İdarəolunma forması. Dövlət quruluşuna görə unitar respublika. Dövlət başçısı referendum yolu ilə 6 il müddətinə seçilən prezident. Prezidentin yenidən seçilmə hüququ qeyri-məhduddur. Onun namizədliyi xalq məclisi tərəfindən irəli sürülür. Prezidentin səlahiyyət hüquqları-konstitusiya və qanunlara riayət olunması, milli birliyin qorunmasına nəzarət edir, fövqəladə vəziyyət və müharibə elan edir, Milli Müdafiə Şurası və Ali Hakimiyyət Şurasının sədri funksiyasını yerinə yetirir, özünün müavinini, baş nazir və hökumət üzvlərini təyin edir, nazirlər şurası ilə dövlətin ümumi siyasət xəttini müəyyən edir və onun həyata keçirilməsinə nəzarət edir.