§ 4. SÜNĠK VƏ ARSAX-XAÇIN KNYAZLIQLARI
VIII əsrin əvvəllərində Albaniyada dövlətçiliyə son qoyulsa da,
Mihranilər sülaləsinə mənsub feodal hakimlər tarixi alban vilayəti Arsaxda öz
mü lklərin i qoruyub saxlamıĢdılar. Buna səbəb ərəb üsul-idarəsinin müsəlman
olmayan bəzi yerli feodallara cizyə və xərac vermək Ģərti ilə əvvəlki mü lk və
torpaqlarını saxlamalarına icazə verməsi idi.
Yerli qaynağın məlu matına görə, 822-ci ildə Mihranilərin Arsaxdakı son
nümayəndəsi Varaz Tiridat daxili münaqiĢə nəticəsində qətlə yetirilir. Moisey
Kalan katlının yazd ığına görə, bu dövrdən ta X yüzilin sonunadək onun xələfləri
Arsax və Sünik vilayətlərində hakimlik ed irdilər. Varaz Tiridat öldürülən kimi
onun arvadı, qızı Sparama ilə birlikdə Xaçında sığınacaq tapır. Qaynaqdakı məlu-
mata görə, "öz xanimanın ı yenidən qurmaq istəyi ilə o, qızı Sparaman ı süniklilərin
baĢçısı, ...Səh lin oğlu Atırnerhesə ərə verir". Sparama ilə Atırnerhesin nəvəsi olan
Sevada ləqəbli Səhək Uti əyalətinin Girdiman vilayətini, Arsaxdakı Kosti və Farna
adlı yerləri tutur. Alban müəlliflərin in yazdığından həmçinin məlu m o lur ki,
erməni hökmdarı Smbat "böyük qətiyyətlə" Səhək - Sevada ilə vuruĢmuĢ, lakin
onu öz hakimiyyətinə tabe edə bilməmiĢdi. Ermən i hökmdarı Smbat Baqratunidən
söhbət açan bu mətndən, eləcə də dövrün real vəziyyətindən aydın olur ki, elmdə
267
həmin yerləri erməni torpağı elan edən ermən i tarixçilərin in iddialarına rəğ mən nə
Arsax, nə də ki, Sünik o zaman ermənilərə mənsub olmayıb
1
.
Haqqında danıĢılan Səhək - Sevadanın törəmələrindən X əsrdə yenidən
dirçəlmiĢ Alban padĢahlığının hökmdarları meydana çıxdı. Yerli qaynaq xəbər
verir: "Haqq-taala [Səhəkin nəvəsi] ĠĢxanunun böyük oğlu Sənəkərim ləqəbli
Ġohannı çoxdan yo x olmuĢ padĢahlığın hökmdarı seçdi, Allah onun vasitəsilə
[həmin dövləti] bərpa etdi". Daha sonra Sənəkərimin hökmdar mənsəbinin qanu -
niliyin i təsdiq edən amillər - "Ġran hökmdarının (burada - xə lifənin) ona tac təqdim
etməsi", "yunan magistri Dav idin ona padĢahlıq çələngi göndərməsi", "patriarxın
əli ilə onun [aln ına " müqəddəs" yağ] sürtülməsi" haqqında məlu mat verilir.
XII əsrin sonlarına ya xın Sünik padĢahlığı dağıldı, buradakı hakim sülalə
1166-c ı ildə knyaz Qriqorun və Smbatın ölü mü ilə kəsilmiĢ oldu. XII əsrin sonu -
XIII əsrin əvvəllə rində Arsax əra zisində təĢəkkül tapan Xaçın knyazlığı Ġ. A.
Orbelinin sözləri ilə "qədim Albaniyanın bir hissəsi" idi. Arsax-Xaçın knyazlığın ın
mərkəzi Xaçınçay və qismən də Tərtər çayın ın hövzələrin i əhatə edird i. 1215-ci
ildən bu knyazlığ ın baĢında alban Mihranilər nəslinə mənsub olan Həsən Cəlal
(1215-1261) dururdu. A zərbaycan Atabəyləri dövlətinin tənə zzü lünün gücləndiyi
bir za manda hakimiyyəti əlinə almıĢ Həsən Cəla l özünün ağıllı siy asəti ilə güclü
qonĢuları arasında müstəqil qurum yarada bilmiĢdi. Dövrün ermən i, gürcü və
farsdilli yazılı mənbələrində, eləcə də epiqrafik ab idələrində o, "knyazlar knyazı",
"Ģahanə əzəmətli", "Xaçın ölkələri knyazı", "Xaçın və Arsax ölkələrin in əzəmətli
knyazı", "hökmdar", "tacdar", "Albaniya hökmdarı", "Albaniyanın sərhəd
bölgələrin in əzəmətli sahibi" titu lları ilə göstərilmiĢdir. Həsən Cəlalın özü isə özünü
"mütləq hökmdar" adlandırırdı. Qanzasar məbədindəki yazıda o xuyuruq: "Arsax ölkəsinin
və... Xaçın hüdudlarının həqiqi mütləq hökmdarı". Ona həsr olunmuĢ ən təmtəraqlı
titul Qanzasar monastırındakı 1240-cı ilə aid kitabədə əks olunmuĢdur: "Allahın müti
bəndəsi olan mən, Həsən Cəlal, Vahtanqın oğlu, əzəmətli Həsənin nəvəsi, geniĢ
hüdudlara malik, uca və möhtəĢəm Arsax ölkəsinin həqiqi mütləq hökmdarı". Həsən
Cəlalın atası Vahtanq Mihranilərdən idi; onun anası XoriĢah məĢhur Ġvane və Zakari
Dolqoruki - Arqutinskilərin bacısı olmuĢdur. Həsən Cəlalın arvadı Mamkan
Mihranilərdən olan Sünik hökmdarı Sənəkərimin nəslindən idi.
Həsən Cəlalın dövrün adlı-sanlı və nüfuzlu ailələri ilə qohumluq əlaqələri,
Ģübhəsiz, Arsax-Xaçın sahibinin tutduğu yüksək mövqeyini xarakterizə edir. Onun haki-
1
Baqratilər dövləti probleminin son araĢdırıcılarından olan K.N.YüzbaĢyan əsassız
olaraq IX-XI əsrlərdə (yəni Xilafətin zəiflədiyi dövrdə) "əzəli erməni mühitində" bir neçə
erməni mülkunün yarandığını iddia edir. Bu mülklər sırasında o dövrün alban dövləti - mərkəzi
Sisyan və Qafanda olan Sünikin və həmçinin mərkəzi ġəmĢədil və ya Loridə olan Lori və ya
TaĢir-Dzoragetin də adlarını çəkir. Digər erməni tarixçiləri kimi, məsələyə qərəzlə yanaĢan
K.N.YüzbaĢyan bu iddiası ilə artıq V əsrdə dövlətçiliyini və torpaqlarını əldən vermiĢ
ermənilərin gələcəkdə baĢqa torpaqlara, o cümlədən xristian alban və gürcülərin yaĢadıqları
Albaniya ərazisinə və gürcü vilayəti Qoqarenaya giriĢmələri üçün Ģərait yaradırdı.
268
miyyət illərini, Ģübhəsiz, Albaniyanın iqtisadi, siyasi və mədəni dirçəliĢi - alban intibahı
dövrü hesab etmək olar. Bu dirçəliĢ özünü ədəbiyyatda, mülki tikintidə, memarlıqda,
dini abidələrin yaradılmasında göstərdi. Məhz bu dövrdə Gəncəli Kirakos özünün "Tarix"
əsərini yazdı. Alban hökmdarlarının hakimiyyətlərinin arasıkəsilməzliyini xüsusi qeyd
etməyə, özünün Mihranilərin vərəsəsi olduğunu göstərməyə çalıĢan Həsən Cəlalın
təkidilə Moisey Kalankatlının "Alban tarixi" əsərinə Həsən Cəlalın hakimiyyətini,
onun dövründə Qanzasar monastırı ko mpleksinin tikilməsini əks etdirən yeni dörd
fəsil əlavə edildi. Bununla alban tarixi-ədəbi ənənəsi yenidən cana gətirildi, lakin
əvvəlki dövrdən fərqli olaraq baĢdan-baĢa alban ruhlu bu ədəbiyyat əsas etibarilə
qriqoriyanlaĢma prosesinin və qədim erməni dilində istifadə edilən dini əsərlərin təsirilə
qədim erməni dilində (qrabarda) yazılırd ı. Beləliklə, real tarixi Ģərait, XII-XIII
əsrlərdə Arsax-Xaçın əhalisinin alban və qədim erməni dillərində, tarixi Albaniyanın
aran hissəsi əhalisinin isə arran-alban, türk, fars, ərəb dillərində yazıb-yaratmasına səbəb
oldu. Əlbəttə, mənĢəcə alban olan Arsax-Xaçın əhalisinin etnik mənsubiyyətinin
göstəricisi yalnız dil ola bilməzdi (müasir fransızlar, ingilislər, portuqallar, misirlilər də
özlərinin qədim dillərində danıĢ mırlar).
VII-XII əsrlərdə təĢəkkül tapan alban ədəbiyyatı ona yad olan mədəni-
ideoloji təsirə - islamlaĢma və qriqoriyanlaĢ maya və nəhayət, ermən iləĢ məyə qarĢı
dura bilmədi. Lakin bununla belə IX-XII əsrlərə aid alban xaçkarlarında
(xaçdaĢlarında) yerli alban mədəniyyətinin ənənəvi komponentləri - dünyəvi süjetlər
hələ də əks olunur, kiçik təqvim hələ də iĢlədilirdi.
1216-1231-ci illərdə Həsən Cəlal alban katolikosu Nersesin xahiĢilə
"Albaniyanın baĢ kilsəsi" adlandırdığı Qanzasar monastır kompleksinin tikintisinə
baĢlamaq haqqında əmr verir. Bu kompleks Xaçın hakimlərinin - Cəlalilərin ailəvi
türbəsi yerləĢən eyni adlı qədim monastırın yerində ucaldılmıĢdı. Sonralar Həsən Cəlalın
özü də burada dəfn edildi. Kilsənin üzərində 84 yazı həkk edilmiĢdir. Qarabağda, indiki
Vəngli kəndində ucalan bu abidə orta əsr alban memarlığının erməni memarlığına bənzəri
olmayan Ģah əsəridir. Demək olar, bütün sonrakı alban katolikosları, eləcə də Həsən Cəlal
nəslinin nümayəndələri burada dəfn edilmiĢlər.
Həsən Cəlalın hakimiyyətə gəldiyi dövr Cənubi Qafqaz tarixinin hadisələrlə
zəngin illərinə təsadüf edir. Getdikcə qızıĢan feodal çəkiĢmələri, xarici basqınlar,
Atabəylərin mərkəzi hakimiyyətinin zəifləməsi nəticəsində bütün Azərbaycanın təsərrüfat
həyatına dəyən zərbə və nəhayət, ilk monqol hücumlarının ağır nəticələri Həsən Cəlal
dövlətinin daxili və xarici durumuna təsir göstərməyə bilməzdi. Mənbələrin
məlumatından aydın olur ki, 1222-ci ildə, monqolların Cənubi Qafqazın çox hissəsini
darmadağın edən kəĢfiyyat dəstələri Dərbənd keçidi vasitəsilə Qıpçaq çöllərinə
getdikdən sonra Azərbaycan ərazisində sığınacaq tapmağa çalıĢan 50 min qıpçaq Gəncə
yaxınlığında məskən salır. Yerli qaynağın yazdığına görə, Ġvane Dolqorukinin baĢçılıq
etdiyi gürcü qoĢunu qıpçaqlara qarĢı çıxır. Görünür, Həsən Cəlal da öz dayısının ordu-
sunda qıpçaqlarla mübarizəyə qalxmıĢdı, belə ki, qıpçaqların ilk qalibiyyətli döyüĢdən
269
sonra tutduğu əsirlər arasında "Ġvanenin bacısı uĢaqları, Vahtanq Sakarlanın oğlanları
Həsənin, Zaxarinin və Ġvanenin" də adları çəkilir. Ço x keçmədən qıpçaqlara yenidən
hücum edən Ġvane bu dəfə onları darmadağın edib, baĢqa əsirlərlə birlikdə, görünür, öz
bacısı uĢaqlarını, o cümlədən Həsəni də əsirlikdən azad edə bilir.
Yenidən Xaçına qayıdan Həsən Cəlal haqqında mənbələrdəki sonrakı məlumat
1227-ci ilə aiddir. Məhz bu il XarəzmĢah Cəlaləddinin vəziri ġərəf əl-mülk vergi
toplamaq məqsədilə Xaçın qalasına yaxın laĢır. Həsən Cəlal yalnız 20 min d inar pul
və görünür, girov götürdüyü (və ya əsirlikdə saxlad ığı) 700 müsəlman ı verməklə
növbəti döyüĢdən canını qurtara bilir.
Sonrakı (bu haqda "Azərbaycan tarixi"nin III cild ində olan "Arsax-Xaçın
knyazlığ ı XIII-XV əsrlərdə" bölməsinə bax) hadisələr sübut edir ki, qədim
Albaniyanın bir hissəsində təĢəkkül tapmıĢ alban knyazlığının baĢçısı Həsən Cə lal
bu ağır illə rdə də albanların əra zi, siyasi və dini birliyin i, e ləcə də milli Ģüurunu
(milliyyətcə alban olma ların ı) mühafizə et məyə çalıĢır, çevik siyasət yürüdürdü.
Məhz bu çeviklik ona monqolların hücumu dövründə və ondan sonra da
hakimiyyətini saxlamaq imkanı vermiĢdi.
§ 5. ġƏKĠ MƏLĠKLĠYĠ
Azərbaycanın Ģimal hissəsinin iĢğalı zaman ı Xilafət qoĢunlarına baĢçılıq
edən Səlman ibn Rəb iə, ərəb tarixçisi əl-Bəlazu rin in yazdığ ına görə, "ġəkkanın və
əl-Kəmibəranın sahibləri ilə cizyə ödəmək Ģərti ilə sülh bağladı". Bir neçə il sonra
(654) xəlifə Os manın Azərbaycan, Arran və Ermən istana hakim qoyduğu Hüzeyfə
ibn əl-Yəmən "Bərdə, Qaliqala və Hayzan arasındakı bütün vilayət və Ģəhərlərə",
yəni ġəki vilayətinin də daxil olduğu əraziyə vergi müfəttiĢləri-amillər təyin etdi.
Bütün bu illər ġəki vilayəti əvvəllər CavanĢirin, o öldükdən sonra isə varisi Varaz
Tiridatın mülkləri sırasında idi. Yerli mənbənin məlu matına görə, sonuncunun
hakimiyyətinin ilk illərində Azə rbaycana növbəti yürüĢ edən xə zərlər "Qaba laka
vilayəti kəndlərindən keçərə k Kü rü adladılar, qənimətlə r götürərək, ha mın ı əsir
apardılar, geri qayıdarkən, Lp iniya düzlərində düĢərgə saldılar", yəni, göründüyü
kimi, ġəki v ilayəti də talan və dağıntıdan kənarda qala b ilmədi.
Xəzər təhlü kəsi Azərbaycanın Ģimal sərhədlərin i möh kəmlət məyi,
ərəblərin buradakı mövqelərini daha da bərkitməyi tələb edirdi. Artıq xəlifə I
Validin dövründə (705-715) Albaniyanı bir dövlət kimi ləğv edən, buranı Xilafətin
caniĢinliklərindən birinə çevirən ərəblər bölgədə ağalığı saxlamaq üçün ġəkini
270
özlərin in strateji bazası etdilər.
Abbasilər dövründə ucqar vilayətlərin istismarı daha da artsa da, xarici
siyasi vəziyyətin nisbi sabitləĢməsi onların dinc yaĢayıĢına və təsərrüfat həyatının
canlanmasına səbəb oldu. Məhz bu dövrdə adı tez-tez Tiflisdən Təblaya (Telaviyə),
oradan da Bərdə və Bab əl-Əbvaba aparan ticarət yolunun üstündə, Arranın böyük
Ģəhərləri sırasında çəkilən ġəki Ģəhəri və eyni adlı vilayət Xilafətin Ģimal hüdudlarında
mühüm rol oynamağa baĢladı.
Erməni tarixçisi Gevond VIII yüzilin II yarısında "Yəzidin idarə etdiyi" vilayətlərə
hücum edən xəzər qoĢunları haqqında verdiyi məlumatında "alban havarları" olan
ġəkinin, Kambisenanın, Xozmasın və baĢqalarının adlarını çəkir. Ərəb müəllifləri əl-
Yəqubi, ət-Təbəri və Ġbn əl-Əsir bu hadisənin 763-764-cü illərdə baĢ verdiyini təsdiq
edirlər.
Xilafətin zəifləməyə baĢladığı VIII yüzilin sonu - IX yüzilin əvvəllərini ġəki
məlikliy inin siyasi tarixinin baĢlanğıcı hesab etmək olar. XI yüzilin əvvəllərinədək
müstəqil siyasi vahid kimi mövcud olmuĢ bu məlikliyin əsasının qoyulması haqqında
mənbələrin məlumatı bir qədər dolaĢıq olsa da, araĢdırmalar buradakı hakimiyyətin
məhz yerli albyan hakimlərinə - AranĢahilərə mənsub olması fikrini təsdiq etməyə
imkan verir.
XII əsrin 30-cu illərində tərtib edilmiĢ gürcü salnaməsi "Kartlis Tsxovreba" ġəki
məlikliyinin əsasının qoyulmasını ənənəvi olaraq, erməni vilayəti Tarondan gələn və
Baqratilər nəslindən olan üç qardaĢın adı ilə bağlayır. Bu məlumata görə, VIII yüzilin son
rübündə onlar "ġəkiyə gələrək burada qərarlaĢmıĢdılar...". Yenə həmin mənbədəki
məlu mata görə, xəzərlərin viran qoyduqları ġəki vilayətində məskunlaĢan qardaĢlar
"Qulquladək" olan yerləri, yəni demək olar ki, antik və erkən orta əsrlər Albaniyasının
tarixi Ģimal-qərb vilayətlərini əhatə edən bütün ərazini ələ keçirmiĢdilər.
Qafqazda o dövrdə yaranan bütün xristian dövlətlərinin əsasının qoyulmasını
ənənəvi olaraq Baqratilər nəsli ilə bağlayan gürcü salnaməsindən fərqli olaraq yerli,
sinxron alban qaynağı ġəkinin sahibi Səhl ibn Sunbat (Səhl Smbatean) haqqında
məlu mat verirkən, onun qədim yerli hökmdar sülaləsi Zərmihr AranĢahi ilə bağlılığını
xüsusi qeyd edir. Bu məlu mata görə, Səhl, Mihranilərdən olan Vardanın kürəkəni
Zərmihrin nəslinə mənsub idi. Qaynaqdakı qeydə əsasən, öz hakimiyyətini Albaniyada
möhkəmlətməyə çalıĢan Vardan qədim alban nəsli AranĢahilərdən olan 60 əri
nahara dəvət etmiĢ, onlara "ölüm çörəyi" vermiĢ, sonra isə qohumu Zərmihrdən baĢqa
hamısının boynunu vurdurmuĢdu. Sözsüz ki, yerli qaynağın bu məlumatı, bəzi
tədqiqatçıların irəli sürdüyü, mənĢəcə gəlmə Mihranilərlə qohumlaĢmıĢ qədim alban
soyundan olan Səhlin Baqratilər xanədanına mənsubluğu faktını inkar et miĢ olur.
Albaniyada Mihranilərin hakimiyyəti ləğv edildikdən sonra ölkənin
bilavasitə ərəblərə tabe edilmiĢ ayrı-ayrı vilayətlərində (Sünik, Bey ləqan, Qəbələ,
ġəki və s.) mənĢəcə həmin sülaləyə mənsub knyazların - məliklərin imtiyazları
qorunub saxlanılmıĢdı. Yeni qurulmuĢ ərəb Arran vilayətinin tərkib hissəsi olan tarixi
alban vilayəti Arsax AranĢahilər nəslindən olan məliklər tərəfindən idarə edilirdi.
271
Moisey Kalankatlı ġəkinin bu nəsildən olan sahibi "cəsur" məlik "Səhl Smbatean
AranĢahik" haqqında 822-ci ildə ərəblərə qarĢı edilən hücumla əlaqədar məlumat
vermiĢdir.
Türk tarixçisi MünəccimbaĢının əsərində XI əsrə aid yerli ərəb-dilli
əlyazmasından gətirilmiĢ iqtibasa görə, 820-ci ildə xəlifə əl-Məmun, Xalid ibn Yəzid
ibn Məzyəd əĢ-ġeybanini Azərbaycan, Arran və Ermənistan hakimi təyin etdiyi dövrdə
"ġəki əhli onun itaətindən çıxaraq, ərəb amilini öldürdü. Xalid onlara qarĢı çıxıĢ
edərək, gecə hücum etmələrinə baxmayaraq, onları məğlubiyyətə uğratdı və çoxlarını
məhv etdi. Onlar sülh istədilər. [Xalid] ildə 500 min dirhəm vermələri müqabilində
onlara aman verdi".
Hər iki məlu matın müqayisəvi təhlili MünəccimbaĢının əsərində təsvir
edilən hadisənin əvvəl baĢ verdiyini, onun xürrəmilər hərəkatının qızğın dövrünə aid
olan və Moisey Kalankatlının təqdim etdiyi birinci hadisə ilə üzvi bağlılığını
aĢkarlaĢdırır. Lakin Babək hərəkatının güclü təsiri ilə Xilafətin Cənubi Qafqazdakı möv-
qeyinin zəifləməsi alban məliki Səhl ibn Sunbatı yeni addımlara sövq edir, ərəb
mənbələrindəki məlumata görə, 835-ci ildə o, "Xilafətə qarĢı üsyan qaldırıb, Arranı ələ
keçirir". Görünür, elə buna görə, tarixçi Y.A.Paxomovun qeyd etdiyi kimi, Cənubi
Qafqazda məhz həmin 835/ 36-836/37-ci illərdə zərb edilmiĢ pullar aĢkar
olunmamıĢdır. Bəlkə də elə bu fakt ərəb tarixçisi əd-Dinəvərinin həmin dövrdə
Arazboyu torpaqların da Səhl ibn Sunbata məxsus olduğunu deməsinə səbəb
olmuĢdur.
Hakimiyyət dairəsini geniĢləndirmiĢ Səhl ibn Sunbat Xilafətlə barıĢığın
vacibliy ini dərk edərək yeni, lakin bu dəfə xəyanətkar addım atır: qədim
AranĢahilərə mənsub torpaqları vahid hakimiyyətdə birləĢdirmək, alban
dövlətçiliy ini bərpa etmək naminə Babəki ərəb lərə təslim ed ir. Səhlin gümanı
doğrulur: onun bu hərəkətini yüksək qiy mətləndirən ərəblər Səhlə fəxri xələtlə
yanaĢı, "batrik tacın ı" təqdim edir, verg idən azad edirlər. Moisey Kalankatlın ın
məlu matına görə, Səh l " Ermənistan, Ġberiya və Albaniyanın ali hakimi" olur. Lak in
Cənubi Qafqazın o dövr siyasi vəziyyəti elə idi ki, Arran ı müstəqil idarə etmək
hüququ əldə etmiĢ Səhl, əslində, Tovma Artsrurininin yazd ığına görə, yalnız
"ġakenin sahibi" olaraq qaldı. Bir neçə il sonra isə, 853/4 -cü ildə Xilafətə qarĢı
çıxıĢ etmiĢ baĢqa yerli feodallarla yanaĢı, Səhl də ərəb sərkərdəsi Böyük Buğa
tərəfindən əsir alın ıb Samirəyə göndərildi.
IX yüzilin son rübündə, Moisey Kalankatlın ın məlu matına görə, "erməni
tarixin in 336-c ı ilində" (887-88), Qriqor Ha mma m "dağılmıĢ Alban padĢahlığını
bərpa" edərək, yalnız adı qalmıĢ Arran vilayətinin bir hissəsində - tarixi
Albaniyanın vilayətlə rindən olan ġə kidə hakimiyyəti ə lə a ldı. Məhz bu dövrdən,
ərəb və ermən i mənbələrində ġəkki (ġəki), ġake, gürcü mənbələrində qədim alban
tayfaları erlərin (ərlərin) ad ına görə Ereti adlandırılan bu vilayətə həmçin in
"Albaniya padĢahlığı" da deyilməyə baĢlandı.
IX
yüzilin sonu, X yüzilin əvvəlləri Sacilər sülaləsinin Cənubi
272
Qafqazda fəallaĢdığı dövrdür. Görünür, məh z bu illər yaln ız Kürün sol sahili
bölgəsində - ġəkidə hakimiyyətini saxlaya bilmiĢ Qriqor Hammam Cənubi
Qafqazın ço x hissəsini tabe etmiĢ Sacilərdən vassal asılılıqda id i
1
.
X yüzilin əvvəllərində Ha mma mı ərəb, gürcü və ermən i mənbələrində
Adarnərsə adı ilə məĢhur olan oğlu əvəz etdi. Həmin əsrin 50-ci illərində yazan
ərəb tarixçisi əl-Məsudi ġəki haqqında belə məlu mat verirdi: "Sanariya (ərəb
mənbələrində Kaxeti Sanariya adlanırd ı) ölkəsindən sonra ġəki gəlir. Əhalisi
xristiandır. Bunlar arasında ticarət və sənətkarlıqla məĢğul olan müsəlman lar da
vardır. On ların hökmdan bizim kitabımız yazılan indiki vaxt A zər-Nərsə ben
Hamamd ır".
