Coğrafi mövqe. Misir iki qitədə Afrikanın şimal-şərqində və Asiyanın cənub-qərbində Sina yarımadasında yerləşir. Ərazisinin 3%-i Asiyada, qalanı isə Afrikadadır. Bu hissələri bir-biri ilə Süveyş kanalı ilə kəsilmiş Süveyş bərzəxi birləşdirir. ərazisi 1,0 mln. kv. km-dir.
qərbdən Liviya, cənubdan Sudan, şimali-şərqdən İsrail və BMT-nin Fələstin ərəb dövləti üçün ayırdığı ərazi (Qəzza bölgəsi) ilə həmsərhəddir. Ölkə şimalda Aralıq, şərqdə Qırmızı dənizlərin suları ilə əhatələnir. Misirin mühüm dəniz və hava yolları qovşağında yerləşməsi onun geosiyasi mövqeyinin üstünlüyüdür.