|
Tarix. Braziliya ərazisində hindu tayfaları
|
səhifə | 238/284 | tarix | 19.02.2022 | ölçüsü | 0,75 Mb. | | #52843 |
| İQTİSADİ İMTAHAN
Tarix. Braziliya ərazisində hindu tayfaları qədim zamanlardan məskunlaşmışlar. XVI əsrin əvvəllərində bu ərazi portuqaliyalılar tərəfindən zəbt olunur. Onlar yerli əhalinin xeyli hissəsini qırmaqla, Afrikadan gətirilən zəncilərin əməyindən istifadə etməklə iri plantasiya təsərrüfatları salırlar. 1808-ci ildə Napoleon Portuqaliyanı işğal edir və ölkənin kralı Braziliyaya qaçır, Portuqaliya imperiyasını yaradır. 1821-ci ildə kral Portuqaliyaya qayıdır. 1822-ci ildən Braziliya müstəqil imperiyadır. 1889-cu ildən respublikadır. XIX əsrin sonlarından Braziliyaya ingilis və Şimali Amerika kapitalı daxil olmağa başlayır. II Dünya müharibəsindən sonra ölkədə siyasi qeyri-sabitlik hökm sürür. Hakimiyyət müxtəlif meylli qüvvələrin əlinə keçir. 1992-ci ildə Braziliya dərin siyasi böhrana düçar olur. Hazırda ölkəni demokratik qüvvələr idarə edir.
Dostları ilə paylaş: |
|
|