Torpaq-bitki örtüyü. coğrafi mövqeyi, relyefinin müxtəlifliyi, iqlimindəki təzadlar ölkədə rəngarəng və zəngin torpaq-bitki örtüyünün formalaşmasına səbəb olmuşdur. Floranın müxtəlifliyinə görə dünyada dördüncü yerdədir. Elmə məlum olan 250 min bitkinin 25 mini Meksikadadır. Bu ölkənin relyefinin müxtəlifliyi, rütubətin paylanmasında təzadlıq, coğrafi mövqeyi ilə izah olunur.
Quraq şimal və şimal-qərbin (Mərkəzi Mesalarda) yarımsəhra və səhralarında tikanlı kollar və ağaclarla (akasiya, küsdüm ağacı, kauçuklu və s.) , kaktus, aqava, zanbaq bitir. Bu bitkilərin gövdəsi və yarpaqları quraq dövrdə uzun müddət rütubəti saxlayır. Bütün kaktusların yarpaqları buxarlanmanın qarşısını aldığından forması dəyişmişdir. Bunların bəzilərinin diametri 2 metr, hündürlüyü 20 metrə çatdığı halda, digərləri yerə sərilmiş formada olur. Kaktuslardan təsərrüfatda geniş istifadə olunur. Çünki bu bitki heyvan üçün yem, yanacaq, tikinti materialı kimi yararlı,şirəsi içilir, yapışqanından lif alınır və əczaçılıqda, boyaq alınmasında istifadə olunur. kaktus ölkənin rəmzi olub, onun gerbində də əks olunur. Aqava bəzək bitkisi, ondan möhkəm lif alınmasında, spirtli içkilər hazırlanmasında geniş istifadə olunur-plantasiyalarda becərilir.-Yukatan yarımadasının şimalında
Mərkəzi Mesaların rütubətli cənub rayonlarında məhsuldar torpaqlarda təbii bitki örtüyü saxlanılmamışdır.-qırmızı-boz, qəhvəyi-qırmızı və qırmızımtıl-qara dağ torpaqlarında ənənəvi istehlak məhsulları (paxlalılar, qarğıdalı, küncüt, yer fındığı) becərilir.
Dostları ilə paylaş: |