553) Laparotomiya zamanı onikibarmaq bağırsağın peritonarxası hissəsinin zədələnməsini aşkar edən əlamət hansıdır?
A) Mədəyə öd refluksu.
B) Kiçik piyliyin qanla imbibsiyası
C) Onikibarmaq bağırsağın enən hissəsində peritonarxası sahənin ödlə imbibisiyası və həmin nahiyədə qaz toplanması
D) Nazik bağırsaq müsariqəsinin kökünün ödemi
E) Hepatoduodenal bağın ödemi
Ədəbiyyat: И.З.Козлов, С.З.Горшков, В.С.Волков. Повреждения живота. «Медицина», Москва, 1988.(Q)
554) Onikibarmaq bağırsağın təzə yaralanmaları zamanı aşağıdakılardan hansı göstərişdir?
A) Yaranın tikilməsi
B) Finney üsulu ilə qastroduodenostomiya
C) Onikibarmaq bağırsaq yarasının tikilməsi və xolesistektomiya
D) Qastroenteroanostomoz
E) Mədənin Bilrot-II üsulu ilə rezeksiyası
Ədəbiyyat: И.З.Козлов, С.З.Горшков, В.С.Волков. Повреждения живота. «Медицина», Москва, 1988. (Q)
555) Oniki barmaq bağırsağın öd daşı ilə keçməməzliyi zamanı aşağıdakılardan hansı göstərişdir?
A) Duodenotomiya, daşın çıxarılması
B) Qastroenteroanastomoz
C) Daşın endirilməsi, enternotomiya
D) Mədənin dekompressiyası
E) Spazmolitiklərin təyin edilməsi
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”, Bakı, 2000. (Q)
Dostları ilə paylaş: |