Yeyinti və yüngül sənaye ənənəvi sahələrdir və milli xüsusi kapital əsasında inkişaf etdirilir. Yeyinti sənayesinin bir sıra məhsulları (qəhvə, qənd, ət, yağ, tütün, meyvə şirələri) yerli tələbatı ödəməklə ixrac olunur. Braziliya konservləşdirilmiş və dondurulmuş portağal şirəsinin ixracına görə dünyada liderdir. Toxuculuq sənayesində pambıq və süni lifdən hazırlanmış parçalar, trikotaj istehsalı xüsusilə seçilir. Mühüm mərkəzləri San-Paulu, Rio-de-Janeyro ştatlarındadır. Gön-ayaqqabı istehsalı inkişaf etmişdir və həm də ixracat əhəmiyyətlidir. Müəssisələri San-Paulu və Novu-Amburquda yerləşir.
SUAL 76. Argentinanın coğrafi mövqeyi, təbiətinin xüsusiyyətləri
sahəsinə görə cənubi amerikada 2-ci dünyada isə 8-ci yeri tutur. Sahəsi 2,8 mln km2 ,əhalisi 47,6 mln nəfərdir Latın amerikasının cənub-qərb hissəsini əhatə edir. Quru sərhədləri Çili, Boliviya, Paraqvay, Braziliya, Uruqvay dövlətləri ilə, şərqdə isə atlantik okean suları ilə əhatələnir .şərq sahilində yerləşən odlu torpaq, malvin adaları ölkə ərazisinə daxildir. relyefiiki hissədən: 1.düzənliklər şimal və qərb hissələr 2. Yüksəkliklər- qərb və cənub hissələr . Şimal hissədə qran-çako düzənliyi, şimal-şərqdə pampalar , and dağlarının ətəklərində pataqoniya yaylası yerləşir. And dağlarında yerləşən perito moren buzlağı argentinanın ən gözəl yerlərindən sayılır