560) Düz qasıq yırtığının cərrahi müalicəsi üçün daha məqsədə uyğun əməliyyat növü hansıdır?
A) Bassini və Postempski
B) Jirar-Spasokukotski
C) Ruci-Parlaveççio
D) Martınov
E) Ru
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000.
561) Herniotomiya əməliyyatı zamanı bağırsaq ilgəyinin həyat qabiliyyətini itirməsi müəyyən edilərsə, aparıcı bağırsaq ilgəyi nekrozun gözlə görünən sərhədindən hansı məsafədə rezeksiya olunmalıdır?
A) 15-20 sm
B) 25-30 sm
C) 35-40 sm
D) 45-50 sm
E) 5-10 sm
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbləri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000.
562) Qasıq-xayalıq yırtığı ilə xaya qişalarının hidropsu arasında diferensial diaqnostika apararkən aşağıdakılardan hansından istifadə olunmalıdır?
A) Düz bağırsağın digital müayinəsi
B) Perkusiya
C) Transillüminasiya və diafanoskopiya
D) Rentgenoloji müayinə
E) Auskultasiya
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000.
Dostları ilə paylaş: |