrə ixtisaslaşmışdır. O, Çinin şərq hissəsində Yantszı çayının hövzəsini əhatə edir. Rayonun şimal sərhəddi Tsinlin dağları, cənub sərhəddi isə Nanlin dağları boyunca keçir. Rayonda çəltik, pambıq, paxlalılar və yağlı bitkilər becərilir. Yantszı çayı dərəsindən cənubda təpəliklərin yamaclarında çay plantasiyaları salınmışdır. Rayonda mərkəzi Çendu şəhəri olan Sıçuan vilayəti yerləşir. Əyalət rayonun qərbində, dağlarla əhatə olunmuş Sıçuan çökəkliyini əhatə edir.-bütün kənd təsərrüfatı bitkiləri becərilir. Suvarma şəraitində bu ərazidən ildə 2-3 növ məhsul (çəltik, buğda, tərəvəz) əldə edilir. Şərq rayonunu «yaşıl Çin» adlandırırlar.
Cənub rayonu Cənubi Çinin tropik hissəsini əhatə edir və Nanlin silsiləsindən cənubda yerləşir. Tropik musson iqlimi hakim - çəltik və şəkər qamışı becərilir. Rayonda müxtəlif tropik və subtropik meyvələr yetişdirilir.
Şimal-Qərb Şimal-Qərbi Çin və Daxili Monqolustanın çöl, yarımsəhra və səhra zonasını əhatə edir. Rayon otlaq heyvandarlıq üzrə ixtisaslaşmışdır. Əkinçilik Cunqar və Kaşkar çökəkliklərindəki vahələrdədir. Bu rayon quraq Çin adlandırılır.
Tibet yaylasına köçürmə maldarlıq üzrə ixtisaslaşmışdır. Yayda heyvanlar yüksək dağlıq otlaqlara, qışda isə vadilərə sürülür. Rayonda şaxtaya dözümlü arpa, yazlıq buğda becərilir. Rayonu yüksək Çin və ya soyuq Çin adlandırılır.
SUAL 59. ÇXR-nın iqtisadiyyatının aparıcı sahələri
Hazırda Çin sivilizasiyası təkcə kağız, kompas, barıt ixtirası, Böyük Çin Səddi və Böyük Çin kanalının inşası haqda təsəvvür yaratmır. Çin (ÜDM) həcminə görə dünyada ikinci yerə çıxmış, ölkədə «iqtisadi sıçrayış» baş vermişdir.
Çin hazır məhsul ixracatçısı və xammal idxal edən mühüm dövlətə çevrilmişdir. Ölkədə xammala olan tələbat ildən-ilə artır. Dünya neft istehlakının 12 %-i, elektrik enerjisi 10 %-i, alüminium və mis20 %-i, polad 27 %-i, kömür və pambığ 1/3-i. yerli ehtiyatlar tələbatı tam ödəmir və idxalat artır. Çində iqtisadi möcüzəyə səbəb olan amillərə aid edirlər:
- ilkin mərhələdə islahatın dövlət kapitalının məhdudluğu şəraitində yüksək artım təmin oluna bilən sahələrə (yeyinti, yüngül və s.) tətbiq olunması;
- xarici sərmayədarları (xarici ölkələrdə yaşayan xuatsyaoları) cəlb etmək;
- istehsal briqadaları ilə müqavilə əsasında torpaqların fərdi təsərrüfatlar arasında paylanılması;
- yerli iqtisadiyyatın inkişafında yerli hakimiyyətə geniş hüquqlar verilməklə, regional siyasətin həyata keçirilməsi;
- ölkədə siyasi, sosial və maliyyə stabilliyinə nail olunması;
- əməksevər əhalinin çoxsaylı olması.
aqrar sektorda çalışanlar 50 %, sənayedə və tikintidə çalışanların sayı 20 %-ə, xidmət sahəsində məşğul 30 % yüksəlmişdir. İşçi qüvvəsinin keyfiyyətində də dəyişiklik olmuş, təhsil səviyyəsi yüksəlmişdir. ölkə iqtisadiyyatında xarici kapital axını böyük rol oynamışdır. Çin ölkəyə cəlb olunan xarici investisiyanın illik həcminə görə ABŞ-dan sonra dünyada ikinci yerdədir. -ÜDM-un 7 %.
Dostları ilə paylaş: |