Coğrafi mövqe. Braziliya Cənubi Amerikanın şərq və mərkəz hissəsini əhatə edir. Çili və Ekvadordan başqa materikin bütün ölkələri ilə həmsərhəddir. Quru sərhədlərinin uzunluğu 16 min km-dir. Ölkə şərqdən 7,4 min km məsafədə Atlantik okeanının suları ilə əhatələnir. Ərazisi 8,5 mln. kv. km-dir (dünyada 5-ci yer).