Torpaq-bitki örtüyü. Ərazisinin çox yerində şoran, Nil vadisi və deltasında, vahələrdə allüvial torpaqlar yayılmışdır. Nil vadisi və deltasının torpaqları Nilin Efiopiya yaylasından gətirdiyi dağ süxurlarının qırıntılarının çökməsi nəticəsində formalaşmışdır. Tərkibində yararlı elementlər və duzlar olan bu torpaqlarda əsrlər boyu əkinçiliklə məşğul olunduğundan təbii münbitliyini itirmişdir. Süni gübrələrdən geniş istifadə olunur. -Nil vadisi və deltasında müxtəlif - sarı-boz, səhra, karbonatlı, gilli-boz və digər torpaq növlərinin yaranmasına səbəb olmuşdur.
Misirdə mədəni bitki örtüyünə Nil vadisi və deltasında,vahələrdə rast gəlmək olar. Aralıq dənizi sahilboyu zonasında ağot (ceyranotu), gəvən, dəvətikanı, itburnu geniş yayılmışdır. Qışda efemerlərdən süsən, lalə, qaymaqçiçəyi, nərgizgülü çiçəklənərək səhranın həyatsız simasını tamamilə dəyişdirmişdir. Sahilboyu zonadan cənubda Liviya səhrasında kserofit kol bitkiləri ,Qırmızı dəniz sahilində şora kol bitkisi , Nil vadisi və deltasında təbii bitki örtüyünə yalnız deltanın şimalındakı göllər rayonunda rast gəlmək olar.
TF: dövrü olaraq təkrarlanan quraqlıqlar; tez-tez baş verən zəlzələlər; sel hadisələri; sürüşmələr; quraq, isti və boğucu küləklər (xəmsinlər); yazda əsən toz və qum burulğanları və s. Ətraf mühitin aktual problemləri; urbanizasiya və qum burulğanları nəticəsində kənd təsərrüfatına yararlı torpaq sahələrinin azalması; Asuan bəndindən cənubda torpaqların şoranlaşmaya məruz qalması; səhralaşma; dəniz sularının neftlə çirklənməsi; mərcan rifləri və dəniz heyvanlarının populyasiyasının azalması təhlükəsi; çimərliklərin sanitar-gigiyena tələblərinə cavab verməməsi; suların kimyəvi maddələrlə, kanalizasiya və sənaye tullantıları ilə çirklənməsi və s.
SUAL 81. Misirin inkişaf tarixi, idarə olunma sistemi, əhalisi
Tarixi. dünyada bəşəri sivilizasiya ilə bağlı ən qədim dövlətlərdən biridir. Yuxarı və Aşağı Misir şahlıqları yaranmışdır. Şahlıqları idarə edən fironlar özləri üçün nəhəng ehramlar (piramidalar) tikdirir. Müharibələrdə əsir alınmış qullar tərəfindən tikilmiş Heops, Hefren ehramları, daşdan yonulmuş şir heykəlləri və b. abidələrin qalıqları indiyə qədər qalmaqdadır.
Bizim erayadək Misir assuriya, fars, yunan və b. işğalçı dövlətlərin təsiri altında olmuşdur. VII yüzilliyin əvvəllərinə yaxın Misirdə yaşayan qibtilər xristianlığı qəbul edirlər. 639-cu ildə Misirə Ərəbistan yarımadasından ərəblər gəlməyə başlayır. 640-641-ci illərdə ərəb qoşunları Misirdəki Bizans ordusunu darmadağın edir. Sonrakı dövrlərdə Misir Fatimilər, Əyyubilər, Məmlüklər, Osmanlılar dövlətlərin təsiri altına düşür.
XVII yüzilliyin sonu Osmanlı imperiyası zəiflədikdən sonra məmlüklər Misirdə öz hökmranlığını bərpa edir və burada müstəqil dövlət yaradılır. 1808-ci ildə Misir hakimi Məhəmmədəli paşa islahatlar həyat keçirməklə Misiri qüvvətli dövlətə çevirmək məqsədini qarşıya qoyaraq ixracat əhəmiyyətli kənd təsərrüfatı və sənayenin bəzi sahələrini inkişaf etdirir.
XIX yüzilliyin 30-cu illərində Misirə xarici kapital axını güclənir. Fransa və İngiltərə Misirin milli bazarlarını ələ keçirməyə başlayır və ölkədə xaricilərə məxsus müəssisələr yaradılır. Qərbi Avropa şirkətlərinin fəaliyyəti ilə nəqliyyat-rabitə şəbəkəsi, dəniz limanları, Süveyş kanalı inşa edilir. 1882-ci ildə İngiltərə öz ordularını Misirə yeridir, ingilis ordusu ölkəni zəbt edərək onu öz müstəmləkəsinə çevirir. Lakin xalqın müstəmləkəçiliyə qarşı getdikcə güclənən mübarizəsi rəsmi Londonu 1922-ci ildə Misirin müstəqilliyini formal olaraq tanımağa məcbur edir. Əslində isə XX yüzilliyin ortalarına qədər Böyük Britaniya Misir üzərində özünün hərbi-siyasi və iqtisadi nəzarətini saxlayırdı.
II Dünya müharibəsində Böyük Britaniya Misirin ərazisindən, təbii ehtiyatlarından və ordusundan Liviyada İtaliya-Almaniya qoşunlarına qarşı hərbi əməliyyatlar üçün istifadə edir. Müharibədən sonrakı illərdə milli-azadlıq hərəkatı güclənir. 1952-ci il iyulun 23-də ölkədə inqilabi çevriliş baş verir, kral taxt-tacdan əl çəkərək ölkəni tərk edir. 1953-cü il iyulun 18-də Misir respublika elan olunur. Üç ildən sonra isə respublikanın ilk konstitusiyası qəbul edilir və Camal Əbdül Nasir ölkənin prezidenti seçilir. 1956-cı ilin iyulunda ingilis ordusu Misirdən çıxarılır və Süveyş kanalı milliləşdirilir. Böyük Britaniya, Fransa və İsrail Misirə qarşı hərbi təcavüzə başlayır. Bir sıra dövlətlərin köməyi ilə Misir bu təcavüzü dəf edir. 1958-ci ildə Misir və Suriya birləşərək Birləşmiş Ərəb Respublikası adlanan dövləti təsis edirlər. 1961-ci il sentyabrın 1-də onlar yenidən müstəqil dövlətlərə ayrılırlar. 1967-ci ildə qonşu ərəb ölkələri və Misir yenidən İsrailin təcavüzünə məruz qalır.
C. Ə. Nasirin vəfatından sonra ölkənin daxili və xarici siyasətindəki dəyişikliklər onun bir sıra ölkələrlə münasibətlərinin pozulmasına səbəb olur. Prezident Hüsnü Mübarək hakimiyyətə gəldikdən sonra xarici və daxili siyasətdə bəzi dəyişikliklər edilir. Misirin Ərəb ölkələri və digər dövlətlərlə pozulmuş münasibətləri yenidən bərpa olunur. Lakin 2011-ci il yanvar 11-dək davam edən kütləvi ixtişaşlar H. Mübarəkin 30 illik hakimiyyətinə son qoydu. Prezident ölkəni tərk etdi, parlament buraxıldı, hakimiyyət müvəqqəti hökumətin əlinə keçdi.2014-cü ilin may Əbdül-Əs -Sisi seçkilərdə qalib gəldi və prezident seçildi.
Dostları ilə paylaş: |