Toxuculuq sənayesi köhnə sahədir. Yerli xammala əsaslanır. Bu sahədə milli kapitala məxsus kiçik və orta müəssisələr üstünlük təşkil edir. Pambıq, yun, ipək parça istehsal edilir. Ən iri toxuculuq bölgələri Pueblo ştatı ,Yukatan, Mexiko
SUAL 72. Braziliyanın coğrafi mövqeyi, təbiətinin xüsusiyyətləri
Coğrafi mövqe. Braziliya Cənubi Amerikanın şərq və mərkəz hissəsini əhatə edir. Çili və Ekvadordan başqa materikin bütün ölkələri ilə həmsərhəddir. Quru sərhədlərinin uzunluğu 16 min km-dir. Ölkə şərqdən 7,4 min km məsafədə Atlantik okeanının suları ilə əhatələnir. Ərazisi 8,5 mln. kv. km-dir (dünyada 5-ci yer).