490) Kəskin mediastenitin əmələ gəlməsinin əsas səbəbi nədir?
A) Yemək borusunun cırılması
B) Prosesin yayılması ilə müşayiət olunan irinli limfadenit
C) Boyundan yayılan irinli proseslər
D) Cərrahi müdaxilə
E) Ağ ciyər xəstəliklərində divararlığının vərəm və ya göbələklə zədələnmə prosesinə cəlb olunması
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. “Təbib”, Bakı, 2000.
491) Qida borusunun zədələnməsinin diaqnostikası üçün icra edilir:
1. Divar aralığının tomoqrafiyası
2. Kontrastla rentgenoskopiyası
3. Ezofaqoskopiya
4. Torakoskopiya
5. Selektiv angioqrafiya
A) 1, 2
B) 4, 5
C) 1, 4
D) 3, 5
E) 2, 3
Ədəbiyyat: Е.А.Вагнер. Хирургия повреждений груди. “Медицина”, Москва, 1981.
492) Ürəyin nüfuz edən yaralanmasının diaqnostikasında aşağıdakılardan hansı obyektiv əlamət deyil?
A) Ürək kütlüyünün böyüməsi və ürək tonlarının kəskin zəifləməsi
B) Bradikardiya və arterial təzyiqin qalxması
C) Üzün və yuxarı ətrafların sianozu, boyun və üz venalarının gərginləşməsi
D) Taxikardiya və arterial təzyiqin enməsi
E) Yaranın ürək nahiyəsində lokalizasiyası
Ədəbiyyat: Е.А.Вагнер. Хирургия повреждений груди. “Медицина”, Москва, 1981. с.286.
Dostları ilə paylaş: |