Katolikos Ġohann Drasxanakertsi 909-cu ilin hadisələrin i təsvir edərkən
yazırdı ki, o, Yusif ibn Əbu-s-Sacın təqibindən qaçaraq "Albaniyanın Ģərq
ucqarlarına getmiĢ və Qafqazın Ģimal-Ģərqində yaĢayan hökmdar Adarnərsənin
yanına gəlib çıxmıĢdı". X yü zilin ortalarında ġəkidə olmuĢ Anani Mokslunun
qeydinə görə, "bu zaman hökmdarlıq taxtında hökmdar Atrnərsəhin oğlu,
albanların mö min hökmdarı Hammamın nəvəsi ĠĢxanik oturmuĢdu". "Alban tarixi"
əsərində isə ĠĢxanikin Atrnərsəhlə (Adarnərsə ilə) qohumluq əlaqəsinə dair baĢqa
bir məlu mat vardır: burada ĠĢxanik Atmərsəhin qardaĢı, Hammamın isə oğlu
adlandırılır. Gö ründüyü kimi, faktlardakı kiçicik dolaĢıqlığa baxmayaraq,
Ha mma mdan sonra gələn alban - ġəki hökmdarla rın ın yerli sülaləyə mənsub irsi
hakimiyyətləri təsdiq edilir.
Mənbələr Adarnərsənin dəqiq hakimiyyəti illərin i müəyyəniləĢdirmək
imkanı verməsə də, ərəb və yerli müəlliflərin məlu matı bu hökmdarın hələ 909 -cu
ildən də əvvəl hakimiyyətə gəldiyini, həmin yüzilin 40-cı illərinədək taxtda
qaldığını sübut edir. Onun hakimiyyəti dövründə baĢ verən və mənbələrdə
iĢıqlandırılan bir sıra mühü m siyasi hadisələrdən ab xaz hökmdarı III Konstantinin
(893-922) və Ka xeti (Sanariya ) xo repiskopu I Kviriken in (892-918) ġə ki
hüdudlarına hücumunu qeyd etmək olar. Gürcü qaynağındakı məlu mata gö rə,
"xorep iskop Kvirike ab xazların hökmdarı Konstantini kö məyə çağırd ı, onlar Ereti
hüdudlarına g irib, Vejin i qalasın ı mühasirəyə aldılar... Qala alına-alınanda cümə
günü, patriki Adamərsə gəlib çıxd ı və sülh bağlandı. O, ab xaz hökmdarına AriĢini,
Qavazini, Kvirikeyə isə Ortobini verdi". Mənbələrin müqayisəli təhlili həmin
hadisənin 916-918-ci illər arasında baĢ verdiyini sübut edir. ġəki ərazisindən keçən
və Tiflis, Təbla, ġəki, Bərdə ticarət-karvan yolu üzərində yerləĢən həmin yaĢayıĢ
məskənlərini Adarnərsə yalnız 925-929-cu illərdə, Sacilər Kaxeti-Sanariya əra-
zisini tutduqdan sonra geri qaytara bilmiĢdi.
1
Ağdam rayonu Sofulu kəndi yaxınlığında Gavurqala adlı yerin xarabalıqlarında
qazıntı iĢləri aparan arxeoloq Rəhim Vahidov Hammamın qardaĢlarının qəbir daĢını aĢkar
etmiĢdir. Qəbir daĢındakı yazıda deyilirdi: Bu, işxan Hammamın qardaşları Filipe ağanın və
cavan yaşında getmiş Sunbat ağanın... məzarıdır".
273
Adarnərsədən sonra mənbələr, yu xarıda qeyd edildiyi kimi, ĠĢ xaniki onun
varisi adlandırırlar. Bu hökmdarın adın ı Əshas kimi çəkən ərəb çoğrafiyaçısı Ġbn
Havqəl onun müsəlman Əbu Əbd əl-Məlik adın ı da qeyd edir və Salarilərə 1
milyon dirhəm miqdarında illik vergi verdiyin i dəqiqləĢdirir. A lban hökmdarı
ĠĢxan ikin adı erməni katolikosu Anani Mokslunun 958-ci il tarixli məktubunda da
çəkilir; Konstantin Baqryanarodnının "Alvaniya arxontu" (952) adlandırd ığı
adamın Ģəxsində də məhz ĠĢ xan ik nəzərdə tutulur. Bu faktlar ĠĢ xanikin X yüzilin
50-ci illə rinin sonunadək arasıkəsilmə z hakimiyyətini təsdiq edir. Mənbələrin
Ģəhadətinə görə, məh z bu dövrdə, qonĢu Sanariyanın hakimi ĠĢ xanikin böyük oğlu,
xristian adı Ġohann olan Sənəkərim olmuĢdur. Atasının ölü mündən sonra (təqr.
960-c ı ildə) o, hökmda rlıq ta xtın ı tutdu . Xüsusi ədəbiyyatda belə bir fikir var ki,
ġəki taxtını ələ keçirən Sənəkərim Sanariyanı (yəni Kaxetini) da öz vahid
hakimiyyəti a ltında ġə ki ilə b irləĢdir miĢdi. Bu isə bu dövrdə Sanariyanın ġə ki
məlikliyin in bir vilayəti olduğunu, bu vilayətin idarəsinin bilavasitə vəliəhdə etibar
edildiy ini təsdiqləyir.
Hakimiyyəti ələ alan Sənəkərim Kürün sağ sahil bölgələrindən bəzilərini
də öz mülklərinə qataraq, bununla "alban taxt-tacının bərpaçısı" adını qazana bildi.
Bu hadisəni, e ləcə də Sənəkə rimin "a lbanların hökmdarı" adını qəbul etməsin i kilsə
böyük razılıqla qarĢılad ı, alban katolikosunun özü yeni hökmdarın baĢına tac
qoydu. Bu, Sənəkərimin müstəqillik əldə etdiyini təsdiqləməklə yanaĢı, onun tarixi
Albaniya ərazisinə iddiasını da əsaslandırırdı. ġəki məlikliy inin güclənməsi və onun
hakiminin baĢına alban hökmdarına məxsus tacın qoyulması qonĢu müsəlman və
xristian hakimlərinin diqqətinə səbəb oldu. Salari hökmdarı Ġbrah im ona tac və
baĢqa qiymətli hədiyyələr, Tao (Tayk) hökmdarı David Kuropalat isə padĢahlıq
çələngi və tünd qırmızı rəngli u zun padĢahlıq xələti göndərdi.
Sənəkərimin hakimiyyətinin tanın ması təsadüfi o lmayan mühüm siyasi
hadisə idi. Belə ki, həm Salari, həm də gürcü hakimləri bu əlaqədə öz məqsədlərini
güdürdülər. Həmin dövrdə yenicə hakimiyyətə gəlmiĢ Salari hökmdarı güclənmiĢ
ġəki məlikliyindən özünün ġirvanĢahlara və ġəddadilərə qarĢı mübarizəsində
istifadə etmək istəyirdi. Cənubi Qafqazın qüdrətli feodal nəslinə mənsub olan Tao
hökmdarı David də gürcü siyasi vahidləri arasında nüfuzunu möhkəmlətmək üçün
o vaxt kı ġə ki hakimi kimi qüdrətli müttəfiqə ehtiyac duyurdu. Gü man et mə k o lar
ki, Sənəkərim məhz Salari hökmdarı Ġbrah imlə razılığa gəldikdən sonra
ġirvanĢahın da iddiasında olduğu Qəbələ ərazisini tutmağa çalıĢ mıĢdı. Bu cəhd
müvəffəqiyyətsizliklə nəticələnsə də, Sənəkərim həmin ərazini öz mü lklərinə
qatmaq ümidindən əl çəkməmiĢdi. Hadisələrin mənbələrdəki məlu matdan görünən
sonrakı inkiĢafı Sənəkərimin Qəbələni tuta bilmədiy ini təsdiq edir.
ġəki hökmdarı Sənəkərimin çiçəklənən hakimiyyətinin sonu haqqında
mənbələrdə dəqiq məlu mat olmasa da, bu hadisənin X yüzilin son illərində baĢ
verdiyini güman etmək olar. Bu nüfuzlu hökmdarın ölümü ġəki məlikliyinin qüdrətini
azaltdı: mənbələr qonĢu dövlətlərin, ilk növbədə gürcü hakimlərinin bu zəiflikdən öz
274
məqsədləri üçün istifadə etdiklərini xüsusi qeyd edirlər.
Gürcü mənbəyindəki məlumata görə, 1008-ci ildə abxaz hökmdarı III Baqrat
"Kaxetini darmadağın edib, Ereti ölkəsini (yəni ġəkini) də ələ keçirdi, Abulalanı
mtavar təyin edib, geri qayıtdı". Mənbədəki sonrakı məlumatdan aydın olur ki, Baqratın
qoĢunları gedən kimi Ģəkililər, görünür, bəlkə də boĢalmıĢ ġəki taxtını tutmaq
ümidində olan yerli feodal Əbüləladan (Abulaladan) üz döndərib, Sənəkərimin dövründə
məlikliyin itaətində olan Kaxeti-Sanariya xorepiskopu Davidlə saziĢə girirlər. Lakin bu
ittifaq uzun sürmədi. 1009-cu ildə Davidin ölümündən sonra hakimiyyətə gələn III
Kvirikenin dövründə III Baqrat Kaxeti və ġəki torpaqlarına hücum edib, yenidən
həmin yerləri talan etdi. Geri qayıdarkən III Kvirike də əsir-girov sifətilə III Baqratın
sarayına aparıldı.
ġəki məlikliyin in bu ağır dövründə, 1010-1014-cü illər arasında, ġəddadi
hökmdarı Fəzl də öz mülklərinə həmsərhəd olan bu torpaqlar uğrunda mübarizəyə
giriĢsə də, gürcülərin təzyiqi üzündən tezliklə ö z iddialarından əl çəkməli o lur.
