TəSDİq ediLMİŞDİr azərbaycan Respublikası



Yüklə 303,19 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix02.01.2022
ölçüsü303,19 Kb.
#44884
1   2   3   4   5   6   7   8   9   ...   12
eqlonil kaps

Venoz tromboembolik fəsadlar 

Antipsixotik preparatların istifadəsi zamanı venoz tromboembolik fəsadlar, bəzən ölümlə 

nəticələnən, halları müşahidə olunurdu. Bu səbəbdən venoz tromboembolik fəsadların inkişafı 

riski ilə pasiyentlərdə sulpirid ehtiyatla istifadə olunmalıdır (“Ehtiyyat ilə”, “Əlavə təsir” 

bölmələrinə bax). 

Süd vəzisinin xərçəngi 

Sulpirid qan plazmasında prolaktinin konsentrasiyasını yüksəldə bilər. Bu səbəbdən anamnezdə 

(həmçinin, ailə anamnezində) süd vəzi xərçəngi olan pasiyentlərdə sulpirid ehtiyatla istifadə 

olunmalıdır (“Ehtiyyat ilə” bölməsinə bax). Qeyd olunan pasiyentlər ciddi nəzarət altında 

olmalıdır. 

Epilepsiyalı pasiyentlər 

Neyroleptiklər epileptogen həddi azalda bilər, bu səbəbdən epilepsiya ilə pasiyentlərdə sulpiridin 

təyini zamanı həmin pasiyentlər ciddi tibbi nəzarət altında saxlanılmalıdır. 

Dofamin reseptorlarının aqonistlərini qəbul edən Parkinson xəstəliyi olan pasiyentlər 

Xüsusi hallar istisna olmaqla Eqlonil preparatı Parkinson xəstəliyi ilə pasiyentlərdə istifadə 

olunmamalıdır. Dofamin reseptorları aqonistlərini qəbul edən Parkinsonizm xəstəliyi ilə 

pasiyentlərdə neyroleptiklər ilə müalicə zəruri olduğu halda dofamin reseptorları aqonistlərinin 

dozası tədricən azaldılmalı və nəticədə onların qəbulu tam dayandırılmalıdır (dofamin 

reseptorları aqonistlərinin qəbulunun birdən dayandırılması pasiyentlərdə bədxassəli neyroleptik 




sindromun inkişafına səbəb ola bilər) (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri”, “Digər dərman 

vasitələri ilə qarşılıqlı təsiri” bölmələrinə bax). 



Böyrək funksiyasının pozulması ilə pasiyentlər 

Azaldılmış dozaların qəbulu tövsiyə edilir (“İstifadə qaydası və dozası” bölməsinə bax). 



Şəkərli diabet ilə və ya şəkərli diabetin inkişafı riskinin faktoru ilə pasiyentlər 

Atipik antipsixotik preparatlar qəbul edən pasiyentlərdə hiperqlkemiya inkişafı haqqında 

məlumat verilmişdir, bu səbəbdən sulpirid təyin olunmuş təsdiq edilmiş şəkərli diabet diaqnozu 

ilə və ya şəkərli diabet inkişafı riskinin faktorları ilə pasiyentlərdə qanda qlükoza səviyyəsinin 

nəzarəti aparılmalıdır. 

Etanolun istifadəsi 

Eqlonil preparatı ilə müalicə zamanı etanol tərkibli alkoqollu içkilərin və ya etanol tərkibli 

dərman preparatlarının qəbulu qəti qadağandır. 

Leykopeniya, neytropeniya və aqranulositoz 

Neyroleptiklər, həmçinin Eqlonil preparatı ilə müalicə fonunda leykopeniya, neytropeniya və 

aqranulositoz qeyd olunurdu. İzahedilməyən infeksiyaların inkişafı və ya bədən hərarətinin 

yüksəlməsi qan tərəfindən pozulmaların əlaməti ola bilər ki, bu da təcili hematoloji müayinələrin 

aparılmasını tələb edir. 

Uşaqlarda istifadəsi 

Sulpirid uşaqlarda koqnitiv proseslərə təsir göstərir, bu səbəbdən uşaqlarda hər il öyrənmə 

qabiliyyəti yoxlanılmalıdır. Uşağın kliniki vəziyyətindən asılı olaraq doza müntəzəm olaraq 

tənzimlənməlidir. 

• Ürək ritminin pozulması inkişafına meylliliyi olan pasiyentlərdə - sulpirid QT intervalının 

uzanmasına və “piruet” tipli mədəcik taxikardiyası kimi ağır mədəcik ritm pozulmalarının 

inkişafına səbəb ola bildiyi üçün: 

- dəqiqədə 55 vurğudan aşağı bradikardiya ilə; 

- elektrolit pozulmaları, məsələn, hipokaliemiya, ilə; 

- QT intervalının anadangəlmə uzanması ilə; 

- nəzərə çarpan dərəcədə bradikardiyanın (dəqiqədə 55 vurğudan aşağı), hipokaliemiyanın 

inkişafına, ürəkdaxili keçiriciliyinin ləngiməsinə və ya QT intervalının uzanmasına səbəb ola 

bilən preparatların yanaşı istifadəsi zamanı (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”, 

“Xüsusi göstərişlər” bölmələrinə bax). 

• Anamnezində bədxassəli neyroleptik sindromu ilə pasiyentlərdə (“Əlavə təsirləri”, “Xüsusi 

göstərişlər” bölmələrinə bax). 

• Ahıl yaşlı pasiyentlərdə (sedasiya, ortostatik hipotenziya, ekstrapiramid pozulmalar inkişafının 

yüksək riski). 

• Təcavüzkar davranış və ya impulsivlik ilə təlaş (sedativ preparatların yanaşı istifadəsi tələb 

oluna bilər). 

• Demensiya ilə ahıl yaşlı pasiyentlərdə (“Xüsusi göstərişlər” bölməsinə bax). 

•İnsult inkişafının risk faktorları ilə pasiyentlərdə (“Xüsusi göstərişlər” bölməsinə bax). 

•Parkinson xəstəliyi ilə pasiyentlərdə (“Xüsusi göstərişlər” bölməsinə bax). 

•Venoz tromboembolik fəsadlar inkişafının risk faktorları ilə pasiyentlərdə (“Xüsusi göstərişlər” 

bölməsinə bax). 

•Şəkərli diabet zamanı və şəkərli diabet inkişafının risk faktorlarının mövcudluğu zamanı 

(hiperqlikemiya inkişafı riski, qanda qlükoza konsentrasiyasının nəzarəti tələb olunur). 

•Hamiləlik zamanı (istifadə təcrübəsinin məhdudluğu) (“Hamiləlik və laktasiya dövrü” 

bölməsinə bax). 

•Böyrək çatışmazlığı zamanı (dozalama rejiminin tənzimlənməsi tələb olunur, “İstifadə qaydası 

və dozası” bölməsinə bax). 

• Anamnezdə epilepsiya və ya qıcolma tutmaları zamanı (konvulsiv həssaslıq həddinin azalması 

riski) (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). 

• Etanol tərkibli preparatların yanaşı istifadəsi zamanı (“Digər dərman vasitələri ilə qarşılıqlı 

təsirləri” bölməsinə bax). 



• Anamnezdə qlaukoma, bağırsaq keçməməzliyi, həzm traktının anadangəlmə stenozu, sidik 

ifrazının ləngiməsi və ya prostat vəzinin hiperplaziyası olan pasiyentlərdə (preparat m-

xolinoreseptorları blokada etdiyi üçün). 

• Hipertonik kriz inkişafı riski ilə əlaqədar arterial hipertenziya ilə pasiyentlərdə (xüsusilə də ahıl 

yaşlı pasiyentlərdə) (pasiyentlər tibbi nəzarət altında olmalıdır). 

• Anamnezdə (həmçinin, ailə anamnezində) süd vəzisi xərçəngi olan pasiyentlərdə (“Xüsusi 

göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). 


Yüklə 303,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin