İdarəolunma forması. federativ respublika şəklində idarə olunur. Dövlətin başçısı 6 il müddətinə seçilən prezident. Konstitusiyaya görə onun ikinci dəfə seçilmək hüququ yoxdur. Qanunverici orqan senat (yuxarı) və deputatlar (aşağı) palatalarından ibarət olan Milli Konqresdir. İcraedici hakimiyyət prezident həyata keçirir.
İnzibati cəhətdən 31 ştatdan və 1 federal paytaxt əyalətindən ibarətdir. AR ilə diplomatik münasibətlər 10 fevral 1992-ci ildə yaradılmışdır.
Əhali. Latın Amerikasının ən kəskin demoqrafik vəziyyətə malik ölkələrindəndir. Ölkədə demoqrafik vəziyyətin kəskinliyi əhalinin sürətlə artması, əhalinin şəhərlərdə həddən çox cəmlənməsi ilə müəyyən olunur.
əhalinin təbii artımı 1,3% təşkil edir. Əhalinin yaş strukturuna görə Meksika dünyanın ən cavan ölkələrindən biridir. Etnik tərkibinə görə meksikalılar ispan-hind mənşəli metislər (60 faiz) və hindilərdən (30 faiz) ibarətdir. Ölkədə 40-dan artıq hindi tayfa və xalqları - astek və mayyalar. Avropadan və Amerikanın digər ölkələrindən gələn etnik qruplar isə əhalinin 10 faizini təşkil edir. Dini mənsubiyyətinə görə Meksikada əhali, xristian dininə etiqad edir.-katolik məzhəbi. Meksikada xristianlıq XVI əsrdə avropalıların buranı işğalı nəticəsində yayılmağa başlamışdır. Meksikada rəsmi dövlət dili ispan dili. Əhalinin 90 faizi bu dildə danışır. Hindilər bu günədək öz dillərini və adət-ənənələrini saxlamışlar.
Ölkənin təbii şəraiti və coğrafi mövqeyinin xüsusiyyətləri əhalinin yerləşməsinə böyük təsir göstərmişdir. əhalinin xeyli hissəsi Meksikanın mərkəzində, dağlararası çökəklikdə məskunlaşmışdır. Ölkə əhalisinin 2/3 hissəsi 1000 metrdən yüksək olan ərazilərdə cəmlənmişdir. əhalisi 3 mərkəzdə məskunlaşmışdır. Mərkəz regionu-ən sıx məskunlaşmış hissəsi. Mexiko dağlıq yaylası əhalisinin 40 % burada məskunlaşmışdır. əhalinin sıxlığına görə ikinci yeri Şimal regionu-əhalinin sıxlığına səbəb ABŞ-dan miqrasiya edən əhali bu regionda məskunlaşmışdır. Ölkə əhalisinin 30% Şimal regionunun payına düşür. əhalinin sıxlığına görə üçüncü yeri Cənub regionu- Sakit okeanla həmsərhəd olan cənub-qərb əraziləri.-ikinci dünya müharibəsindən sonra məskunlaşmağa başlamışdır.
Ölkədə həm daxili, həm də xarici miqrasiya mövcuddur. Kənddən-kəndə miqrasiya mövsümi səciyyə. Kənddən-şəhərə olan miqrasiya isə əhalinin peşəsini dəyişməsi ilə əlaqədardır. Emiqrasiyanın əsas səbəbi işsizlik problemi. Meksikalılar ABŞ, Avropa dövlətlərinə işləmək üçün gedirlər. Hər il açıq və gizli yolla 100 minlərlə meksikalı ABŞ sərhəddini keçir. Gizli yolla ABŞ-a miqrasiya edənlərin sayı ildə 500 mini ötüb. ABŞ-da meksika mənşəli əhalinin ümumi sayı isə 13 mln. nəfərdən artıqdır. Meksikaya ABŞ və Avropa ölkələrindən gələnlər də çoxdur.
SUAL 70. Meksikanın kənd təsərrüfatı və onun sahələri
Təbii-iqlim şəraitinin əlverişsiz olması səbəbindən Meksika ərazisinin cəmi 20 %-dən kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur. Suvarma əkinçiliyi üstünlük təşkil edir. Suvarılan sahələrə görə (6 mln. ha) dünyada qabaqcıl yerlərdən birini tutur. Kənd təsərrüfatında aqrotexniki səviyyə yüksəkdir. «Yaşıl inqilab»ın nəticəsində aqrar sektorda məhsuldarlıq artmış, kənd təsərrüfatı məhsulları ixracı çoxalmışdır.
K/T bitkiçilik üstünlük təşkil edir. - qarğıdalı, darı, paxla, buğda becərilir. Tərəvəz yetişdirilməsi və ixracına görə xüsusilə seçilir (pomidor, istiot, yaşıl noxud). Qarğıdalı və paxla ölkənin əkinçilik rayonlarında, buğda şimal və şimal-qərbdə suvarılan torpaqlarda becərilir. pambıq becərilən iri dövlətlərdən. pambığına dünya bazarında tələbat böyükdür. lifli xeneken bitkisi becərilir, ondan hazırlanan məhsullar ixrac olunur. Kənd təsərrüfatında transmilli şirkətlərin rolu böyükdür. Bu şirkətlər şəkər qamışı, tropik meyvə (sitrus meyvələri, manqo, ananas, çörək ağacı), qəhvə yetişdirilməsinə nəzarət edir. Bu məhsullar, ABŞ bazarlarına göndərilir. Ölkədə taxıla olan tələbat idxal hesabına ödənilir.
müxtəlif kənd təsərrüfatı məhsulları istehsal olunsa da onları iki əsas qrupa bölmək olar: daxili ehtiyacı ödəmək məqsəldilə əkilən və ixrac istiqamətli ərzaq bitkiləri. Əsas ərzaq bitkisi qarğıdalı hesab edilir və əkin yerinin təxminən yarısını-mərkəzi, cənub və şərq rayonları əhalisinin qida rasionunda. əhalinin rasionunda- buğda, çəltik, şəkər qamışı, lobya, bibər mühüm yer tutur. Şimal, Mərkəz və Şimal-Qərbin təsərrüfatlarında buğda. Ölkə hazırda daxili tələbatını tam ödəyir və qismini də ixrac edir. ixrac məhsullarına pambıq, qəhvə, şəkər qamışı və pomidor daxildir. Suvarma ərazilərində istehsal edilən meyvə tərəvəz daxili və xarici bazarlara çıxarılır.İqlim dəyişkənliyinə, temperatur amplitudunun müxtəlifliyinə, quraqlığa, hündürlüyə asanlıqla davam gətirən qarğıdalı ölkənin əksər bölgələrində becərilir. Əvvəllər az bir ərazidə becərilən buğda indi ölkənin bir çox ştatlarında, suvarılmayan ərazilərdə, çay vadilərində becərilir. Ölkənin iqlim şəraitinə uyğunlaşmış yeni buğda sortları ümumi məhsulun əsasını təşkil edir. Buğda hazırda Meksikanın taxıl istehsalının mərkəzi olan şimal-qərbdə ən mühüm məhsuldur. Şimal-qərbdəki digər mühüm məhsullar pomidor və kahı kimi qış tərəvəzləri, həmçinin yağlı toxumlardır. Meksikada taxıl istehsalı üçün ənənəvi sahə Bajio bölgəsi idi.-kiçik təsərrüfatlarda buğda, qarğıdalı, tərəvəz, fıstıq, çiyələk və lobya istehsal olunur. Şərab üzümləri Baja California, Coahuila və Queretaro kimi ərazilərdə yetişdirilir. başqa yerlərdə istehsal olunmayan iki məhsul istehsal edir, henequen güclü lif və maguey istehsal etmək üçün istifadə olunur, hər ikisi agave ailəsindədir. Maguey həm pulque, həm də mezkal istehsalı üçün istifadə olunur. Tekila Xaliskoda təyin olunmuş zonada mavi aqavadan hazırlanmış mezkal növüdür.
Dostları ilə paylaş: |