aktual prolemləri: Təhlükəli tullantıların utilizə olunması üçün istehsalat gücünün kifayət qədər olmaması; kənd yerlərindən şəhərlərə güclü miqrasiya; ölkənin şimalında içməli su mənbələrinin çatışmazlığı və çirklənməsi; ölkənin mərkəzində və ucqar cənub-şərqində içməli suyun çətin əldə olunması və keyfiyyətsizliyi; sənaye və məişət tullantılarının ölkənin urbanizasiyalaşmış bölgələrində çay sularını çirkləndirməsi; meşəsizləşmə, çox yerdə mühafizə olunan torpaq eroziyası; səhralaşma; kənd təsərrüfatının deqradasiyaya uğraması; ölkənin paytaxtı və ABŞ-la sərhəddə yerləşən şəhərlərində havanın çirklənməsi; Mexiko vadisində yeraltı suların tükənməsi səbəbindən torpaqların çökməsi və s.
SUAL 69. Meksikanın idarə olunma sistemi, əhalisi
Tarix. Meksikanın müasir ərazisində Qərb yarımkürəsinin inkişaf etmiş sivilizasiyaya malik dövlətləri mövcud olmuşdur. Bu ərazidə toltek mədəniyyətinin tarixi eramızdan çox əvvəllərə. Mayya mədəniyyəti eramızın VI əsrində inkişaf edir. X əsrdə Meksikanın mərkəzində döyüşkən Toltek dövləti yaranır. XIV əsrin sonlarında astek imperiyası meydana gəlir. Asteklər Mərkəzi və Cənubi Meksikada o dövrün ən qüvvətli dövləti idi. Avropalılar isə bu torpağa ilk dəfə XVI əsrdə ayaq basmışlar. 1517-ci ildə ispan dənizçiləri Meksikaya gəlmiş və Yukatan yarımadasında qədim mayya məskənlərini aşkar etmişlər.
1535-ci ildə Meksika İspaniyanın müstəmləkəsinə çevrilir. XIX əsrin əvvəllərində azadlıq müharibəsi üçün zəmin yaranır və 1821-ci ilin iyulunda müstəqil Meksika imperiyasının yaranması ilə nəticələnir. 1823-cü ildə Meksika respublika elan olunur. 1836-cı ildə Meksika Kaliforniya və Texas ərazilərini, ABŞ ilə müharibədən sonra isə Rio-Bravo-del-Norte çayından şimalda olan torpaqlarını itirir. 1910-1917-ci illərdə Meksikada burjua inqilabı baş verir. Milli bayramı 16 sentyabr (1810) müstəqillik günüdür.