Ümümi cərrahiyə ixtisası üzrə nümunəvi test sualları


) Postxolesistektomik sindromun əmələ gəlməsinə hansı səbəb olmur?



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə20/292
tarix30.08.2023
ölçüsü7,13 Mb.
#141112
1   ...   16   17   18   19   20   21   22   23   ...   292
2020-02-19 14-56-56

97) Postxolesistektomik sindromun əmələ gəlməsinə hansı səbəb olmur? 
A) Xroniki qastrit 
B) Sağtərəfli pielonefrit 
C) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı 
D) Xroniki pankreatit 
E) Mədə və 12 barmaq bağırsağin xora xəstəliyi 
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 
s. 
98) Kəskin appendisiti nə zaman əməliyyat etmək olmaz? 
A) Kəskin kataral appendisit zamanı 
B) Kəskin appendisit ürək çatmamazlığı ilə yanaşı gedərsə 
C) Kəskin infiltrativ appendisit zamanı 
D) Kəskin appendisit hemofiliya ilə yanaşı gedərsə 
E) Kəskin appendisit qaraciyər sirrozu ilə yanaşı gedərsə 
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 
s. 
99) Öd daşı xəstəliyi münasibətilə əməliyyat zamanı konkrementlə dolu 
büzüşmüş öd kisəsi və çoxlu konkrement aşkarlanan ümumi öd axarı,həmçinin 
2,5 sm-dən çox genişlənmiş ümumi öd axarı aşkar edilərsə, xəstəyə hansı 
əməliyyat icra edilməlidir? 
A) Xolesistektomiya, dərhal öd yollarının təftişi və xolangioqrafiyadan sonra,T-
şəkilli drenajın qoyulması 
B) Duodenotomiya və böyük duodenal məməciyin təftişi 
C) Xolesistostomiya 
D) Xolesistektomiya və xolangioqrafiyadan sonra biliodigestiv anastomozun 
qoyulması 
E) Xolesistektomiya 
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. 
Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с. 


100) Qapalı exinokokkektomiya hansıdır? 
A) Exinokokk xitin qatı ilə birgə xaric edilir və fibroz boşluğa drenaj yerləşdirilir 
B) Exinokokk kistası ekstirpasiyası edilir-fibroz qat ilə birgə çıxarılır 
C) Exinokokk kistası ilə birgə qaraciyər rezeksiya edilir 
D) Exinokokk xitin qatı ilə birgə xaric edilir və fibroz boşluğa ayaqcıq üzərində 
piylik tikilir və drenaj yerləşdirilir 
E) Exinokokk xitin qatı ilə birgə xaric edilir və fibroz boşluq ketqutla hermetik tikilir 
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 
s. 

Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin