Qara d sah-yüksək rütubətli mülayim isti; Aralıq d sah- isti quraq yay və mülayim yağmurlu qışı olan Aralıq d iqlimi; Daxili Anadolu quru, kəskin kontinental; Şərqi Türkiyədə sərt iqlim; Yuxarı Mesopotamiyada isti,quru iqlim hakimdir.
Dənizlərdən daxili rayonlara doğru kontinentallıq artır. Şərqi Anadoludayayda +40°C, qışda – 30°C. Qara və Aralıq d sah yayda + 25-28°C, qışda +7-10°C olur. Orta illik yağıntıların miqdarı 700 mm. Qara d sah-2500 mm. Ölkədə ən az yağıntı Daxili Anadoluya (200 – 400 mm ) düşür.
Hidroqrafiya. Konya düzənliyi istisna olmaqla Türkiyə ərazisində çay şəbəkəsi sıxdır. bu çaylar dağ mənşəli olduğundan gəmiçiliyə yararlı deyil. Axının sürətli olması yüksək dağlıq sahələrdə donmağa qoymur. Çayların hidroenerji əhəmiyyəti böyük olsa da, kifayət qədər istifadə olunmur. Yerüstü suların bir hissəsi suvarmada istifadə olunur. Əksər çayları az suludur, rejimləri dəyişkəndir, yayladan axan çaylar yayda quruyur. Qara, Egey, Mərmərə və Aralıq dənizi hövzələrinə aiddir.