Faydalı qazıntılar. Dəmir, manqan filizləri, xromit, beril, niobiy, sirkon və mika ehtiyatına görə regionda 1-ci, titan, kobalt, volfram, kalium duzu, azbest, qrafit ehtiyatına görə 2-ci yerdədir. Ölkədə nikel, mis, boksit, uran, qalay, qızıl, fosforit, daş kömür vardır. Dünyada ən iri dəmir filizi yataqlarından biri - Karajas Braziliyanın Para ştatında (18 mlrd.ton). Minas-Jeras, Matu-Qrosu ştatlarında -dəmir filizi yataqları vardır. Manqan, nikel, titan, boksit, niobiy -Para və Minas-Jeras ştatlarında çıxarılır. Mühüm yanacaq xammalı (neft, təbii qaz və s.) idxal olunur. Braziliyanın sahil şelf zonasında neft və təbii qaz ehtiyatı aşkar olunmuşdur,
Dostları ilə paylaş: |