Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə42/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   38   39   40   41   42   43   44   45   ...   61
Monoqrafiya

girmək  (soxulmaq)  ifadəsinin  ekvivalenti  ingilis  dilində 
drag  (pull)  by  ears,  rus  dilində  кидаться  (метаться)  в 
глаза  idiomlarıdır.  Burada  ümumiliyi  təmin  edən 
cəhətlərdən  biri  sinonim  fel  komponentlərinin  bir-birini 
əvəz  edə  bilməsidir.  Fel  komponentlərinin  sinonimliyi 
başqa ekvivalent idiomatik ifadələrdə də müşahidə olunur. 
Müq.  et:  ing.  lay  (put)  a  finger,  azərb.  əlini  batırmaq 
(bulaşdırmaq), rus. пачкать (марать) руки.  
Burada bir məsələnin üstündə dayanmaq zəruridir. Obyekt 
dildə  mənbə  dildə  olan  idiomun  mənasına  uyğun  gələn 
qarşılıq  olmadıqda  transformasiya  aparılması lazım  gəlir. 


 
187 
Tərcüməşünaslıqda  bu  vəziyyət  leksik  transformasiya 
adlanır. Y.Retsker leksik transformasiyanın yeddi növünü 
fərqləndirir:  
1) mənanın diferensiasiyası;  
2) mənanın konkretləşdirilməsi;  
3) mənanın inkişaf etdirilməsi;  
4) mənanın generalizasiyası;  
5) antonimik tərcümə;  
6) tam çevirmə;  
7)  tərcümə  prosesində  meydana  çıxan  itkilərin  aradan 
qaldırılması [135, 39]. 
Müxtəlifsistemli  dillərin  idiomlarının  bir-biri  ilə  uyğun 
gəlməsi  halları  az  deyildir.  İdiomların  başqa  dilə  hərfi 
tərcüməsi  mübahisə  doğuran  bir  məsələdir.  Bu  məsələyə 
bir  çox  tədqiqatçılar  münasibət  bildirmişlər.  Onlar 
arasında həm hərfi tərcüməni rədd edənlər, həm də bir sıra 
idiomlar üçün qəbul edənlər, həm hərfi tərcümədən, həm 
də transformasiyadan istifadə etməyin tərəfdarları olanlar 
vardır.  Bəzi  müəlliflər  idiomların  hərfi  tərcüməsinin 
qeyri-mümkünlüyünü 
dillərin 
milliliyi 
ilə 


 
188 
əlaqələndirmirlər. Bəzi dilçilər isə, əksinə, bu əlaməti dilin 
milli  xüsusiyyətində  görürlər.  Məsələn,  S.Murtuzayev 
yazır: “... ümumiyyətlə, dünya dillərinin frazeologiyasına 
aid  bir  xüsusiyyət  kimi,  tərcümə  oluna  bilməmək 
Azərbaycan dilinə də aiddir” [34, 28]. 
İdiomlarda  millilik  güclüdür.  İdiomların  onların  aid 
olduqları  dilin  daşıyıcılarının  dünyagörüşü,  təsəvvürləri, 
ətraf  mühitə  münasibəti,  etnik-fəlsəfi  baxışları,  məişəti, 
təfəkkür  tərzi  və  s.  ilə  bağlılığını  qeyd  edən  S.Əliyeva 
göstərir  ki,  idiomların  başqa  dilə  hərfən  tərcümə  oluna 
bilməməsi də əsasən bununla bağlıdır. Onun fikrinə görə, 
frazeoloji  vahidlərin  hərfi  tərcüməsi  prosesində  leksik-
semantik  baxımdan  bir  sıra  çətinliklər  ortaya  çıxır. 
İdiomların tərcümə oluna bilməməsi faktı özünü daha çox 
doğruldur. Əksərən onlar ya ekvivalentilə əvəzlənir, ya da 
leksemlərlə verilir [17, 102]. 
İdiomların  kiçik  bir  qismində  həm  uyğunluq,  həm  də 
uyğunsuzluq  özünü  göstərir.  Məzmun  oxşarlığı  olmadan 
formal oxşarlığa malik qarşılıqlar, yaxud transomonimlər 
məhz belə idiomlardandır. Məsələn, rus dilindəki сделать 


 
189 
(что-либо)  на  свою  голову  idiomu  Azərbaycan  dilində 
“nəyi  isə  özbaşına  etmək”  ifadəsi  ilə  verilməlidir,  çünki 
rus  dilində  “özünə  ziyan  etmək,  özünə  pis  etmək” 
Azərbaycan  dilində  “heç  kəs  ilə  hesablaşmadan  etmək” 
deməkdir. Yaxud на руках (у кого-либо) умереть ifadəsi 
Azərbaycan dilində “əldə ölmək” və ya “(kiminsə) əlində 
ölmək”  ifadəsilə  verilməlidir.  Burada  bir  məqama  diqqət 
yetirmək  lazımdır.  На  руках  (у  кого-либо)  умереть 
idiomunda  “öz  əcəlilə  ölmək”  məzmunu  vardır.  Onun 
Azərbaycan  dilinə  transformasiyası  zamanı  isə  əks  məna 
verən  ifadə  və  ya  idiom  əmələ  gəlir:  əldə  ölmək,  yaxud 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin