İstifadəsinə göstərişlər
- Böyüklərdə həyəcan vəziyyətləri (adi müalicə üsulları qeyri-effektiv olduğu halda qısamüddətli
simptomatik müalicə).
- 6 yaşdan yuxarı, xüsusilə də autizm sindromu olan uşaqlarda ağır davranış pozuntuları
(ajitasiya, özünə xəsarət yetirmək, stereotipiya).
Əks göstərişlər
• Sulpiridə və ya preparatın köməkedici maddələrinə qarşı yüksək həssaslıq.
• Prolaktindənasılı şişlər (hipofiz prolaktinomaları və süd vəzisinin xərçəngi).
• Hiperprolaktinemiya.
• Feoxromositoma.
• Kəskin porfiriya.
• 6 yaşa qədər uşaqlar (qeyd olunan dərman forması üçün).
• Alkoqol (etanol), yuxu dərmanları, narkotik analgetiklər ilə kəskin intoksikasiya.
• Laktasiya dövrü.
• Anadangəlmə qalaktozemiya, qlükoza/qalaktoza malabsorbsiyası sindromu və ya laktaza
çatışmazlığı (preparatın tərkibində laktoza olduğu üçün).
• Levodopa ilə yanaşı istifadəsi (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax).
• dofamin reseptorları aqonistləri (kaberqolin, xinaqolid, ropinirol, rotiqotin) ilə yanaşı müalicə
(“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax).
Dostları ilə paylaş: |