1014-cü ildə III Baqratın ölümündən istifadə edən Ģəkililər və sanarlar üsyan
edərək onun varisinin tabeliyindən çıxa bildilər; mənbənin yazdığına görə, "əvvəlki
hakimlər yenidən öz ölkələrinə sahib oldular". Bu vaxtdan baĢlayaraq ta Səlcuq
hücumlarınadək ġəki ilə Kaxeti (Sanariya) arasındakı vassal-süzeren münasibətlərində
yerdəyiĢikliyi baĢ verdi; süzeren Kaxeti hökmdarı III Kvirike oldu. Onun dövründə bu
iki vilayətin siyasi yaxınlaĢması prosesində yeni addımlar atıldı. Lakin yaxınlaĢmaya
baxmayaraq, mənbələr sanarlar (kaxlar) və Ģəkililəri biri-b irindən fərqləndirirdi.
Gürcü salnaməsi 1021-1023-cü illərdə abxaz hökmdarı Giorgi ilə Bizans imperatoru II
Vasilinin qoĢunları arasında baĢ verən vuruĢlarda iĢtirak edən "sanarlar və Ģaklar"
haqqında məlu mat verir. Anili Samuel "ġəki hö kmdarı Kvirike"nin, XI yüzilin
müsəlman müəllifləri ġəki sahibi A xsartanın adlarını çəkirlər. XIII yüzil erməni
tarixçisi Vardanın iĢlətdiyi "Kürike, Albaniya hökmdarı‖ ifadəsi isə bu müəllifin
ġəkini (və onunla birlikdə Sanariyanı) ənənəvi də olsa, hətta alban dövlətçiliyin in
varisi hesab etdiyini təsdiqləyir.
Müstəqil ġəki məlikliy inin tənəzzülü dövründə dövlətin siyasi mərkəzin in
- hökmdarla rın iqa mətgahının qədim a lban Ģəhəri Təlava (Telaviyə) köçürülməsi,
Ģübhəsiz, həmin dövrdə ġəkinin ö zündə baĢ verən siyasi çəkiĢ mələrdən xəbər verir.
Bu illərdə baĢsız qalmıĢ ġəkini öz təsir dairəsində saxlamağa çalıĢan Kaxeti
(Sanariya) hökmdarı III Kvirike ġəddadilərə, eləcə də əvvəl ona müttəfiqlik edən,
sonra isə düĢmən kəsilən Tiflis Cəfərilər əmirliy inə qarĢı mübarizəni davam
etdirdi. 1037-1038-c i illə rdə Tiflisin iki il çəkən mühasirəsi dövründə öldürülən
Kvirikedən sonra Kaxeti taxtı onun bacısı oğlu Qagikə, ondan s onra isə
sonuncunun oğlu Axsartana keçir. Məhz bu hakimin dövründə (1058-1084) Səlcuq
yürüĢlərinin baĢlanması ilə əlaqədar Cənubi Qafqazda, o cümlədən ġəki və onun
ətraflarında mühüm hadisələr baĢ verir. ġirvan-gürcü münasibətlərin in
kəskin ləĢdiyi bu dövrdə ġəki yaxınlığ ındakı bəzi qalaların, o cü mlədən ġəkin in
özünün əldən-ələ keçməsi soltan Alp Arslanın hücu mları ilə dayandırılır; tarixçi
275
Sədrəddin əl-Hüseyninin məlu matına görə, gürcü-ab xaz hökmdarı IV Baqratın
Bərdəyə və b. yerlərə hücumunun qarĢısı alındıqdan sonra (1067) müttəfiqin in
məğ lubiyyətindən qorxuya düĢən II A xsartan soltanın xid mətinə gəlir və öz
mü lklərin in qorunması naminə, hətta islamı qəbul edərək, səlcuqlara xərac
verəcəyinə boyun olur. Bununla belə, sonrakı illərdə də ġəki və onun ətrafındakı
qalalar uğrunda mübarizə davam edirdi. MünəccimbaĢının əsərindəki məlu mata
görə, 1072-ci ilin əvvəlində "ġəki sahibi A xsartanın naibi" müsəlmanların əlində
olan Maluq qalasını ələ keçirsə də, birləĢmiĢ ġirvan-ġəddadi qoĢunları həmin ilin
ra ma zan (iyun) ayında qalanı geri qaytara bilmiĢ, hətta onu yerlə-yeksan
etmiĢdilər.
ġəkinin sonrakı dövr tarixi bilavasitə Səlcuqilər, eləcə də ġirvanĢahlarla
bağlı olsa da, mənbələr ilk monqol hücumundan dərhal sonra, 1221-ci ildə
gürcülərin ġəki və Qəbələn i ələ keç irməsi haqqında məlu mat verir. Həmin dövrün
müəllifı ən-Nəsəvinin yazdığ ına görə, 1227-ci ildə soltan Cəlaləddin Manqburnı
"Səfiəddin Məhəmməd ət-Tuğraini ġirvanın Ģəhərləri o lan ġəki və Qəbələnin vəziri
təyin etdi. Bu Ģəhərləri gürcülər ġirvan sahibindən bir neçə il əvvəl, hələ güclü
olduqları vaxt tutub almıĢdılar".
Dostları ilə paylaş: |