Ümümi cərrahiyyə ixtisası üzrə test nümunələri


) Ürək tamponadası üçün hansı daha xarakter simptom deyil?



Yüklə 0,86 Mb.
səhifə174/305
tarix02.01.2022
ölçüsü0,86 Mb.
#1441
növüРуководство
1   ...   170   171   172   173   174   175   176   177   ...   305
493) Ürək tamponadası üçün hansı daha xarakter simptom deyil?
A) Üzün dəri örtüyünün avazıması

B) Ürək tonlarının karlaşması

C) Ürək sərhədinin genişlənməsi

D) Arterial təzyiqin kəskin enməsi

E) Üzün sianozu
Ədəbiyyat: Е.А.Вагнер. Хирургия повреждений груди. “Медицина”, Москва, 1981. с.286.
494) Xəstə, 36 yaşında, 3 saat əvvəl döş qəfəsinin sol yarısında bıçaq yaralanması almışdır. Ağır vəziyyətdədir: Eyforiya, dəri örtüyü solğundur. Ürək tonları karlaşıb, taxikardiya 130 vurğu/ dəq, A/t-80/70 mm c.st. Puls mil arteriyaları üzərində sapvaridir. Yara ölçüsü 2 sm, parasternal xətdən sola üçüncü qabırğaarası səviyyədə yerləşir. Tənəffüs sol ağ ciyər üzərində zəifləmiş, arxa-aşağı hissədə perkutor səs qısalmışdır. Hansı diaqnoz daha dəqiqdir?
A) Plevropulmonal şok

B) Torakoabdominal yaralanma

C) Ağ ciyər yaralanması

D) Ürək yaralanması

E) Orta divar aralığının böyük damarlarının yaralanması
Ədəbiyyat: Е.А.Вагнер. Хирургия повреждений груди. “Медицина”, Москва, 1981. с.286.
495) Xəstə, 36 yaşında, 3 saat əvvəl döş qəfəsinin sol yarısında bıçaq yaralanması almışdır. Ağır vəziyyətdədir. Eyforiya, dəri örtüyü solğundur. Ürək tonları karlaşıb, taxikardiya 130 vurğu/ dəq, A/t-80/70 mm c. st. Puls mil arteriyaları üzərində sapvaridir. Yara ölçüsü 2 sm, parasternal xətdən sola üçüncü qabırğaarası səviyyədə yerləşir. Tənəffüs sol ağ ciyər üzərində zəifləmiş, arxa-aşağı hissədə perkutor səs qısalmışdır. Hansı müalicə tədbirləri göstərişdir?
A) Plevral punksiya

B) Təcili torakotomiya

C) Kompleks reanimasion tədbirlər

D) Perikardın punksiyası

E) Qanköçürmə
Ədəbiyyat: Е.А.Вагнер. Хирургия повреждений груди. “Медицина”, Москва, 1981. с.286.


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   305




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin