Səth quruluşu. Misirin relyefi orta hündürlüyü 300-1000 m arasında olan yaylalardan ibarətdir. Nisbətən hündür dağlar Sina yarımadasındadır. Ölkənin cənubundan şimalına Nil çayı uzanır.Nil çayından qərbdə səthi əsasən daşlı və çınqıllı olan Liviya səhrası yerləşir.
Ölkə ərazisinin 70 % -bu səhranın qərb hissəsinin səthi qumlarla örtülüdür. «Qum dənizi» ən böyük qum yığımı ölkənin qərb sərhəddindən şimali-qərb və şərq sərhədlərinə qədər uzanır. Nil çayından şərqə doğru Ərəbistan səhrası yerləşir. Bu səhranın Misir ərazisində orta hündürlüyü 300-700 m.
Sina yarımadası səthinin əksər hissəsini Ət-Təhrif yaylası tutur. Yarımadanın cənub hissəsində orta hündürlüklü dağlar yerləşmişdir. Ölkənin ən hündür nöqtəsi Cəbəl-Katrin dağı buradadır. ən alçaq nöqtəsi Kattar çökəkliyidir (- 133 m).
Misirin Aralıq dənizi sahilində süni yaradılmış buxtalar ətrafında dəniz limanları İsgəndəriyyə və Port-Səid.
Nil vadisi və Nil deltasının Misirin təbiətində özünəməxsus yeri var. Nil vadisi uzunluğu 1500, orta eni 10 km və ətrafı səhralıq böyük bir oazisdir. Ölkənin cənubunda dərə bir qədər ensiz, şimalında enlidir. Nil dərəsi şimalda Nil deltasına keçir. Səthi çay gətirmələrindən ibarət deltanın cənubdan şimala uzunluğu 175, qərbdən-şərqə isə 220 km-dir. Sahəsinə görə Nil deltası dünya deltaları içərisində böyüklərindən biridir.
Dostları ilə paylaş: |