Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
VIII sinfin dərs proqramının məzmunu
Təsviri incəsənətin əsas element və prinsipləri:
Müxtəlif növ xətt, boya; rəng, forma; işıq-kölgə, faktura, həcm; bütövlük, ölçülər; məkan;
simmetriya, ritm, tarazlıq, kontrast, dinamika (əhval-ruhiyyənin, assosiasiyaların, emosiyaların
müxtəlif effektlər vasitəsilə ötürülməsi).
Material və vəsait:
Tuş, mürəkkəb, qələm, pastel, quaş, akvarel, tempera, kömür, karton, gil, ağac, parça, dəmir,
məftil, təbii və süni materiallar; müxtəlif materiallar və alətlərlə eksperiment
Texnika və prsoedur:
Rəssamlığın, qrafikin başqa-başqa texnikaları, basmalar, yonmaq, kağız plastikası, kollaj,
konstruksiya; kompüter texnologiyaları
İdeyaların ifadə edilməsi:
Fənlər və onların funksiyaları arasındakı əlaqələrin, assosiasiyaların ötürülməsi, detalların tanınması
və təsvir edilməsi: ideya mənbələri: müxtəlif mədəniyyətlərin, dövrün incəsənət əsərləri, məşhur
rəssamların əsərləri, təbiət hadisələri, həyatda gördüyü səhnələr, təsvirlər, tarixi faktlar, bədii
ədəbiyyat, film, təqdimat (teatral, balet, opera səhnəsi, konsert və s.), informasiya vasitələri
Ehtimal olunan mövzular:
“Şəhərdə/kənddə səhər/axşam”, “Meşədə, şəhərdə, kənddə yağışlı gün”, “Birinci qar”, “Dini
bayramlar”, “Məhəbbət”, “Sevimli mifoloji personajlar”, “Qəhrəmanlıq” və s.
Əmək fəaliyyəti::
Dekorativ və tətbiqi əşyalar, kitablar (cildləmək, maketlərini hazırlamaq); teatral rekvizitləri
(kostyum və dekorativ detallar); interyer eskizləri, avadanlığı təmir etmək; məktəb həyətinin
dekorativ şəkildə bəzənməsi, bitkilərin əkilməsi-qulluğu.
İş strategiyası:
Müstəqil, cütlükdə, qrupda işləmək.
Kommunikasiya :
İşin geniş auditoriya qarşısında təqdimatı (düşüncə, emosiya, məqsəd və məsələlərin müzakirəsi);
təəssüratlarla, müşahidələrlə, təcrübələrlə paylaşmaq, qiymətləndirmək və onları əsaslandırmaq;
lazımi terminologiyadan istifadə etmək; əsərin yaradılması əsasları, qrup tərəfindən adı çəkilən
məqsədlər barədə söhbət aparmaq; əsərləri bədii üsullara əsasən qiymətləndirmək; müxtəlif
mədəniyyətlərin xarakterik əlamətləri, əsərdən əldə edilən informasiyalar barədə söhbət aparmaq;
sərgi, səhnə, aksiya, incəsənət xadimləri ilə görüşlər, ekskursiyalar.
Dostları ilə paylaş: |