təbii artım 0,8%-dir. Hazırda ölkədə 209 mln. nəfər əhali yaşayır. Gənc yaşda olanların sayı üstünlük təşkil edir. Ölkədə orta ömür müddəti kişilər üçün 65, qadınlar üçün 73 il. İqtisadi cəhətdən fəal əhali 37% təşkil edir. Ölkədə rəsmi dövlət dili portuqal dilidir. Dini mənsubiyyətinə görə əhalisi xristianlardır (katolik).
Braziliya əhalisinin yarısı Atlantik okeanı sahilində, ensiz zolaqda yaşayır. Ölkə ərazisinin-10%- San-Paulu, Rio-de Janeyro, Salvador, Belu Orizonti və s. şəhərləri yerləşir. Ölkənin şimal-şərqində orta sıxlıq 1 kv. km-də 80, şimalda isə 2-3 nəfərdir. Braziliya əhalisinin 20%-i kənd yerlərində yaşayır. Əmək ehtiyatlarının ¼-i kənd təsərrüfatında çalışır. Braziliyada yoxsul və yoxsulluq həddində yaşayanlar ölkə əhalisinin 40%-ni təşkil edir. Savadsızlıq, uşaq ölümünün yüksək olması, səhiyyə xidmətinin aşağı səviyyəsi, iri şəhərlərin ətrafında özbaşına salınmış «gecəqondular»da (favel) acınacaqlı vəziyyət və s. həllini gözləyən problemlərdir.
SUAL 74. Braziliyanın kənd təsərrüfatı və onun sahələri
ÜDM-un 11-12%-i, ixracatdan gələn gəlirin 33%-i kənd təsərrüfatının payına düşür. Aqrar bölmədə iri mülkədar (latifundiya) və kapitalist (cənub-şərqində xarici) torpaq sahibliyi üstünlük təşkil edir.
kənd təsərrüfatı məhsullarının 3/5 hissəsi əkinçiliyin payına düşür. İxracat -qəhvə, kakao, şəkər qamışı, soya,banan, sitrus meyvələri becərilməsi üstünlük təşkil edir. Braziliya qəhvə istehsalına görə dünyada birinci (1,6 mln. ton) yerdədir. Qəhvə Parana, San-Paulu, Minas-Jeras və Espirutu-Santu ştatlarında, plantasiyalarda becərilir. Ölkə şəkər qamışı yığımına görə dünyada birinci, soya istehsalına görə ikinci, kakao dəni istehsalına görə dördüncü yerdədir. Braziliyada şəkər qamışı və pambığın plantasiyalarda becərilməsinin tarixi qədimdir.
Dostları ilə paylaş: |