776) Mexaniki bağırsaq keçməməzliyinin qarın boşluğunun icmal
rentqenoqrafiyasında ən xarakterik əlamətləri hansılardır?
A) Mədənin qaz qovuğunun boyük olması
B) Çox saylı xırda üfüqi səviyyələr
C) Tək-tək enli üfüqi səviyyələr
D) Qarın boşluğunda sərbəst qaz
E) Qarın boşluğunda çoxlu miqdarda mayenin olması
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727
s.
777) Toxum ciyəsi elementlərinin kəskin meydana çıxan sistini aşağıdakılardan
hansı sübut edir?
A) Narahatlıq və hərarətin yüksəlməsi
B) Toxum ciyəsi boyunca yumşaq elastik törəmənin və diafanoskopiya zamanı şəffaf
mayenin olması
C) Xayalığın hiperemiyası
D) Xayalıqda xayanın olmaması
E) Qasıq nahiyəsində hiperemiya və ağrı
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
778) Hansı sınaq aşağı ətrafların qan təhcizatının pozulmasını təsdiq edən
funksional sınaqlara aid deyil?
A) Oppelin plantar işemiya sınağı
B) Qoldflam sınağı
C) Troyanov-Trendlenburq sınağı
D) Dırnaq yatağının sıxılması simptomu
E) Pançenkonun diz fenomeni
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 623 səh.
Dostları ilə paylaş: