Ədəbiyyat: И.И.Дедова, Г.А.Мельниченко. Эндокринология. Национальное
руководство. Москва, «ГЭОТАР Медиа», 2009 стр., 633.
768) Birincili hiperaldosteronism nə ilə xarakterizə edilir?
A) Taxikardiya, arıqlama, əllərdə tremor və ekzoftalmla
B) Hipertenziya, hipokaliemiya və əzələ zəifliyi ilə
C) Baş ağrıları, tərləmə, ağbənizlik, döşdə və qarında ağrılar, qorxu hissiyyatı ilə
D) Yorğunluq, quru dəri, hipotenziya, üzün ödemi və qəbizliklə
E) Əl və ayağın nazikləşməsi ilə proksimal əzələlərin atrofiyası, “ayabənzər
sifət”,qarının aşağı nahiyələri, çiyin və budlarda striyalar
Ədəbiyyat: :И.И.Дедова, Г.А.Мельниченко. Эндокринология. Национальное
руководство. Москва, «ГЭОТАР Медиа», 2009 стр., 1064. 707-ci səh.
769) Pankreatitlər zamanı əmələ gələn Voskresenski simptomu aşağıda
sadalananlardan hansıdır?
A) xəstə ayaq üstə vəziyyətində olarkən qısa bir müddətdə barmaqları ucuna qalxıb,
dabanları üzərinə düşməsi nəticəsində, sol qabırğaaltı nahiyədə ağrının əmələ gəlməsi
B) döş sümüyünün xəncərəbənzər çıxıntısına təzyiqin ağrılı olması
C) göbəyi sol qoltuqaltı çuxur ilə birləşdirən şərti xəttin təxminən 6,0 sm məsafəsində
təzyiq zamanı ağrılılığın olması
D) müvafiq klinikanın olması şəraitində epiqastral nahiyədə qarın aortasının
pulsasiyasının palpator təyin edilə bilməməsi
E) göbək nahiyəsində sarı sianotik ləkələrin əmələ gəlməsi
Ədəbiyyat: : М.И.Кузин, О.С.Шкроб,Н.М.Кузин Хирургические болезни 1995
стр 555
Dostları ilə paylaş: