Tarix. Meksikanın müasir ərazisində Qərb yarımkürəsinin inkişaf etmiş sivilizasiyaya malik dövlətləri mövcud olmuşdur. Bu ərazidə toltek mədəniyyətinin tarixi eramızdan çox əvvəllərə. Mayya mədəniyyəti eramızın VI əsrində inkişaf edir. X əsrdə Meksikanın mərkəzində döyüşkən Toltek dövləti yaranır. XIV əsrin sonlarında astek imperiyası meydana gəlir. Asteklər Mərkəzi və Cənubi Meksikada o dövrün ən qüvvətli dövləti idi. Avropalılar isə bu torpağa ilk dəfə XVI əsrdə ayaq basmışlar. 1517-ci ildə ispan dənizçiləri Meksikaya gəlmiş və Yukatan yarımadasında qədim mayya məskənlərini aşkar etmişlər.
1535-ci ildə Meksika İspaniyanın müstəmləkəsinə çevrilir. XIX əsrin əvvəllərində azadlıq müharibəsi üçün zəmin yaranır və 1821-ci ilin iyulunda müstəqil Meksika imperiyasının yaranması ilə nəticələnir. 1823-cü ildə Meksika respublika elan olunur. 1836-cı ildə Meksika Kaliforniya və Texas ərazilərini, ABŞ ilə müharibədən sonra isə Rio-Bravo-del-Norte çayından şimalda olan torpaqlarını itirir. 1910-1917-ci illərdə Meksikada burjua inqilabı baş verir. Milli bayramı 16 sentyabr (1810) müstəqillik günüdür.